• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Xavini “Barselona”da kim əvəz edəcək?

Dünya futbolu

2-02-2024, 11:0

Futbol dünyası Yürgen Kloppun “Liverpul”dan gedəcəyi ilə bağlı açıqlamasının şokunu yaşamamış yeni xəbər yayıldı.

Almaniyalı mütəxəssisin qərarından bir gün sonra Xavi də onun yolunu tutdu. “Barselona”nın əfsanəsi və indiki çalışdırıcısı bildirdi ki, mövsümün sonunda postundan ayrılacaq. Yeri gəlmişkən, İspaniya mediasına inansaq, istefa qərarı yanvarın 14-dən – İspaniya Superkubokunun finalında “Real”a acı məğlubiyyətdən (1:4) sonra onun beyninə “oturubmuş”.

İndi isə prezident Xuan Laporta başda olmaqla “Barselona” rəhbərliyi məşqçi bazarını yaxşıca təhlil etməli və Xavinin varisini müəyyənləşdirməlidi. Potensial namizədlərin siyahısı artıq internetdə geniş şəkildə müzakirə olunur.

Bu siyahının önündə Mikel Arteta qərarlaşıb. Bəli, “Arsenal”ın baş məşqçisi “Barsa” ilə sıx bağlıdı (əsas heyətdə bir oyun da keçirməsə də, bu klubun yetirməsidi). Ancaq çətin ki, rahat və sabitləşən London layihəsini Kataloniyadakı başıpozuqluq və xaos mühitinə dəyişə. Hərçənd Xavinin açıqlamasından dərhal sonra sosial şəbəkələrdə guya Artetanın da mövsümün sonunda “topçular”la müqaviləsini pozacağı haqda xəbər yayıldı və adamları şübhəyə saldı. Ancaq sonradan bu xəbərin heç bir əsasının olmadığı üzə çıxdı: “Yayda klubu tərk edəcəyəmmi? Yox. Bu xəbər yalandı. Bunların hardan üzə çıxdığını, nəyə əsaslandığını bilmirəm. Belə xəbərlər yayıldığına görə həqiqətən məyusam”.
Başqa bir namizəd Rafael Markesdi. 7 il (2003-dən 2010-a qədər) kataloniyalıların müdafiəsinin dirəyi olan meksikalı karyerasını bitirəndən sonra kluba qayıtdı. 2022-ci ildən rəhbərlik etdiyi “Barselona Atletik” komandası ilə İspaniyanın gücünə görə 3-cü divizionunda 6-cı yerdə qərarlaşıb və təbii ki, daha yaxşı şərtlər altında çalışmağı arzulayır. Ancaq klub rəhbərliyində nəinki top-komandanı çalışdırmaq, hətta böyük liqalarda iş təcrübəsi olmayan birinə belə vacib postun tapşırılmasının nə dərəcədə məqsədəuyğun olmasıyla bağlı dərin şübhələr var. Son onillikdə bu məsələdə dəfələrlə “yanıblar”.

Joze Mourinyo, Hans-Diter Flik və Qarsiya Pimyenta – bu “üçlük” də müzakirə olunan variantlar arasındadı. Bunlardan Mourinyo seçilir. Yaxınlarda “Roma”dan qovulan portuqaliyalının “Napoli”nin “sükanı arxasına” keçəcəyi ilə bağlı ehtimal doğrulmadı. Prezident De Laurentis bəyan etdi ki, Joze Neapolda olmayacaq, yəni onun işsiz günləri davam edir. Nədən özünü Kataloniyanın paytaxtında sınamasın ki?! Amma “Xüsusi”yə prinsipləri mane ola bilər. Axı o, 3 il (2010-13) “Real”ı çalışdırıb və bu müddətdə dəfələrlə “Barsa”nı “sancıb”.
Flik də evdə işsiz oturub, artıq 5 aydı dincəlir. Həmkarlarımıza inansaq, Laporta hələ 2021-ci ildə Hans-Diteri “Barsa”ya çağırıb. Ancaq məşqçi həmin vaxtdan bəri Almaniya yığması ilə Qətər mundialında uğursuzluğa düçar olmaqla və uğursuz yoldaşlıq oyunları seriyası ilə imicini əməlli-başlı zədələyib. Pimyentanın hazırda çalışdırdığı “Las-Palmas” gözlənilmədən 9-cu pillədə qərarlaşıb. Xavi kimi, o da “Barselona”nın məhsuludu: oyunçu kimi bütün mərhələlərdən keçib, karyerasını bitirəndən sonra isə yeniyetmələrlə işləyib, “Barsa B”də yardımçı və baş məşqçi olub. O, “Las-Palmas”da 2-ci mövsümünü keçirir, ancaq bu, yararlılığını göstərmək üçün kifayətdimi? Axı Xavi də Kataloniyaya dönənə qədər “Əl-Sədd” ilə Qətər çempionatında xarüqələr yaradırdı.

İndi də Pep Qvardiola variantını nəzərdən keçirək. “Barselona” dönəmi, heç şübhəsiz, onun karyerasının ən gözəl anlarıdı. Kataloniyalı mütəxəssis klubla 14 qənimət qazanıb və həmin dövrü sevinc hissi ilə xatırlayır: “Biz “Barselona”da gözəl olan şeyə toxunduq. Necə oynadığımızı indiyə qədər xatırlayırlar, bundan sonra da xatırlayacaqlar”.

Bu başqa məsələ ki, onilliklərin ayrıcında Pep hər mövqedə bir neçə ulduzun olduğu möhtəşəm komandaya rəhbərlik edirdi. İndi isə hər şeyi yenidən qurmaq lazımdı. Mançesterdə işləri qaydasında gedirsə, bütün bunlar Qvardiolaya lazımdımı? Bir tərəfdən, o, yeni çağırışları sevir. Amma digər tərəfdən, pulu və dünyanın ən yaxşı liqasında dominantlıq etmək imkanını də əldən vermək istəməz. Pepin birinci variantı seçəcəyi ilə bağlı ehtimal hədsiz aşağıdı. Elə Qvardiola özü də “Barsa”nın mümkün çalışdırıcısının kimliyi ilə bağlı mövzuya toxunub və Roberto de Zerbiyə boylanmağı məsləhət görüb. Deməli, heç yana tələsmir.

Miçel Sançeslə Yürgen Kloppun namizədliyi üzərində dayananlar da var. Klopp “Liverpul”dan ona görə ayrılıb ki, orda gərginlikdən və ritmdən yorulub. Kataloniyada isə emosiyalar bundan da artıq olacaq, çətin ki, almaniyalı mütəxəssis razılıq verə. Miçel çoxdan La Liqadadı, üç il ərzində “Jirona”da ciddi işlər görüb – bu komandanı ortababdan dominanta çevirib. Əksər başqa namizədlərlə müqayisədə onunla anlaşmaq “Barselona” üçün daha asan olardı.

Bəs namizədlər siyahısında başqa kimlər var?
Tyaqo Motta. İtaliyalı-braziliyalı karyerasına məhz “Barsa”da başlayıb. Bəlkə də buna görə adı siyahıdadı. Niyə belə düşünürük? Ona görə ki, Mottanın məşqçi karyerası Markesin karyerasından uzun deyil. O, 2019-cu ildən bəri İtaliyanın ortabablarına rəhbərlik edir və bu müddətdə böyük uğura nail olmayıb. Hazırda çalışdırdığı “Bolonya” A seriyasında 8-ci pillədə qərarlaşıb.

Ruben Amorim. Portuqaliya yığmasının sabiq yarımmüdafiəçisi hardasa inanılmazı bacardı – “Sportinq”in “sükanı arxasında” “Benfika” ilə “Portu”nun hegemonluğunu qırdı. 2020/21 mövsümündə çempion oldu, növbəti mövsüm “gümüş” qazandı. Bu komanda indi də çempionatda liderlik edir, yəni Amorimin namizədliyini gözdən keçirməyə dəyər.

Xabi Alonso. Bask mütəxəssisin olmadığı istənilən siyahı kasad görünür. Yəqin ki, hər kəs Alonsonun xidmətindən yararlanmaq istəyər amma hər kəs bunu özünə rəva görə bilməz. O cümlədən “Barselona” da. Ən azı “Liverpul” daha iddialı müştəri olduğuna və yarımmüdafiəçinin “Real”lı keçmişinə görə.

Nəhayət, Tomas Tuxel və Zinəddin Zidan variantı da var. İliyinə-sümüyünə qədər “Real”lı olan Zidanı bu postda təsəvvür etmək mümkünsüzdü. Almaniyalı mütəxəssis isə İspaniyada çalışmaq arzusunu gizlətmir: “Sərhəddən kənara çıxmaq yenidən məni cəlb edərdi. İspaniyanın möhtəşəm liqası var. Şəxsi baxışıma və ispanlarla iş təcrübəmə əsasən deyə bilərəm ki, onlar özünə hədsiz inamlıdı. İspaniyalı futbolçularla danışanda dərhal şəxsiyyətlə danışdığını hiss edirsən”.

Artıq “Bavariya” düşərgəsindən məşqçini harasa buraxmaq fikrində olmadıqlarını bildiriblər, yəni Tuxel “Barsa”da çalışmaq arzusunu və bu yöndə işarələri hələlik qəlbində “dəfn etməlidi”.

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

31-01-2024, 10:0

Arteta “Arsenal”ı “Barselona”ya dəyişəcək?

Dünya futbolu

20-05-2023, 18:0

Xavinin istəyi ''Barselona''nı təəccübləndirdi

Dünya futbolu

19-12-2023, 17:0

Laporta şayiələrə reaksiya verdi

Dünya futbolu

19-01-2024, 18:0

Xavi: “Qarşıya qoyulan hədəfə çatmasaq, ayrılacam”

Dünya futbolu

13-09-2023, 12:0

Xavinin məsələsi müəyyənləşdi

Aktual
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
"KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
“Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Dünən, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Dünən, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Dünən, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Dünən, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Dünən, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Dünən, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
  • Dünən, 11:02
    “Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
  • Dünən, 10:31
    “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”
  • Dünən, 10:00
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Dünən, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • 19-07-2026, 23:0
    Əvvəlki klubuna qayıdacaq
  • 19-07-2026, 23:0
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • 19-07-2026, 22:0
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • 19-07-2026, 22:0
    Lissabondan Madridə üz tutdu
  • 19-07-2026, 21:0
    Millimiz çempion oldu
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 228
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 183
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 129
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə