• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Simeone 100-ə 0:1 ilə çatdı

Dünya futbolu

23-02-2024, 23:0

Çərşənbə axşamı Çempionlar Liqasında 1/8 finalın daha iki oyunu keçirildi. “İnter” “Atletiko”ya minimal hesabla qalib gəldi, PSV ilə Dortmund “Borussiya”sının qarşılaşmasında isə məhsuldar “sülh” qeydə alındı. Cütün taleyinin həll olunacağı cavab görüşləri martın 13-də keçiriləcək.

İnter – Atletiko 1:0 (0:0)
İnter (Milan, İtaliya): Zommer, Pavar, De Vrey, Bastoni, Darmian (Dumfris, 69), Barella, Çalxanoğlu, Mxitaryan (Frattezi, 72), Dimarko (Auqusto, 69), Martines (Sançes, 88), Türam (Arnautoviç, 46).
Atletiko (Madrid, İspaniya): Oblak, Molina (Barrios, 68), Vitsel, Ximenes (Saviç, 46), Ermoso (Mandava, 68), Lino, De Paul, Koke, Saul (Morata, 54), Lyorente, Qrizmann (Korrea, 78).
Qol: Arnautoviç, 79.
Vərəqələr: Ermoso, 53. Saviç, 82. Morata, 84. Frattezi, 86. Koke, 90+3. Auqusto, 90+4 – sarı.
Hakim: İştvan Kovaç (Rumıniya).
20 fevral. Milan. 73709 tamaşaçı.
oyunun statistikası
19 (5) qapıya (çərçivəyə) zərbə 7 (0)
3 künc zərbəsi 4
0 ofsayd 0
10 qayda pozuntusu 16
2 (0) sarı (qırmızı) vərəqə 4 (0)
55 topa sahibolma (faizlə) 45

"Football-plus.az" xəbər verir ki, məhz “İnter”lə “Atletiko”nun duelini ÇL-in 1/8 finalının mərkəzi qarşıdurması adlandırmaq mübaliğə olmazdı. Baxmayaraq ki, bu cütdə aşkar favorit bəllidi. “Neradzurra” bu mövsüm ideal çıxış edir, demək olar ki, çempionluğu təmin edib, üstəlik İtaliya Superkubokunu qazanıb və ÇL-in qrupundan pley-offa da deyə-gülə çıxıb. “İnter”in heyəti o qədər genişdi ki, qitənin əksər nəhəngləri ona, sadəcə, həsəd aparır. “Atletiko” isə hədsiz ziddiyyətli mövsüm keçirir. Bir tərəfdən, “hindular” çoxdan çempionluq ümidi ilə vidalaşıb və ilk “4-lük” uğrunda mübarizə aparır, digər tərəfdən, onların ölkə kubokunda finala adlamaq şanı qalır. “İnter”lə duel madridlilərin baş məşqçisi Simeone üçün də xüsusi önəm daşıyır. Onu bu klubla xüsusi hisslər bağlayır, argentinalı dəfələrlə müsahibələrində günlərin birində Milan klubunun “sükanı arxasına” keçəcəyini vurğulayıb. “İnter”lə “Atletiko” buna qədər rəsmi oyunda yalnız bir dəfə üz-üzə gəlmişdi. 2010-cu ildə UEFA Superkuboku uğrunda oyundan “hindular” qalib ayrılmışdı (2:0). İtkilərə gəlincə, “İnter”də Kuadrado ilə Açerbi, “Atletiko”da isə Lemarla Aspilikueta zədəlidi.

İlk oyun yetərincə qapalı və təhlükəli vəziyyətlər baxımından “yoxsul” alındı. Bəli, “neradzurra” da, “hindular” da “1 nömrə” kimi oynamağa, hücum etməyə qadirdi. Ancaq bu oyunda hər səhvin dəyəri böyük idi, bu üzdən komandalar xüsusən də ilk yarıda hədsiz ehtiyatlı davrandı. Favorit sayılan “İnter” daha maraqlı təsir bağışlasa da, komandalar arasında ciddi səviyyə fərqi yox idi. Tərəflər fasilədən sonra daha fəal oynadı. “İnter” 2-ci hissənin əvvəlində iki dəfə hesabda irəli çıxa bilərdi. Ancaq Arnautoviç hər iki imkanı “dəfn etdi”. Fasilədən sonra Türamın əvəzinə oyuna qoşulan avstriyalı əvvəlcə Dimarkonun asmasından sonra qeyri-dəqiq zərbə vurdu, ardından Lautaro Martinesin əla ötürməsini boşa verdi. “Atletiko”dan isə Linonun zərbəsini qeyd etməyə dəyər. Sonra komandalar tempi bir qədər aşağı saldı. Oyunun qolsuz heç-heçəyə getdiyini düşünənləri “İnter” yanıltdı. Meydan sahibləri sondakı fəallığa görə mükafatını aldı. Martines təkbətək zamanı Oblaka uduzsa da, qapıçının qaytardığı topu Arnautoviç təkrar zərbə ilə tora qovuşdurdu. “İnter” Madriddəki cavab görüşü ərəfəsində müəyyən üstünlük qazansa da, heç nəyi təminat altına almadı.

