Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Bu nominasiyanın qalibi Albert Qrenbek olub. O, pley-off mərhələsinin “Ayaks” ilə ilk matçında (2:2) iki qol vurmuşdu. “Bude/Qlimt”in yarımmüdafiəçisi UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə qalib gəlib.
Albert ilk oyunların nəticələrinə əsasən digər nominantları – Fredrik Qulbrannsen (Molde), Tomi Horvat (Şturm) və Matias Rasmusseni (Yunion) arxada qoyub.