Bilindiyi kimi, “Qarabağ”ın U-15 komandası Minskdə keçirilən “Gələcəyimiz” turnirində 5-ci yeri tutub.
“Football-plus.az” bu komandanın baş məşqçisi Vüqar Əsgərli ilə əlaqə saxlayaraq səfər təəssüratını öyrəndi:
“Belə turnirlərə qatılmaq uşaqların inkişafı üçün çox yaxşıdı. Turnirdə təşkilatçılıq yüksək səviyyədə idi, son nəticədə 5-ci olduq. Yalnız bir oyunda penalti seriyasında məğlub olduq. Doğrudu, nəticə o qədər də vacib deyildi, əsas odu ki, futbolçularım verdiyim tapşırıqları yerinə yetirməyə çalışdı və deyərdim ki, alındı”.
KAMAL SƏFƏR