Oyundan sonra...
Simone İnzaqi, “İnter”in baş məşqçisi: “Möhtəşəm rəqibə qarşı yaxşı oynadıq. Təəssüf ki, qol fərqi yalnız birə bərabərdi, Madriddə bizi intensiv oyun gözləyir. Arnautoviçdən razıyam, çox yaxşı çalışır. Son yarım ildə yaxşı nəticələrə nail olmuşuq, ancaq ən vacib aylar martla apreldi. Futbolçular bu ruhda da davam etməlidi”.
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi: “Çox yaxşı oynadıq. Can atdığımız hədəfə - “İnter”in çox yaxşı hücum xəttinin qarşısını almağa yaxın idik. Nəticədə rəqib biz topu itirdiyimiz epizodlarda hücum qura, təhlükəli vəziyyətlər yarada bildi. Bu, futbolun qeyri-adi aspektidi. Necə hazırlaşırsız-hazırlaşın, nəticəni adamlar müəyyənləşdirir. Adamlar isə ayrıca götürülən şəxsiyyətlərdi. Yaxşı anlar da olur, pis anlar da. Bu gün “İnter” səhvimizdən yararlandı”.
Karlos Auqusto, “İnter”in yarımmüdafiəçisi: “Çoxlu təhlükəli vəziyyət yaratdıq, ancaq belə imkanlardan yaxşı yararlanmaq vacibdi. Bu qələbə çox önəmlidi. Madriddə bizə çətin olacaq: rəqib yaxşı komandadı, biz isə bugünkü kimi diqqətli oynamalıyıq. Yaxşı, mehriban heyətimiz var. Meydana müntəzəm çıxmayan oyunçular həftəlik tsikl boyunca inadla çalışır. Həmişə hazır olmağa çalışırıq. Arnautoviçə görə şadam – qeyri-adi oğlandı. Məşqlərdə çox çalışır və uğuru haqq edir”.
Yan Oblak, “Atletiko”nun qapıçısı: “Səhvdən sonra qol buraxdıq ki, bu da futbolda normal haldı. Başımızı aşağı salmamalıyıq. İrəlidə daha bir oyun var, mərhələ adlamaq üçün maksimum gücümüzü ortaya qoymalıyıq”.
Marko Arnautoviç, “İnter”in hücumçusu: “Türama görə heyifsilənirəm. Heç kimə zədə arzulamıram. Şans qazandım və vəziyyəti dəyişməyə çalışdım. Bir neçə qol imkanını qaçırandan sonra 3-cü şans da oldu. Bu gün stadiona gələnlər, komanda yoldaşlarım, burda olan ailə üzvlərim üçün qol vurduğuma görə sevinirəm. Çoxlu qol vəziyyəti yaratdıq, fərqi artıra bilərdik. Bununla belə, qələbə qazandıq ki, bu da çox vacibdi. Madriddə bizi çox çətin oyun gözləyir. Oyunumuzu təhlil etməliyik. İspaniyada da qələbə qazana bilərik”.
Stefan de Vrey, “İnter”in müdafiəçisi: “Atletiko” çox güclü və təşkilatlanmış komandadı, yaxşı futbol göstərir. Rəqib bütün komanda ilə müdafiə olunur, həmişə yığcam oynayır, topa yaxşı nəzarət edir. Bununla belə, çoxlu təhlükəli vəziyyət yaratdıq, daha çox qol vura bilərdik, öz qapımız önündə ciddi təhlükə yaranmasına imkan vermədik. Qələbədən razıyıq. Madridə qələbə qazanmaq və növbəti mərhələyə adlamaq üçün yollanacağıq. Yolumuza davam etməliyik. Güclü olduğumuzu dərk edirik, bunu hər oyunda sübut etmək istəyirik”.
Samuel Lino, “Atletiko”nun müdafiəçisi: “Bu, dünyadakı ən yaxşı turnirdi, səhvə yol verə bilmərik. Nə olmalıydısa, o da oldu. Bu oyunu unutmaq lazımdı. Fərdi səhvləri unutmalıyıq, məhz bunlar “İnter”i qapımıza yaxınlaşdırırdı”.

Faktlar
* “İnter” İnzaqinin rəhbərliyi altında ilk dəfə bütün turnirlərdə ardıcıl 9 qələbə qazandı. Komanda sonuncu dəfə bunu 2021-ci ilin fevral – aprel aralığında, Antonio Konte “sükan arxasında” olanda bacarmışdı.
* “Atletiko” Çempionlar Liqası çərçivəsində keçirdiyi son 8 səfər oyununun hər birində ən azı 1 (cəmi 12) qol buraxıb.
* Simeone Çempionlar Liqasında baş məşqçi kimi 100-cü oyununu keçirdi. Argentinalı bu göstəriciyə çatan 9-cu məşqçidi. Əvvəllər bunu Karlo Ançelotti (198 oyun), Aleks Ferqyuson (190), Arsen Venger (178), Pep Qvardiola (166), Joze Mourinyo (145), Mirça Luçesku (115), Massimiliano Alleqri (100) və Yürgen Klopp (100) bacarıb. Xatırladaq ki, Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır.
* “Atletiko” son 4 oyunun üçündə uduzub. Özü də hər birində 0:1 hesabı ilə. Yalnız “Las-Palmas”la oyun istisna təşkil edir ki, “hindular” bu rəqibə 5:0 hesabıyla qalib gəlib.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

8-10-2023, 18:0

Favoritlərdən əzmkar qələbələr - TƏHLİL

Dünya futbolu

27-12-2023, 19:0

“Atletiko” “Barsa”ya çatdı – TURUN ŞƏRHİ

Dünya futbolu

24-01-2024, 22:0

“Latsio” yenə “İnter” ilə bacara bilmədi

Çempionlar Liqası

21-09-2023, 21:0

Qapıçı “Latsio”nu məğlubiyyətdən xilas etdi!

Çempionlar Liqası

17-12-2023, 19:0

“Atletiko” zirvəni əldən vermədi

Çempionlar Liqası

15-12-2023, 23:0

“Real Sosyedad” qrupu lider kimi başa vurdu

Aktual
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
Son xəbərlər
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 166
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə