• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tebas Mbappenin La Liqaya təsirini vurğuladı

Dünya futbolu

1-03-2024, 19:0

Xavyer Tebas hazırkı mövqeyinə görə narahat olmaya bilər.

"Football-plus.az" xəbər verir ki, o, ötən ilin dekabrında növbəti dəfə La Liqanın prezidenti seçilib. 61 yaşlı funksioner İspaniya çempionatının yüksək liqasına 2013-cü ilin aprelindən rəhbərlik edir. Tebasın rahatlığını yalnız bir qədər Avropa Superliqasının reallaşmaq ehtimalı poza bilər. Özünün dediyinə görə, indi bütün gücünü bu layihənin baş tutmaması üçün səfərbər edib. Don Xavyeri ümidləndirən vəziyyət də var. O, Kilian Mbappenin yayda “Real”a keçmək ehtimalının artmasına görə sevinir. La Liqanın prezidenti yerli jurnalistlərə son müsahibəsində əsasən bu iki mövzuda verilən sualları cavablayıb.

- Avropa İttifaqı Məhkəməsinin ötən ilin dekabrında verdiyi qərar Superliqa layihəsi qarşısında “yaşıl işıq yandırmaq” deməkdi?
- Yox, heç də belə deyil. Gözlənildiyi kimi, onlar artıq axmaqlamağa başlayıb. Onların FİFA və UEFA-dan ayrı turnir təşkil etmək imkanı həmişə olub, bunu qadağan etmək lazım deyil. Məsələ ondadı ki, məlum klublar yeni turnir yaradılandan sonra FİFA və UEFA-nın bayrağı altında hansı şərtlərlə fəaliyyət göstərəcəklər? Avropa İttifaqı Məhkəməsinin qərarı yeni turnirlərin təsdiqlənməsi üçün şəffaf, dəqiq və obyektiv qaydaların zəruriliyini əks etdirir. Yeni yarışların hamı üçün bərabər şərtlərin nəzərdə tutulduğu normativ strukturu olmalıdı. FİFA və UEFA-nın rəhbər vəzifəli şəxslərinin qərarları bu məsələdə yekun xarakter daşımamalıdı. Bu baxımdan mən də “hakim qurumun rəhbəri kimi səlahiyyətlərimdən sui-istifadə edə” bilərdim.

- “Real”ın rəhbərləri, ola bilsin ki, yaxşı menecerlərdi. Amma indiki məqamda Superliqa layihəsini yalnız onlar və “Barselona”dan olan həmkarları reallaşdırmağa çalışırlar. Başqa sözlə, Avropa futbolunun əsas problemləri məhz İspaniyadan başlayır...
- Problem “Real”da deyil, bu klubun rəhbəri Florentino Peresdə və onun düşüncəsindədi. “Real”ın Superliqanı istəməyən azarkeşlərinin sayı hər keçən gün daha da artır. “Barselona” bu baxımdan madridlilərdən çox geri qalır. Bu klub heç də layihənin avanqardı durumunda deyil. Florentino klubu necə idarə etmək lazım gəldiyini çox yaxşı bilir, amma turnirlərin idarəçiliyindən qətiyyən baş çıxarmır.

- Necə düşünürsüz, Superliqanın promouterləri tezliklə UEFA-dan ayrı yeni turniri reallaşdıra biləcəklər?
- Yox. Superliqa layihəsinin əsasını 2000-ci ildə G14 qoyub. Ötən 24 il ərzində müxtəlif layihələr mövcud olub. Bütün layihələrə də Peres başçılıq edib. Əslində Florentinonun ideyası olan A22 də yeni yarışın təşkili üçün UEFA-nın razılığını almalıdı. Amma onlar indiyədək bu planda heç bir addım atmayıblar. Ortaya atdıqları format isə Avropa idman modelinin iki əsas dəyərini – həmrəylik və meritokratiyanı zərbə altında qoyur.

- “Barselona”nın prezidenti Xuan Laporta Superliqanın növbəti mövsüm, ya da bir ildən sonra başlayacağını bildirib. O, cəfəng fikir səsləndirib?
- Laporta həm də bu baş verməyəcəyi halda istefaya yollanacağını bəyan edib. Məhkəmələr UEFA-nın razılığının alınmalı olduğunu deyirlər, lakin heç kim bu məsələ ilə bağlı UEFA-ya müraciət etməyib... Onlar yeni işə nədən başlamağı düşünürlər? Hazırkı məqamda balığı tutub-tutmayacağını görmək üçün torları qurmaqla məşğuldular. İstənilən halda layihənin həyata keçməsi üçün ikidən artıq kluba ehtiyac duyacaqlar...

- “Ekip” qəzetinin yazdığına görə, PSJ 2020-ci ildə “Yuventus”la birgə bu layihədə olub. Bu haqda nə düşünürsünüz?
- Çox layihə ortaya atılıb. Yalnız PSJ yox, bir çox böyük klub Avropa futbolunda islahatların format dəyişiklikləri və yeni yarışların təşkili ilə reallaşa biləcəyini hesab edirlər. Amma bütün bu ideyalar, Klublararası Dünya Çempionatının yeni formatı kimi futbolu məhv edir. Biz və bütün başqa klublarla futbol qurumları PSJ-nin iştirakçısı olduğu layihəyə qarşı çıxmışıq.

- PSJ Superliqanın əleyhinə olan klub imicinə malikdi...
- Mən indi bütün gücümü Superliqanın və PSJ-nin rəhbərinin əleyhinə səfərbər etməyə çalışıram. Fikir ayrılıqlarını bir kənara buraxmışam. Yalnız Superliqa layihəsinə qarşı köklənmişəm. Amma mənim də öz baxışım var. Biz qitə futbolunun idarəçilik modelini dəyişməsək, liqalar böyük təhlükə altına girəcəklər.

- Necə düşünürsüz, Kilian Mbappe artıq “Real”la müqavilə bağlayıb?
- Onun PSJ-ni tərk edəcəyi böyük ölçüdə məlum olandan sonra “Real”a keçmək ehtimalı 99 faizə bərabərdi. Amma mən tərəflər arasında müqavilənin imzalanıb-imzalanmadığını dəqiq bilmirəm.

- Onun mümkün gəlişi sizin üçün sevindirici xəbərdi?
- Əlbəttə, bu, “Real” və İspaniya futbolu üçün böyük xəbərdi. Fikrimcə, Bellingem, Holann və Mbappe hazırda planetimizin üç əsas futbolçusudu və onlardan ikisinin artıq “Real”da olacağı böyük ehtimaldı.

- “Real” Mbappenin məvacibini klubun ümumi maaş cədvəlinə əlavə edəndən sonra La Liqada mövcud olan maliyyə məhdudiyyəti fonunda hazırkı heyətini qoruya biləcək?
- Bəli, “Real” maliyyə planında optimal vəziyyətdədi. Bu klubun prezidenti ilə baş direktoru əla idarəedicidilər. Amma yeni turnir təşkil etmək niyyətinə görə onlara tam şəkildə “afərin” deyə bilməyəcəyəm. Onlar iqtisadi baxımdan çox adaptivdilər. Hazırda maliyyə göstəriciləri çox yaxşıdı, daha çox xərcləyə bilərlər. Maliyyə işlərində çox diqqətli olan “Real” Mbappeni heyətinə qatmağa tədbirli şəkildə hazırlaşıb.

- Onu Madridə gətirmək üçün hansısa oyunçularını satmalı olacaqlar?
- Yox. Onların strategiyası qısamüddətli deyil. Mbappeni sıralarına cəlb etmək üçün oyunçu satmağa borclu deyillər. “Real”ın belə məcburiyyəti yoxdu.

- Kilian La Liqanın daha da inkişafına təsir edə bilər?
- Top-oyunçuların gəlişi liqamızın inkişafını sürətləndirəcək, amma bu proses üçün zəruri şərt deyil. Əlbəttə, ölkə çempionatında böyük adların hallanması daha yaxşı olardı. Məsələn, Joze Mourinyo və ya Xosep Qvardiola kimi məşhur mütəxəssislərin mövcudluğu faydalıdı. Amma Kriştiano Ronaldo, Neymar və ya Lionel Messi kimi futbolçular İspaniyanı tərk etsələr də, La Liqa özünü əvvəlki kimi əla hiss edir. İstənilən halda Mbappe bizə son illər əldə etdiyimiz nailiyyətləri yaxın gələcəkdə möhkəmləndirməkdə kömək edəcək.

- Bəs Xavinin mövsümün sonunda “Barselona”nı tərk edəcəyini necə dəyərləndirirsiz?
- Futbolda belə hallar olur, biri gedir, başqası gəlir. “Barselona”dakı vəziyyət idman böhranının yetişdiyi halı əks etdirir. Bu hal, maliyyə işlərinin yaxşı gedib-getməməsindən asılı olmayaraq, istənilən klubda baş verə bilər. “Barselona” həmişə hər şeyi qazanmağa can atan komandadı. Belə komandanı çalışdıran məşqçi bu halda böyük məyusluq yaşayır. Dediyim kimi, belə vəziyyət istənilən böyük komandada baş verə bilir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-12-2023, 18:0

Tebasın planı baş tutdu

Dünya futbolu

3-06-2022, 22:0

Tebas “Yuve” ilə MS-dən nə istəyir?

Dünya futbolu

24-11-2023, 13:0

Tebas istefaya yollandı ki...

Dünya futbolu

2-02-2024, 10:0

Superliqa UEFA-ya çağırış etdi

Dünya futbolu

31-12-2023, 20:0

İlin qərarı

Aktual
“Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
"Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
“Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
Son xəbərlər
  • Bu gün, 20:21
    "Qəbələ" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB
  • Bu gün, 19:58
    Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
  • Bu gün, 19:26
    Daha bir güləşçimiz "qızıl" qazandı - AÇ
  • Bu gün, 18:20
    "Neftçi" ölkə kubokunun qalibi oldu
  • Bu gün, 17:59
    Seyxan Fərəcov mükafatlandırıldı
  • Bu gün, 17:28
    "Qəbələ" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Bu gün, 16:59
    “Transfer pəncərələri”nin vaxtı məlum oldu
  • Bu gün, 16:28
    Premyer-liqada yeni mövsüm nə vaxt başlayacaq?
  • Bu gün, 15:57
    Moldovada 11 medallıq zəfər
  • Bu gün, 15:26
    “Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
  • Bu gün, 14:55
    “Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
  • Bu gün, 14:34
    "Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
  • Bu gün, 14:13
    Bakıda gənc futbolçular üçün seçim turniri keçiriləcək
  • Bu gün, 13:52
    “Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
  • Bu gün, 13:28
    AFFA-da məşqçi kursları davam edir
  • Bu gün, 12:57
    Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
  • Bu gün, 12:36
    İki güləşçimiz Avropa çempionatının finalında
  • Bu gün, 12:15
    Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
  • Bu gün, 11:54
    “Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
  • Bu gün, 11:23
    Ölkə kubokunda final - "Araz-Naxçıvan" "Neftçi"yə qarşı
  • Bu gün, 10:52
    Okan Buruk Terimin yolu ilə gedəcəkmi? - İtaliya nəhəngi onun xidmətində maraqlıdı
  • Bu gün, 10:31
    Nəriman ABŞ kubokunda məhsuldar ötürmə etdi
  • Bu gün, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 244
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 225
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Oxunub: 191
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə