Dünən “Qarabağ”ın əvəzediciləri ev oyununda “Sabah”a böyük hesabla (4:0) məğlub oldu.
Əsas komandanın premyer-liqadakı hegemonluğunu nəzərə alsaq, belə məğlubiyyət əvəzedicilərə heç yaraşmadı. “Football-plus.az” olaraq, bu məğlubiyyətin səbəbini öyrənmək üçün klubun baş məşqisi Cavad Mirzəbəyli ilə danışdıq:
“Deməzdim ki, hesab komandanın oyununa görədi. 30-u dəqiqəyə kimi üç yüzfaizlik imkanımız oldu. Lakin bu epizodları dəyərləndirə bilmədik. Bundan sonra rəqib 35-ci dəqiqədə əks-hücumda bir qol vurdu. Biz də məcbur olduq ki, daha da yüklənək. Bunun nəticəsində də əks-hücumlarda yaxalandıq. Doğrudu, böyük hesabla məğlub olduq, amma bu hesabın oyuna görə olmadığını düşünürəm. Sadəcə, rəqib ələ düşən bütün fürsətləri dəyərləndirə bildi. Biz isə bunu bacarmadıq”.
KAMAL SƏFƏR