• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Portuqaliya dördüncüsünə 4 qol! - REPORTAJ

Reportaj / Avropa Liqası

17-02-2024, 20:0

Avropa Liqası, pley-off, ilk oyun
Braqa (Portuqaliya) – Qarabağ 2:4 (1:1)

1. Mateus
2. Viktor Qomes
(17. Co Mendes, 76)
15. Paulo Oliveyra
4. Siku Nyakate
26. Kristian Borxa
28. Joao Moutinyo
18. Vitor Karvalyo
(10. Şer Ndur, 76)
16. Rodriqo Salasar
(22. Luiş Pitsi, 67)
23. Simon Banza
9. Abel Ruis (k)
14. Alvaro Calo
(11. Rocer Fernandes, 56)
Ehtiyat oyunçular
12. Tyaqo Sa
91. Lukas Qorniçek
5. Sərdar Saatçı
6. Joze Fonte
20. Roni Lopeş
55. Çissumba
59. Yan Said
90. Cibril Sumare
Baş məşqçi: Artur Jorje

99. Andrey Lunyov
44. Elvin Cəfərquliyev
13. Bəhlul Mustafazadə
55. Bədavi Hüseynov (k)
2. Mateus Silva
7. Yassin Benzya
(17. Hamidu Keyta, 86)
6. Julio Romao
(24. Aleksey İsayev, 86)
8. Marko Yankoviç
10. Abdulla Zubir
(19. Redon Cica, 90+6)
15. Leandro Andrade
(27. Toral Bayramov, 67)
18. Olavio Juninyo
(90. Nəriman Axundzadə, 86)
Ehtiyat oyunçular
23. Luka Quqeşaşvili
89. Amin Ramazanov
5. Maksim Medvedev
81. Kevin Medina
30. Abbas Hüseynov
66. Patrik Andrade
Baş məşqçi: Qurban Qurbanov

Qollar: M.Yankoviç, 21-p. (0:1). S.Banza, 44 (1:1). A.Zubir, 54 (1:2). O.Juninyo, 67 (1:3). A.Zubir, 69 (1:4). J.Moutinyo, 90+1-p. (2:4).
Vərəqələr: M.Silva, 30. A.Ruis, 45+2. J.Romao, 76 – sarı.
Hakimlər: MORTEN KROQ, Vollenberq Rasmussen, Steffen Bramsen, Mikkel Redder (hamısı Danimarka).
VAR hakimi: Rob Dieperink (Niderland).
VAR hakiminin köməkçisi: Yonas Hansen (Danimarka).
Hakim-inspektor: Tomas Eynvaller (Avstriya).
UEFA nümayəndəsi: Damyen Mollard (İsveçrə).
15 fevral. Braqa. “Eştadio Munisipal de Braqa”. 12122 tamaşaçı.

15 (7) qapıya (“çərçivə”yə) zərbə 11 (5)
7 künc zərbəsi 2
0 ofsayd 2
16 qayda pozuntusu 13
1 (0) sarı (qırmızı) vərəqə 2 (0)
53 topa sahibolma (faizlə) 47

“Qarabağ” Avropa Liqasının H qrupundan “sağ çıxmaqla” növbəti mərhələyə yüksəlmişdi. Portuqaliyadakı matçda tarixdəki yeni səhifənin ilk sətirləri yazılacaqdı. Ağdamlılar səfərə itkilərlə yollanmışdı. Kevin Medinanın zədəli, Marko Veşoviçin cəzalı olması ürəkaçan məqam deyildi. Bu mənada təsəlli verən əsas məqam rəqibin də bir neçə aparıcı futbolçusunun – xüsusən də Rikorda Orta ilə Armindo Brumanın yoxluğuydu.

Rəqiblər tarixdə ilk dəfə qarşılaşırdı. “Qarabağ” daha öncə Portuqaliya “Sportinq”iylə üz-üzə gəlsə də, “Braqa”yla tanış deyildi. Bu üzdən oyunun mümkün axarı ilə bağlı hansısa mülahizə irəli sürmək çətin idi. Bu başqa məsələ ki, əksəriyyət son illərdə Portuqaliyanın gücünə görə 4-cü komandası imicinə yiyələnən “Braqa”nı şanslı sayırdı. Nə biləydik ki, “köhlən atlar” Cıdır düzündəymiş kimi rahatlıqla sağa-sola şığıyacaq, sadəcə, meydanın hər qarışını yox, tribunaları belə fəth edəcək. Təbii ki, ilk dəqiqələrin nə qədər vacib olduğunu bilirik. Bu anlarda bütün diqqəti oyuna yönəldib hər şeyin başlamadan bitməsinə maneə olmaq lazımıydı. Lakin bir neçə dəqiqə hərc-mərcliyin şahidi olduq. İlk hücum cəhdinin müəllifi “Braqa” oldu ki, Lunyov asanlıqla Calonun zərbəsini dəf etdi. Bir neçə dəqiqə sonra meydan sahiblərinin “qol silahı” Banza bəxtini sınadı. Amma Salasarın ötürməsindən faydalana bilmədi. Çünki Lunyov yerində idi. Bir qədər irəli gedib qeyd edək ki, rusiyalı qolkiper ilk yarı boyunca daim həyəcanlı göründü, sanki səhv etməkdən qorxurdu. Bu qorxu ilk yarının sonunda onun topa çıxışda kobud səhvə yol verməsini və hesabın bərabərləşməsini şərtləndirdi. Start təzyiqini üzərindən atan “Qarabağ” tezliklə irəli atıldı. Nəfəsini dərmədən özünü cərimə meydançasına çatdıran Zubirin qarşısı kobudluqla alındı. Amma hakimdən “davam” işarə gəldiyindən hücum cəhdinin axırı dəyişmədi. Bu dəfə də Qomes rəqibini aldadaraq qol vurmaq istəyən Elvini qapının yaxınlığında yerə yıxdı. Hakim dərhal “nöqtə”ni göstərdi. Az sonra Yankoviçin penalti zərbəsini dəqiq yerinə yetirdiyini gördük. Təcrübəli Mateus topun istiqamətini düzgün müəyyənləşdirsə də, özünü ona yetirə bilmədi. 27-ci dəqiqədə Romaonun səriştəsiz zərbəsi qeydə alındı. Onun uzaq məsafədən “çərçivə”yə ünvanladığı top qapıdan aralı keçdi. Bundan sonra “Braqa”nın iki təhlükəli hücum cəhdi oldu ki, birində axtardıqlarını tapdılar. Qomesin “çərçivə”yə göndərdiyi, amma Lunyovu məğlub etməyən zərbəsindən bir qədər sonra meydan sahibləri künc zərbəsi qazandı. Salasarın göndərdiyi top “Qarabağ”ın qapısı önündə qarışıqlığa səbəb oldu. Çıxışda səhvə yol verən Lunyov topa çatmadı, qapı xəttində dayanan Yankoviç Nyakatenin zərbəsinin qarşısını alsa da, Cəfərquliyevin müqavimətinə rəğmən, Banza topu tora göndərə bildi. Belədə 2-ci hissənin daha maraqlı mübarizə şəraitində keçəcəyi aydın oldu.

2-ci hissədə də ilk təhlükəli vəziyyəti meydan sahibləri yaratdı.
Hesabda tarazlıq olduğundan bəlli idi ki, matçın ikinci hissəsi daha maraqlı keçəcək. Yenə ilk təhlükəli epizoda “Braqa” imza atdı. Uzaq ötürmələrlə qapı önünə tez çatmaq istəyən meydan sahibləri Calonun ifasında fərqlənə bilərdi. Lunyov buna imkan verməmək üçün önə atılsa da, topa sahib çıxa bilmədi. Belədə Salasar qapıçıdan dönən topa çatmaq istədi. Yaxşı ki, Elvin özünü yetirib topu meydandan çıxardı. Bu, rusiyalı qapıçının inamsızlığı ilə bağlı son epizod oldu. Sanki qara qorxu Lunyovun canından çıxdı, o bir daha səhvə yol vermədi. Az sonra “Qarabağ”ın əks hücumu fayda vermək üzrə idi. Amma Yankoviç, demək olar ki, yüzfaizlik qol imkanından yararlanmadı. Əslində Benzya Juninyoya ötürmə etmək istəyirdi. Oliveyra təhlükəni sovuşdurmaq əvəzinə topun Markoya çatmasına səbəb oldu. Montenqrolu yarımmüdafiəçi isə qapını dəqiq nişan almadı. O, burda özünü doğrultmasa da, çox keçmədən komandasına cərimə zərbəsi qazandırdı. Bütün gücüylə irəli atılan futbolçu əlverişli şərait axtarışında ikən Oliveyranın kobud müdaxiləsi üzündən yerdə qaldı. 54-cü dəqiqədə topun arxasında “Braqa”nı cəzalandırmaq istəyən Benzyanı gördük. Onun zərbəsi rəqibin “canlı sədd”ini yarsa da, hədəfə çatmadı. Zubir dərhal boşluqdan istifadə edib komandasının növbəti qolunu vurdu. Bu epizodda Bəhlulun qapıçının önünü kəsdiyi düşünülürdü ki, VAR əksini dedi! Bu, hər şeyin başlanğıcı idi. 15 dəqiqə sonra hesab artıq 4:1 “Qarabağ”ın xeyrinə idi. Tələsməyək… Hesabın 2:1 olması “Braqa”nı xeyli ruhdan salmışdı. Artıq ağdamlılar sürətli hücumlarla qapı önünə qədər rahat irəliləyirdi. Belə epizodların birində Juninyo fürsəti əldən verdisə, ikincidə qol hədəfinə çatdı. Onun ilk zərbəsi qapıdan aralı keçmişdi. Juninyo 67-ci dəqiqədə Benzya və Zubir cütlüyünün qurduğu hücum sayəsində sonuncudan aldığı ötürməni tora qovuşdurdu. Düzdü, yenə oyundankənar vəziyyətin olduğu iddia edilirdi. Lakin Kroq VAR-la məsləhətləşəndən sonra qolu saydı. Fərqin artması “Braqa”nın işini çətinə saldısa, üç olması fəlakətə bərabər idi. Buna Zubirin 69-cu dəqiqədə dubl etməsi səbəb oldu. Fransalı yarımmüdafiəçi Toralın sağ cinahla irəliləyib cərimə meydançasına ötürdüyü topu “çərçivə”yə göndərdi. Ona nə Mateus maneə ola bildi, nə də “Qarabağ”ı 5-6 top fərqiylə yenə bilərik” deyən Oliveyra… Sonuncu qola isə əsas vaxta artırılmış 2-ci dəqiqədə şahidlik etdik. Silva topla birgə cərimə meydançasına daxil olan Fernandeşi kobud müdaxiləylə dayandırdı. Belədə Kroq dərhal “nöqtə”ni göstərdi ki, penaltini dəqiq yerinə yetirən Moutinyo fərqi ikiyə endirdi. Bundan sonra meydana yenicə daxil olan Nəriman ardıcıl iki dəfə qol vurmaq şansı əldə etdi. Lakin soyuqqanlı davranmadığından hər iki fürsəti boşa verdi. Nəhayət, Kroqun “Qarabağ”ın qələbəsini rəsmiləşdirən final fitini eşitdik. Beləliklə, çempionumuz “Braqa”nı məğlub edərək, vətənə zəfərlə qayıtdı. İşin yarısı görülüb. Qalıb son nöqtəni qoymaq. Mərhələni kimin keçib-keçməyəcəyinə fevralın 22-də Bakıda aydınlıq gələcək. Elə isə… Hamı stadiona!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

3-02-2024, 15:0

"Qarabağ"ın "Braqa" ilə oyunlar üçün iştirak ərizəsi - SİYAHI

Manşet / Avropa Liqası

15-02-2024, 23:0

Start heyətləri bəlli oldu - oyuna 1 saat qaldı

Premyer-liqa

11-02-2024, 18:0

“Qarabağ” - “Sabah”: - START HEYƏTLƏRİ

Ölkə kuboku

21-12-2023, 13:0

"Qarabağ" - MOİK: START HEYƏTLƏRİ

Premyer-liqa

20-10-2023, 17:0

"Turan Tovuz" - "Qarabağ: START HEYƏTLƏRİ

Premyer-liqa

3-02-2024, 14:0

"Səbail" - "Qarabağ": START HEYƏTLƏRİ

Aktual
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Son xəbərlər
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:50
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
  • Dünən, 21:15
    AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
  • Dünən, 21:00
    Millimizin San Marinoya qarşı start heyəti
  • Dünən, 20:55
    U-21 millimiz Qırğızıstana uduzdu
  • Dünən, 20:45
    Azərbaycan boks tarixində ilk
  • Dünən, 20:21
    Yeni Zelandiyanın yeni “ulduzu” kimdi?
  • Dünən, 19:50
    U-20 millimiz ilk matçda qələbə qazandı
  • Dünən, 19:35
    U-17 millimiz Qazaxıstana yenə uduzdu
  • Dünən, 19:16
    “Palmeyras” “Flamenqo” ilə xal fərqini 7-yə çatdırdı - İCMAL
  • Dünən, 18:47
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 18:13
    Kocaman bu ulduzun ''Fənərbaxça''da qalmasını istəyir
  • Dünən, 17:45
    “Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
  • Dünən, 17:09
    Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
  • Dünən, 16:53
    "Turan Tovuz" Şəhriyar Əliyevlə vidalaşdı
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 172
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 161
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə