• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray”dan və Okan Burukdan növbəti rekordlar – TURUN ŞƏRHİ

Dünya futbolu

20-02-2024, 20:0

Tura cümə günü kiçik İstanbul derbisi ilə start verildi. 5-ci pillədə qərarlaşan və son 3 turda qələbə qazanan “Kasımpaşa”nın bu seriyası “Fatih Karagümrük”lə ev oyununda qırıldı.

"Football-plus.az" xəbər verir ki, şənbə günü də heç-heçələrlə start götürdü. Müəyyən maddi sıxıntılar yaşayan və bu qış transfer etməyən yeganə komanda olan “Antalyaspor” ardıcıl 3 rəsmi oyundakı məğlubiyyətdən sonra qalib gəlməyə çox yaxın idi. Amma autsayder “İstanbulspor” Antalyada 75-ci dəqiqəyə qədər 2 top geridə olsa da, sürpriz şəkildə məğlubiyyətdən qurtulmağı bacardı. Renat Dadaşovun növbəti dəfə meydanı qolsuz tərk etdiyi qarşılaşmada isə “Hatayspor” evdə “Sivasspor”la xalları yarı böldü. Ötən tur liderliyi əldən verən “Fənərbaxça” bu həftə Rizədə yeni bir qələbə seriyasına start vermək niyyətində idi. Amma oyun çox çətin şərtlər altında, gölməçəli və hətta palçıqlı meydanda keçirildi. Rizədə ardıcıl iki gün yağış yağması azmış kimi, oyun vaxtı da güclü yağış başladı. Bu “palçıq derbisi”nin ilk yarısında “Fənər” özünə bənzəmədi. Çünki komanda alışdığı futbolu sərgiləyə bilmirdi. “Çaykur Rizəspor” bolqarıstanlı Minçevin superliqada vurduğu ilk qol sayəsində fasiləyə üstün yollandı. Son dönəmlərdə oyunun axarına təsir edə bilməməkdə və B planının olmamasında günahlandırılan İsmayıl Kartal fasilədə hər kəsi mat-məəttəl qoyan, eləcə də oyunun axarını büsbütün dəyişən əvəzetmələrə əl atdı. O, klassikləşmiş Cengiz - İrfan dəyişikliyindən başqa toxunulmaz kimi görünən Şimanskini və gəldiyi gündən bəri heç bir fayda vermyən Kruniçi meydandan çıxardı. Əvəzində isə daim ehtiyatda “pas atan” Mərt Hakan Yandaşı və köhnə-yeni transfer Sərdar Dursunu döyüşə atdı. Təkcə bir faktı vurğulayaq ki, Kartalın fasilədə meydana buraxdığı hər 3 futbolçu vurulan qollarda iştirak etdi! Yekunda 3:1-lik qələbə qazanan “Fənər” bu çətin maneəni itkisiz adladı. “Sarı-lacivərdlilər”in Kartalın başçılığı altında superliqada səfərdə qələbə seriyası 7, məğlubiyyətsiz seriyası 13 oyuna çatdı. Bu göstərici ilə Kartal klub tarixinin rekordunu təkrarladı. “Fənər” daha öncə 1973/74-də Didinin və 1988/89-da Todor Veselinoviçin başçılığı altında çempionatda səfərdə ardıcıl 13 oyunda uduzmamışdı.

Belə görünür, Şahruddin Məhəmmədəliyevin Türkiyədə də “kitabı bağlanmaq” üzrədi. Onsuz da böhranda olan “Adana Dəmirspor” son turlarda “torba-torba” qollar buraxırdı. Bu dəfə “Alanyaspor” səfərində yığmamızın üzvü ilk 33 dəqiqədə artıq iki dəfə topu tordan çıxarmalı oldu. Xüsusilə 2-ci qolda kobud səhvə yol verən və topu oyuna daxil etmək istəyərkən onu rəqibə bağışlayan Şahruddin fasilədə əvəzləndi! Komandası onsuz güc-bəla ilə 1 xal qazana bildi. Adanalı fanatlar isə sosial şəbəkələrdə Məhəmmədəliyevi “ağ yuyub, qara sərdilər”. Qələbəsiz seriyası 10 oyuna yüksələn “Adana Dəmirspor” artıq düşmə zonasından cəmi 4 xal öndədi. “Trabzonspor” “Pendikspor”un müqavimətini 2-ci hissədə vurduğu qollarla qırdı. Komanda Abdulla Avcının dönəmində ötən ilin yanvarından bəri ilk dəfə ardıcıl iki görüşdə qol buraxmadan qələbə qazandı.

Bazar günü əsas diqqətlər paytaxta yönəlmişdi. “Fənər” fanatları Əmrə Belözoğlunun çalışdırdığı “Ankaragücü”nün “Qalatasaray”ı büdrədəcəyinə çox ümid edirdilər. Həm də meydanın ot örtüyünün qonaqlara mane ola biləcəyi güman olunurdu. Amma son çempion növbəti dəfə mükəmməl futbol sərgiləyərək bütün proqnozları alt-üst etdi. Həm də ot örtüyü yetərincə normal vəziyyətdə idi. “Cim-Bom” fasiləyə qədər 3 qol vuraraq ikinci hissəyə intriqa saxlamadı və çox inamlı şəkildə zirvədəki yerini qorudu. “Aslan”ın rəsmi matçlarda qələbə seriyası 10, məğlubiyyətsiz seriyası 14 oyuna yüksəldi. Ən əsası “Qalatasaray” Türkiyə çempionatı tarixində 26-cı turu 69 xalla tamamlayan ilk komanda oldu!

26-cı tur
Ankaragücü – Qalatasaray 0:3
Kərəm Dəmirbay, 13. Sançes, 14. İkardi, 39-p.
Qalatasaray: Muslera, Barış Alpər Yılmaz (Əli Turap Bülbül, 83), Nelsson, Sançes (Vinisius, 77), Kön, Berkan Kutlu, Kərəm Dəmirbay (Zaha, 61), Tete, Mertens (Oliveyra, 61), Kərəm Aktürkoğlu (Eyup Aydın, 77), İkardi.
Çaykur Rizəspor – Fənərbaxça 1:3
Minçev, 27 – Sərdar Dursun, 48. Ceko, 65. İrfan Can Kahveci, 90+3.
Fənərbaxça: Livakoviç, Fərdi Kadıoğlu (Mərt Müldür, 90+4), Çağlar Söyüncü, Ciku, Oostervolde, Kruniç (Mərt Hakan Yandaş, 46), İsmayıl Yüksək, Cengiz Ündər (İrfan Can Kahveci, 46), Şimanski (Sərdar Dursun, 46), Tadiç, Ceko (Bonuççi, 80).
Beşiktaş – Konyaspor 2:0
Kılıksoy, 49. Tosun, 71.
Pendikspor – Trabzonspor 0:2
Trezeqe, 75. Enis Destan, 80.
Trabzonspor: Uğurcan Çakır, Menye, Fernandes (Umut Günəş, 46), Densvil, Ərən Elmalı, Mendi, Berat Özdəmir, Visça (Göktan Gürpüz, 90+2), Bardi (Kərəm Şən, 90+2), Trezeqe (Pepe, 82), Enis Destan (Onuaçu, 88).
Alanyaspor – Adana Dəmirspor 3:3
Balkoveç, 20. Oğuz Aydın, 33. Haderconay, 76 – Əmrə Akbaba, 67-p. Yusuf Sarı, 69; 90+7.
Adana Dəmirspor: Şahruddin Məhəmmədəliyev (Vedat Karakuş, 46), Atal, Semih Gülər, Qravilyon, Məhəmmədi (Nani, 84), Muanza (Rodriges, 84), Mişu (Yusuf Ərdoğan, 60), Yusuf Sarı, Əmrə Akbaba, Mendosa, Balotelli (Yusuf Barasi, 62).
Kasımpaşa – Fatih Karagümrük 1:1
Da Koşta, 11 – Aysserik, 38.
Antalyaspor – İstanbulspor 2:2
Buksa, 14; 16 – Əmrəhan Gedikli, 75. Cekson, 90+9-p.
Qaziantep – Samsunspor 1:1
Ogün Özçiçək, 83 – Şatka, 90+2.
Hatayspor – Sivasspor 1:1
Bucemaa, 75 – Manay, 18.
İstanbul BŞ – Kayserispor 2:3
Turuç, 58. Gürlər, 89 – Nazon, 9. Kərimi, 15. Boa Morte, 84.
1. Qalatasaray 26 22 3 1 55-14 69
2. Fənərbaxça 26 21 4 1 68-21 67
3. Trabzonspor 26 13 4 9 42-33 43
4. Beşiktaş 26 13 4 9 37-31 43
5. Kasımpaşa 26 11 6 9 47-48 39
6. Çaykur Rizəspor 26 10 6 10 28-37 36
7. Antalyaspor 26 8 11 7 31-29 35
8. Sivasspor 26 8 10 8 30-36 34
9. İstanbul BŞ 26 9 6 11 33-33 33
10. Adana Dəmirspor 26 7 11 8 39-35 32
11. Kayserispor (-3) 26 9 8 9 32-36 32
12. Samsunspor 26 8 6 12 30-36 30
13. Ankaragücü 26 6 11 9 30-32 29
14. Hatayspor 26 6 11 9 32-35 29
15. Alanyaspor 26 6 11 9 31-39 29
16. Fatih Karagümrük 26 7 7 12 31-30 28
17. Qaziantep 26 7 7 12 31-38 28
18. Pendikspor 26 6 8 12 31-51 26
19. Konyaspor 26 5 10 11 24-39 25
20. İstanbulspor (-3) 26 3 6 17 20-49 12
Bombardirlər: Ceko (Fənərbaxça) – 18, Tiam (Kayserispor/Pendikspor), İkardi (Qalatasaray) – 14, Manay (Sivasspor) – 13.
Növbəti turun oyunları fevralın 23-26-sı aralığında keçiriləcək: Samsunspor – Çaykur Rizəspor, Kayserispor – Ankaragücü, Trabzonspor – Adana Dəmirspor, Qaziantep – İstanbul BŞ, Qalatasaray – Antalyaspor, İstanbulspor – Beşiktaş, Konyaspor – Hatayspor, Fatih Karagümrük – Alanyaspor, Fənərbaxça – Kasımpaşa, Sivasspor – Pendikspor.
Turun rəqəmi
50 – “Qalatasaray”ın onsuz da rekordlarla zəngin olan tarixinə adını yazdırmaqda davam edən Okan Buruk daha bir önəmli rekordun sahibi oldu. Təcrübəli mütəxəssis “Cim-Bom”un başında 62-ci superliqa oyununda 50-ci qələbəsini qazandı (7 heç-heçə, 5 məğlubiyyət). Bununla da Buruk superliqa tarixində bir klubun başında 50 qələbə həddinə ən tez çatan məşqçi oldu! Bu göstəricidə əvvəlki rekord yenə də “Qalatasaray”ın başında 50-ci qələbəsini 70-ci oyunda qazanan Fatih Terimə məxsus idi. Qeyd edək ki, ötən mövsüm “Qaziantep” və “Hatayspor”la oyunlarda qeydə alınan texniki qələbələr də bu statistikaya daxildi.
Turun ulduzu
İrfan Can Kahveci (Fənərbaxça) – bəlkə də “Fənər” Rizədə gölməçəni xatırladan meydanda ilk yarını geridə bitirdikdən sonra fanatlar artıq qələbəyə olan ümidini itirmişdi. Amma döyüşkən xarakterli İrfan Can Kahvecinin meydana çıxması vəziyyəti dəyişdi. Təcrübəli futbolçu ikinci hissədə 1 qol, 1 məhsuldar ötürmə ilə komandasının çox mühüm qələbəsində əvəzsiz rol oynadı. Onu da bildirək ki, İrfan bu mövsüm superliqada sonradan meydana çıxdığı matçlarda 6 qolda yaxından iştirak edib (3 qol, 3 məhsuldar ötürmə) və bu göstəricidə hamıdan öndədi.
Turun sitatı
Əmrə Belözoğlu, “Ankaragücü”nün baş məşqçisi: “Qalatasaray” ilk 15-20 dəqiqədə üzərimizdə böyük təzyiq qurdu. “Bavariya”ya qarşı da bu cur oynamışdılar. Bizim kimi klublara qarşı bunu asanlıqla həyata keçirirlər. Erkən buraxdığımız iki qol bizim üçün şok effekti verdi. Bu qədər sadə qollar buraxmasaydıq, bəlkə də nəsə edə bilərdik. Fanatlarımız önündə yaxşı oyun sərgiləməyə çalışsaq da, qəbul etməli olduğumuz bəzi reallıqlar var. “Qalatasaray” səviyyə baxımından bu çempionatın çox üzərindədi. Heyət baxımından tarixin ən güclü “Qalatasaray”ıdı. Daha öncə belə yüksək səviyyəli komandaya qarşı nə futbolçu kimi oynamışdım, nə də məşqçi kimi”.
Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “Çox önəmli bir qarşılaşma idi. İlk dəqiqədən liderliyi geri almağı nə qədər çox istədiyimizi göstərdik. Rəqibimiz uzun müddətdən sonra ilk dəfə fanatları önündə oyuna çıxmışdı. Görüşə qollarla başlamağımız işimizi asnlaşdırdı. İkinci qol özümüzəinamı bir qədər də artırdı. Rəqib isə əksinə, psixoloji cəhətdən sarsıntı keçirdi. Təzyiqə, top sahibolmaya, yaradıcı oyuna, qol epizodları yaratmağa əsaslanan futbolumuzu davam etdirdik. İkinci hissə də maraqlı alındı. Fasilədən sonra “Ankaragücü”nün də qol fürsətləri oldu. Əsas odu ki, bizə lazım olan 3 xalı qazandıq və oyunu zədəsiz tamamladıq. Meydanın ot örtüyünə görə narahatlığımız var idi. Amma ot örtüyü gözlədiyimizdən çox yaxşı idi. Buranı 10 günlük müddətə bağlamaları işə yaradı. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik. Həftəiçi oyun keçirdiyimizdən bəzilərinin bu matçla bağlı şübhələri var idi. Amma bu gün həm enerjimiz yüksək idi, həm də taktiki cəhətdən çox yaxşı oynadıq. Tam layiqli qələbə qazandıq”.
İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “Belə ağır şərtlər altında oynanılan matçda hər iki komandanı təbrik edirəm. Çünki oyunçular meydanda əsl kişi kimi, hətta dəlicəsinə savaşdılar. Heç nəyi bəhanə gətirmədilər. Heç kim oyunu çirkinləşdirməyə çalışmadı. İlk yarıda istədiklərimizi həyata keçirə bilmədik. Meydanın bəzi yerləri gölməçə idi. Həmin hissələrdə futbolçular topun sürətini düzgün müəyyənləşdirməkdə çətinlik çəkirdi. Fasiləyə geridə yollansaq da, bu şərtlərə uyğun futbolçuların meydana çıxmasından sonra oyunu öz xeyrimizə çevirə bildik. İkili mübarizələrdə daha çox qalib gəlməyə və rəqib müdafiəsindən dönən topları daha çox almağa başladıq. Bütün bunların nəticəsi kimi gözlədiyimiz qolları da vurduq. İkinci hissə üçün seçdiyimiz strategiya özünü doğrultdu. Oyunçularımı təbrik edirəm. Əslində belə ağır meydanda futbol və performans haqda danışmaq düzgün deyil. Çünki adicə ötürmə vermək olmurdu, top getmirdi. Sadəcə, pressinq etmək, mübarizə aparmaq və yaxşı strategiya seçmək lazım idi. Biz də məhz bunları edərək qalib gəldik” .

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

1-02-2024, 23:0

Okan Burukdan növbəti rekord

Dünya futbolu

12-11-2023, 15:0

''Qalatasaray''ın seriyaları qırıldı

Dünya futbolu

8-06-2023, 22:0

“Trabzonspor” mövsümü 6-cı pillədə tamamladı, Çalımbay “Sivasspor”dan ayrıldı - ŞƏRH

Dünya futbolu

11-04-2023, 18:0

Superliqanın 28-ci turunun ŞƏRHİ

Dünya futbolu

22-01-2023, 10:0

Okan Buruk indidən adını ''Qalatasaray'' tarixinə yazdırdı

Aktual
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
Son xəbərlər
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə