Usik: “Fürini döymək istəyirəm, WBC kəməri əlavə motivasiyadı”

27.08.2023 18:51 235
İdman
WBA, IBF və WBO versiyaları üzrə superağır çəkinin çempionu Aleksandr Usik (20-0) bildirib ki, WBC versiyası üzrə superağır çəkinin çempionu Tayson Füri (33-0) ilə döyüşməyi hər şeydən çox istəyir:

“Füri gözəl və şəndi. Ümumiyyətlə, onun haqqında düşünmürəm, mənə, sadəcə, onunla rinqdə görüşmək lazımdı. Taysonla döyüşmək istəyirəm. WBC kəməri, sadəcə, əlavə motivasiyadı, bir-birimizlə döyüşməliyik. Azarkeşlər və başqa adamlar 20, 30, 40 il bizim döyüş haqda danışacaq”.

Xatırladaq ki, Usik növbəti döyüşü bu gün Varşavada britaniyalı Daniel Dyubua ilə keçirəcək.