“Kəpəz” – “Qarabağ” oyununu izləyərkən ətrafı müşahidə etməyə də imkan oldu. Əsas meydanda qazon ideal səviyyədə idi. Fəqət ehtiyac meydançalardan birinin ot örtüyü yaxşı vəziyyətdə deyildi, saralmış yerlər açıq-aşkar görünürdü. Sanki qazonun birində bahar, digərində payız fəsli idi. Görəsən, stadiona məsul şəxslər yalnız əsas meydançaya diqqət edir? Bu barədə məlumat almaq üçün “Qəbələ”nin mətbuat katibi Asəf Zeynallı ilə əlaqə saxladıq:
“Mövsümlə bağlı problemdi. Əsas meydançanın isitmə sistemi olduğuna görə ot canlı qalır. Ancaq köməkçi meydançalarda isitmə sistemi yoxdu. Bu səbəbdən qış aylarında belə problemlə üzləşirik. Qışdan sonra bütün meydançalar normal vəziyyətə qayıdır”.
KAMAL SƏFƏR
