• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Özümdən başqa düşmənlərim üçün də dua edirəm”

Dünya futbolu / Müsahibə

3-02-2024, 00:0

“Milan” üçün cari mövsüm o qədər də uğurlu keçmir.

"Football-plus.az" xəbər verir ki, komanda həm İtaliya kubokunda mübarizəni dayandırıb, həm də Çempionlar Liqasında pley-offa vəsiqə qazana bilməyib. A seriyasında isə “rossonyerlər” hazırda 3-cü pillədə qərarlaşsalar da, belə görünür, bu pillədən yuxarı çıxmaq və çempionluq mübarizəsinə qoşulmaq mümkün olmayacaq. 2021/22-də “Milan”a sürpriz çempionluq qazandıran Stefano Piolinin gələcəyi barədə çoxlu söz-söhbət gəzir. Komandanın həm ən təcrübəli, həm də ən məhsuldar futbolçusu olan Olivye Jiru bugünlərdə İtaliyanın “Qazetta dello Sport” nəşrinə müsahibə verib. Fransa yığması ilə dünya çempionluğunu qazanmış forvard komandanın durumu, hədəfləri, İbrahimoviçin vəzifəsi və başqa məqamlar haqda danışıb.

- Bu mövsüm A seriyasında hesabınızda 10 qol, 7 məhsuldar ötürmə var. Hətta 37 yaşda da yüksək səviyyədə qalmağı bacarırsız.
- Peşəkar futbolçu həmişə mükəmməlləşməyə can atmalıdı. Bu, yaşdan yox, istəkdən, hədəfə köklənməkdən asılıdı. Məhsuldar ötürmələr isə hər zaman oyunumun ayrılmaz bir parçası olub. Fikrimcə, gənclərə yaxşı örnək ola bilirəm. Heç vaxt inkişafdan qalmamalısan. Xüsusilə də olmaq istədiyin yerdəsənsə. “Milan”da işlərim qaydasındadı. Pioli başqa olmaqla məşqçilər korpusu ilə münasibətlərim əladı.

- Pioli haqda çox yazılıb və müzakirələr aparılıb. O, gələn mövsüm komandanın başında qalmalıdı?
- Onunla bağlı fırtına qopanda, yəni mətbuat istefasını tələb edəndə mən həmişə onunla söhbət edirdim və dəstək verirdim. Bir dəfə görüşdə ona “mən özüm də bunlardan keçmişəm, nə vaxt lazımdısa, mənə arxalana bilərsən” dedim. 20-ci turda “Roma”ya vurduğum qolu həm də ona həsr etmişdim. Bir-birimizə arxalanırıq. Həm onun, həm də “Milan” üçün həmişə meydanda var gücümü qoyuram. Pioli bunu gözəl bilir.

- Bəs siz özünüz komandada qalacaqsız?
- Hələ də gələcəkdə nə olacağını bilmirəm. Yalnız bir şeyi bilirəm ki, burda özümü çox rahat hiss edirəm və “Milan”da iz buraxmağı bacarmışam. Bizim bu klubla münasibətlərimiz sevgi nağılına bənzəyir. Hələ müqavilənin yenilənməsi ilə bağlı danışıq aparmamışıq. Yəqin ki mövsümün sonlarına yaxın oturub bir qərar verəcəyik. Əsas odu ki, komanda şəklində hədəfə köklənək və konsentrasiyanı itirməyək.

- Sizin üçün karyeranızı ABŞ-da davam etdirmək ən real variant kimi görünür...
- Başqa variantlar da var. Hər halda, mövsümün sonunda daha çox fürsət qarşıma çıxacaq. Mən də hər şeyi ətraflı götür-qoy edib qərarımı verəcəm. Həm bir futbolçu, həm də ailə başçısı kimi.

- Ötən mövsümün gedişində İbrahimoviç də bu cür durumda idi. İndi hamıya maraqlıdı, o, Milanelloda nə ilə məşğuldu?
- Zlatan rəhbərlik, yəni “Red Bird” şirkəti ilə komanda arasında əsas əlaqələndiricidi. Amma bunu elə edir ki, Piolinin işinə və səlahiyyətlərinə qarışmasın. O, bura yalnız bizə yardım etməyə gəlib. Xüsusilə də psixologiya və motivasiya ilə bağlı olan məsələlərdə. İbra bizimlə tez-tez söhbət edir. Onun ən sevimli ifadəsi budu: “Siz qalib gəlirsizsə, deməli, mən də qalib gəlirəm”.

- Dünya çempionluğunu qazanmış və artıq 37 yaşı olan sizin kimi bir futbolçuya da məsləhətlər verir?
- Əlbəttə. Həmişə məni ruhlandırmağa çalışır. Oyunlardan öncə və sonra, hətta fasilədə də mənlə söhbət edir. İbra komandada söz sahibi olmağımı, digər oyunçulara yardım etməyimi istəyir. Zlatan bilir ki, indiki “Milan” gənc komandadı və öz təcrübəsini ötürə, eləcə də başqalarına nümunə ola biləcək oyunçuya ehtiyac duyur. Başqa sözlə desək, mənim lider olmağımı istəyir.

- Çoxları bunu Rafael Leaodan gözləyir. Amma o hələ də liderə çevrilə bilməyib. Üstəlik bu mövsüm çox az qol vurur.
- Fanatlar ondan həqiqətən də çox şey gözləyir. Leao dərk edir ki, özünə münasibətdə daha tələbkar olmalıdı. Bu komanda üçün necə vacib rol oynadığını bilir. Onun komanda yoldaşı kimi deyə bilərəm ki, Leao bəzən hətta qol vurmadığı matçlarda belə həlledici rol oynayır. Kiçik epizodlar olur ki, onlar çox da gözə dəymir. Amma komanda üçün vacib məqamlardı. Hər birimiz Rafanın potensialının indikindən daha artığını göstərməyə imkan verdiyini bilirik. Ona dəstək olmağa çalışırıq. Top səviyyəyə qalxması üçün hər cür keyfiyyətlərə malikdi. Sadəcə, daha sabit oynamalı və bir qədər də məhsuldarlığını artırmalıdı.

- Siz artıq futbolçu yox, yönətici kimi danışırsız...
- (gülür) Düzünü desəm, gələcəkdə idman direktoru olmaq istərdim. Həm əsas komanda, həm “altyapı”, həm də transfer məsələləri ilə məşğul olardım. Baş məşqçi olmayacağımı dəqiq bilirəm. Çünki bu, çox stressli bir işdi.

- İndiki dönəmə qayıdaq. Bu mövsüm A seriyasında 20 qol həddinə çata biləcəksiz?
- Bu qədər qol vursam, deməli, çatacam. Açığı, qol sayı baxımından qarşıma konkret bir hədəf qoymamışam. İlk növbədə istərdim ki, ötürmə sayında da ikirəqəmli həddə çatım.

- “Milan”ın bu mövsüm skudettonu qazana biləcəyinə hələ də inanırsız?
- Bu, əsas hədəfdi və bu yolla irəliləyirik. Yaxşı formada olsaq və qələbələri sıralasaq, ən azı bizdən üstdə olan klublar – “Yuventus” və “İnter” ilə xal fərqini azaltmağımız mümkündü. Onların hər ikisi əla mövsüm keçirir. Aprelin sonlarına yaxın əvvəlcə “İnter”, sonra da “Yuve” ilə qarşılaşacağıq. O vaxta qədər fərqi azalda bilsək və hər iki oyunda yaxşı nəticə qazansaq, hər şey mümkündü. Amma əvvəlcə bizə lazım olan xalları toplamağa başlamalıyıq. Yəni indidən skudetto haqda danışmaq çətindi.

- “İnter”dən söz düşmüşkən, 2023-cü ildə keçirilən bütün derbilərdə məğlub olduz. Bunu qəbul etmək sizin üçün nə dərəcədə üzücüdü?
- Bəli, çox üzücü faktdı. İbranın komandadakı varlığı bu baxımdan çox vacibdi. O, gənclərə derbinin önəmini, bu oyunun bizim üçün vacibliyini anlatmalıdı. Bunu tək ağılla yox, həm də ürəkdən, qəlbdən anlamaq lazımdı. Düzdü, qarşıda hələ çox oyun var. Amma “Milan”ın düzgün yolda olduğunu düşünürəm.

- Fevralın ortalarında həm də avrokuboklarda fasilə başa çatacaq. “Milan”ı da Avropa Liqasının pley-offunda “Renn”lə oyunlar gözləyir.
- “Milan” bu turniri qazanmağa qadir olan klublardan biridi. Bəzilərinin gözündə autsayder, bəzilərinin gözündə isə favorit kimi görünürük. Bu titul həm də ona görə bizə maraqlıdı ki, “Milan” onu tarixi ərzində heç vaxt qazanmayıb.

- Gəlin, belə bir sıralama aparaq. Ən yaxşı hücumçuları seçək və onların oyununa ulduzlarla qiymət verək. Bir ulduz çox güclü, iki ulduz super oyunçu, üç ulduz isə maksimum hədd deməkdi. Holanna üç ulduz vermək olar?
- Əlbəttə. O əsl yırtıcıdı. Güclü və yekəpərdi. Holannın həm gücü var, həm də sürəti.

- Hazırda dünya futbolunda daha hansı hücumçulara üç ulduz vermək olar?
- Mbappe ilə Vinisiusa.

- Bəs iki ulduz?
- Belələrinin sayı çox deyil. Məsələn, Leaoa vermək olar. Bəli, Rafa iki ulduza layiqdi.

- Bəs “Milan”ın hədəfində olan sloveniyalı Benyamin Şeşko?
- Son 2-3 ildə diqqətlə izlədiyim oyunçulardan biridi. Cəmi 20 yaşı var və hələ gəncdi. Amma potenasialı böyükdü və indikindən daha yaxşı oynamağa qadirdi. Ona 1,5 ulduz vermək olar.

- Bəs Endrik və Zirkze kimi gənclər? Sonuncuya “Milan” da maraq göstərir.
- Endrik hələ ki yalnız Cənubi Amerikada oynayıb. Onun oyununu elə də çox izləmək fürsətim olmayıb. Zirkzeni isə çox bəyənirəm. Amma gəlin, tələsməyək. Onun üzərində təzyiq yaratmaq lazım deyil. Bəli, o, istənilən halda ulduza layiq futbolçudu.

- Bəs italiyalı forvardlar arasında ulduza layiq olanı yoxdu, Bəlkə Skamakka?
- Skamakka yaxşı futbolçudu. Amma hələ yüksək səviyyədə özünü sübut etməlidi. Ona bir ulduz vermək olar.

- Mayk Menyan başına gələn hadisədən sonra özünü necə hiss edir?
- Durumu qaydasındadı. Mayk psixoloji cəhətdən güclüdü. Udinedə başverənləri düşünmür, çünki artıq keçmişdə qalıb. Amma belə şeylər təkrarlanmamalıdı. İstər həyatda, istərsə də yaşıl meydanda irqçiliyə yer olmamalıdı. Əksinə, futbol bu baxımdan örnək olmalıdı.

- Həmin qarşılaşmada onun ünvanına irçi sözlər işlədən şəxslərin stadiona girişinə ömürlük qadağa qoyulub. Bu sərt cəza ilə razılaşırsız?
- Əlbəttə, razılaşıram. Üstəlik stadionu da cəzalandırıblar. “Udineze” növbəti ev oyununu azarkeşsiz keçirməli olacaq. Yəni həm dəstəkdən məhrum olacaq, həm də kluba maddi ziyan dəyəcək. Bəlkə də bu olaydan nəticə çıxarmaq üçün bu, yaxşı cəzadı.

- Udinedəki qələbədən sonra Menyanı qucaqladız və barmağınızla yuxarını işarə etdiz.

– Bəli, çünki ikimiz də inanclı insanlarıq. Bu başverənlərdən sonra qazandığımız bu qələbə sanki Tanrının bizə bir hədiyyəsi idi.
- Adətən, nə üçün dua edirsiz?
- Minnətdarlıq edirəm. Özümün və ailəmin sağlamlığı qaydasında olduğu üçün Tanrıya minnətdarlıq edirəm. Özümü xoşbəxt insan sayıram. Çünki İsa Peyğəmbəri və onun keçdiyi həyat yolunu bilirəm. Tanrı sevgisinin nə demək olduğunu da bilirəm. Belə şeylərdə utanılacaq heç nə yoxdu. Mənim üçün bunlar təbii haldı. Həmişə xoşbəxt olmağa, insanlara sevgi və sülh aşılamağa çalışıram. Özümdən başqa düşmənlərim üçün də dua edirəm. Onlara öz Tanrılarını tapmağı arzulayıram.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-05-2022, 22:0

"Milan"ın çempionluğu Piolinin şəxsi qisası idi" - De Byazi

Dünya futbolu

27-04-2023, 20:0

“Milan”da qalmaq istəyir, amma şərtləri var

Dünya futbolu

6-01-2024, 18:0

Dünya çempionu qəti qərara gəldi

Dünya futbolu

18-05-2023, 19:0

Pyoli və Maldiniyə qapı göstərilə bilər

Dünya futbolu

20-04-2023, 21:0

Dünya çempionu ilə müqavilə yeniləndi

Dünya futbolu

30-03-2023, 14:0

“Milan” ilə yenidən anlaşdı

Aktual
“Futbolçularımız peşəkardı, heç biri ruhdan düşməyəcək” - çempionluq oyununda heç-heçə edən baş məşqçi
İnqilab Məmmədov 2-ci liqada da qalmaqalla üzləşdi! – 4 qırmızı, 12 sarı vərəqə, dava-dalaş
“Neftçi” növbəti 1:5-dən qaçmaq üçün nə etməlidi? – yollar da var, adlar da!
“Pul hər şeyi yox, çox şeyi həll edir” – “Şamaxı”dan cavab
“Kəpəz”: dağ yox, DAĞ! – Sisyanov, Cavad xan və başqaları...
“İndi vəziyyət yaxşılaşıb” - Rahid Əmirquliyev “Şahdağ Qusar”ın hədəflərindən danışdı
Son xəbərlər
  • Dünən, 23:42
    “Futbolçularımız peşəkardı, heç biri ruhdan düşməyəcək” - çempionluq oyununda heç-heçə edən baş məşqçi
  • Dünən, 23:19
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:49
    "Şəfa" xal itirdi, "Mingəçevir" yenidən ikinci sırada
  • Dünən, 22:16
    MS-ni o da tərk edəcək
  • Dünən, 21:55
    Əməliyyatı uğurla keçdi
  • Dünən, 21:25
    Klubundan yeni təklif aldı
  • Dünən, 20:54
    Onun qiyməti şahə qalxdı
  • Dünən, 20:22
    PSJ-də Dembelenin rekordunu yenilədi
  • Dünən, 19:59
    “Komandamın cəsur futbol oynamasını istəyirəm” - “Böyük beşliy”in ilk qadın məşqçisi gələcəyə ümidlə baxır
  • Dünən, 19:36
    “Bavariya” treblə doğru daha bir addım atdı
  • Dünən, 19:05
    Roderik Miller "Qarabağ"a qarşı oynaya biləcəkmi? - rəsmi açıqlama
  • Dünən, 18:34
    Türkiyəli futbolçu İtaliya klubunda gözdən düşüb
  • Dünən, 18:03
    "Neftçi" - "Qarabağ" oyununu kim idarə edəcək?
  • Dünən, 17:46
    Sərgən Yalçın bu futbolçunu ''qara siyahı''ya saldı
  • Dünən, 17:15
    Tedesko İtaliya klubunun başına keçə bilər
  • Dünən, 16:44
    Azərbaycan derbisinə görə 20 min, cəmi 41900 manat – klublara cəza yağdı!
  • Dünən, 16:14
    Cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
  • Dünən, 16:00
    Daha bir gənc “Real”dan ayrılmaq istəyir
  • Dünən, 15:29
    "Ola bilsin, İliçin klubda belə azadlığı yoxdu..." - serb mütəxəssisin təhdidinə cavab
  • Dünən, 14:58
    AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyunda
  • Dünən, 14:27
    Tovuzda avrokubok həyəcanı: 32 illik həsrətə son qoyulur? - VİDEO
  • Dünən, 13:56
    "Sabah" Simiçlə Puxaç üçün 1 milyon avrodan artıq məbləğ ödəyəcək - klub rəsmisindən açıqlama
  • Dünən, 13:25
    ÇL-də hələ belə yarımfinal olmamışdı! - PSJ Münhenə 1 topluq üstünlüklə yollanacaq
  • Dünən, 12:54
    Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək
  • Dünən, 12:33
    AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçildi
  • Dünən, 12:27
    Qara Qarayevin kitabının təqdimat mərasimi keçirildi
  • Dünən, 12:07
    AFFA "Sabah" - "Qarabağ" oyunu ilə bağlı qərarları niyə açıqlamır? - Erkin Hüseynov susdu...
  • Dünən, 11:59
    Bizi "Böyük Dəbilqə"də kimlər təmsil edəcək? - SİYAHI
  • Dünən, 11:25
    “Sabah” “Abşeron Lions” ilə üz-üzə - final seriyası başlayır
  • Dünən, 11:18
    Premyer-liqada 60-cı qol
  • Dünən, 10:57
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Dünən, 10:36
    “Çox ümidli deyiləm” - Bəhlul Mustafazadənin atası mümkün transfer haqda
  • Dünən, 10:09
    Son 15 mövsümün rekordu
  • Dünən, 10:00
    Talişka qaçırdığı penalti haqda nə dedi? - ''Heç kimdən gizlənmirəm''
  • Dünən, 01:09
    ÇL-in yarımfinalında inanılmaz hesab – 5:4!
Daha çox
Oxunub: 294
QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
Oxunub: 244
“Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
Oxunub: 197
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Oxunub: 167
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 155
“Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
Oxunub: 143
“Qarabağ “Neftçi” ilə oyunu təxirə salanda çempionluğu itirmişdi” - “köhlən atlar”ın xanım azarkeşi sevimli komandasını tənqid etdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə