• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bu mərhələdən sonra qorxu olmaz - KÖŞƏ

Yazarlar / Avropa Liqası

28-02-2024, 18:0

“Qarabağ”ın “Braqa”nı yolundan kənarlaşdırıb, Avropa Liqasının 1/8 final mərhələsinə yüksəlməsi futbolumuz üçün böyük uğurdu.

Sözsüz, Portuqaliyadakı 4:2 hesablı qələbədən sonra artıq işin yarısı görülmüşdü. Amma qapımız qarşısında adi vəziyyətdən sonra penalti epizodunun yaranması, rəqibin də bundan yararlanaraq ikinci topu vurması, üstəlik Nəriman Axundzadənin son dəqiqələrdə qaçırdığı əlverişliimkan qanımızı əməlli-başlı qaraltmışdı. Yaxşı yadımdadı, həmin oyunun ertəsi Mahir Rüstəmliylə söhbətdə bu məqamı da müzakirə etdik, qarşılıqlı şəkildə təəssüfümüzü dilə gətirdik. Amma əminliklə bir söz işlətdim ki, “Qarabağ” bu tarixi fürsəti əldən verməz, mərhələni keçən tərəf “köhlən atlar” olacaq. Elə təxmin etdiyim kimi də oldu.

Düzdü, bunu bacarmaq elə də asan alınmadı. İlk yarıda əlinə düşən fürsətlərdən yararlana bilməyən “Qarabağ” fasiləyə qədər qorxub, qınına çəkilən “Braqa”nı bir qədər ürəkləndirmiş oldu. Elvin Cəfərquliyevin qısa müddətdə iki sarı vərəqə alıb, “Qarabağ”ı azlıqda qoyması isə portuqaliyalı rəqibin çörəyinə əməlli-başlı yağ sürtdü. Onsuz da itirməyə heç nəyi olmayan rəqib “Qarabağ”ın üzərində ikinci hissədə daha böyük qüvvəylə irəli atılır, risk etməkdən çəkinmirdi. “Köhlən atlar”ın azlıqda qalması isə bu çətin tapşırığın öhdəsindən gəlməyi bir qədər də asanlaşdırdı. Mən də Qurban Qurbanov kimi Cəfərquliyevi qırmızı vərəqə aldığına görə qınamaq fikrində deyiləm. Bəli, futbol mübarizə oyunudu. Bəzən o qədər istəkli olursan ki, qaydaları da unudursan, kobudluğa əl atırsan. Amma qırmızı vərəqəni alandan sonra Cəfərquliyevin sakitləşməməsi, hətta hakimlərə doğru tüpürməsi o qədər də xoş görüntü deyildi. Ümid edirəm ki, UEFA bu məqamın üzərində çox da dayanmaz, futbolçumuza ağır cəza verməz. Eləcə də Qurban bəyin sarı, Elçin Rəhmanovun isə qırmızı vərəqə almasına görə çox da ziyana düşməyəcəyimizə zəif də olsa, ümidim var.

Ümumiyyətlə, bu tip oyunlarda zaman-zaman hakimlərin əleyhimizə işləyən səhvlərini görməyə adət etmişik. Hələ bura qədərinə şükür. Həm Portuqaliyada, həm də Bakıdakı oyunda hakimlər VAR-a zamanında müraciət edib, “Qarabağ”ın haqqının çox da tapdanmasına imkan vermədilər. Səfərdə vurduğumuz qollardan ikisi məhz VAR-a baxılandan sonra qeydə alınmışdı. Respublika stadionunda keçirilən qarşılaşmada isə “Braqa”nın kritik məqamların birində vurduğu qol VAR-dakı dəqiqləşdirilmədən sonra qeydə alınmadı. Deməli, hakimlərin bizə münasibətdə qərəzli davrandığını, “Braqa”ya kömək etməyə çalışdığını düşünməklə o qədər də haqlı davranmarıq. O ki qaldı xırda nüanslara, bunlarla barışmaq lazımdı. UEFA hər nə qədər sürpriz komandaların önünü kəsməsə də, nüfuzlu klubların mənafeyinin qorunması, onların nüfuzundan, pulundan, azarkeş dəstəyindən turnirlərin reytinqi naminə istifadə edilməsinə çox rast gəlmişik. Əsas odu ki, “Qarabağ”a bu mərhələdə ciddi maneə törədilməsinə rast gəlmədik.

Bizə sevinc gətirən qola Nəriman Axundzanənin imza atması isə sevincimisi ikiqat artırır. Bu o deməkdi ki, “Qarabağ” təkcə səviyyəli legionerlərin hesabına irəli getmir. Qazanılan uğurlarda yerli futbolçular da böyük pay sahibidi. Həmin yerlilərin gənc yaşda olması, “Qarabağ”da oynaya-oynaya “bişməsi”, səviyyəsini artırması isə digər sevindirici məqamdı. Qurbanov həlledici məqamda risk etməkdən çəkinmədi, bir həftə əvvəl qaçırdığı əlverişli fürsətdən sonra göz yaşlarına boğulan Nərimanı yenidən meydana buraxdı. Heç də hər məşqçi bunu etməyi bacarmazdı. Çünki oyunun fiziki ağırlığı bir yana, psixoloji baxımdan da xeyli gərginlik yaşanırdı. Belə məqamda adi bir səhv futbolçulara da, “Qarabağ”ın mərhələni keçmək şanslarına da ciddi zərbə vurmuş olardı. Amma Qurbanov oyunu oxumağı bacardı, Nəriman da ona verilən fürsəti lazımınca dəyərləndirdi, hamımızı sevincə boğdu.

Bilirəm ki, püşkatmanın nəticəsi heç də ürəyinizcə deyil. “Qarabağ”ın rəqibini müəyyənləşdirmək üçün çəkilən püşkün gözu əməlli-başlı kor oldu, qarşımıza ən çətin iki rəqibdən biri olan “Bayer-04” çıxdı. Artıq “Qarabağ” elə bir mərhələyə gəlib çatıb ki, bizim üçün itirəcək heç bir şey yoxdu. Belə məqamda nədənsə qorxmaq da lazım deyil. Qurban Qurbanov yetərincə istedadlı və cəsarətli mütəxəssisdi. Maraqlıdı ki, bir müddət əvvəl Qurban bəy özü “Bayer”in düşərgəsində olub, Alonso ilə də fikir mübadiləsi aparmışdı. İndi həmin o səfərdən faydalanmağın zamanıdı. Bəli, rəqib xeyli güclüdü, uzunmüddətli məğlubedilməz oyunlar seriyasına sahibdi. Amma “Qarabağ” heç “Braqa” ilə görüşün də favoriti deyildi, çoxları hesab edirdi ki, ağdamlılar Avropa Liqasının qrupuna vəsiqə qazanmaqla bu mövsüm üçün missiyasını başa vurub. Deməli, ümidsiz olmağa dəyməz. Ən azı ona görə ki, “Qarabağ” “Bayer”ə qarşı layiqincə mübarizə aparacaq. Bizə qalan zövqlü futbola baxıb həzz almaq, “Qarabağ”la fəxr etməkdi.

AMAL

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

29-07-2023, 18:0

Əfran İsmayılov "Qarabağ"dan nə gözləyir? - AÇIQLAMA

Manşet / Avropa Liqası

22-02-2024, 20:0

“2 topluq üstünlüyə görə arxayınlaşmaq olmaz” – “Qarabağ”ın sabiq futbolçusu

Manşet / Avropa Liqası

22-02-2024, 19:0

“Braqa” “Qarabağ”ı yalnız təsadüf nəticəsində məğlub edə bilər”

Manşet / Avropa Liqası

21-02-2024, 14:0

"İlk oyunda 4:2 hesablı qələbə hələ heç nə demək deyil" - Juninyo

Manşet / Avropa Liqası

26-02-2024, 21:0

"Banza azərbaycanlı müdafiəçilərə oyunboyu məğlub oldu" - Portuqaliyada "Braqa" xaosu genişlənir!

Manşet / Avropa Liqası

20-02-2024, 19:0

“Məncə, Braqadakı oyun üslubunu Bakıda dəyişmək yaxşı olmaz” – “Qarabağ” necə oynasın?

Aktual
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
Son xəbərlər
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Dünən, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Dünən, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Dünən, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Dünən, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Dünən, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Dünən, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Dünən, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Dünən, 14:11
    “Bozqurd” yatmaz!
  • Dünən, 13:59
    "Şəfa" fransalı futbolçu transfer etdi
  • Dünən, 13:47
    Vüsal Konfrans Liqasında uduzdu
  • Dünən, 13:20
    "Çempion olsaydıq, bu qədər dəyişiklik etməyə cəsarət tapa bilməzdik" - Tahir Gözəl
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 134
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə