• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barselona” çempionluq yarışından qopdu?!

Dünya futbolu

31-01-2024, 21:0

“Jirona” nağılı davam edir. Kataloniyanın kiçik klubunun ölkə kubokundakı məğlubiyyətin ardından çempionatda da eniş yaşayacağını güman edənlər yanıldı.

"Football-plus.az" xəbər verir ki, kataloniyanın böyük klubunda isə Xavi dönəminin bitəcəyi tarix bəlli oldu. Bəli, “blauqrana”nın əfsanəsi gedir. Hər nə qədər bu komandanın çempionluq şansının davam etdiyini desə də, bu mövsüm bərbad təsir bağışlayan “Vilyarreal”dan evdə 5 qol buraxandan və “Real”dan 10 xal geri düşəndən sonra getməkdən başqa çıxış yolu yox idi.

“Jirona” meydana “Real”dan sonra çıxdı və xal itkisinin liderliyi əldən vermək bahasına başa gələcəyini anlayırdı. Amma Miçelin komandası hələ 20-ci dəqiqədə hesabı açdı və qələbəni qoruya bildi. Hakimin start fitindən az sonra Dovbik baş zərbəsi ilə rəqibin qapıçısı Quaitanın ayıq-sayıqlığını yoxladı. 20-ci dəqiqədə Portu qapının sağ aşağı küncünə dəqiqə zərbə vurdu. Ədalət naminə “Selta”nın dəfələrlə hesabı bərabərləşdirməyə yaxın olduğunu qeyd edək. Ancaq Viqo klubu cari mövsümdə 7-ci dəfə bir top fərqi ilə məğlubiyyələ barışdı. “Jirona” isə çempionatda məğlubiyyətsiz oyunlar seriyasını 14-ə çatdırdı.

Potensial lider bir oyun az keçirən “Real”dı. Ançelottinin komandası yenə geridönüş etməyi bacardı. Madridlilər yenə zəif rəqibi böyük çətinlik hesabına məğlub etdi. İlk yarı ümumilikdə bərabər mübarizə şəraitində keçdi. “Real” azacıq üstünlük fonunda rəqib qapısı önündə daha artıq təhlükəli vəziyyət yaradırdı. Ancaq “Las-Palmas” da layiqincə müdafiə olunur, əks-hücumlar qururdu. Hətta hakim bir qədər mərhəmətli davransaydı, penaltiyə də iddia edə bilərdi. 2-ci hissədə də oyun bu ruhda davam etdi. Üstəlik “Las-Palmas” əks-hücumda hesabı da açdı. Ancaq “Real” özünü itirmədi, dərhal təzyiqi bir qədər də artırmaqla qol vəziyyətlərini sıraladı və bunlardan birini qola çevirdi. Sonda isə “Real”ın ustalığı və təcrübəsi növbəti dəfə özünü göstərdi. Künc zərbəsini uğurla yerinə yetirən madridlilər qələbə topunu vurdu.

Cəmi bir qolun vurulduğu ilk yarının ardından “Barselona” ilə “Vilyarreal” 2-ci hissədə müdafiəyə qətiyyən fikir vermədi. Komandalar fasiləyə yollanmağa hazırlaşarkən Jerar Moreno Sörlotun ötürməsindən yararlanıb topu qapının küncünə göndərdi. Şoka düşən Xavi fasilədən sonra üçlü dəyişikliyə əl atdı, amma “Barsa” 54-cü dəqiqədə 2-ci qolu da buraxdı. Yenicə meydana çıxan Kanselonun kobud səhvindən sonra Ahomaş fərqi artırdı. Ardından “Barsa” silkələndi və 11 dəqiqə ərzində üç qol vurdu. Geridönüşün əsasını Gündoğan qoydu, Pedri hesabı bərabərləşdirdi, sonra Gündoğanın standart vəziyyətdən asması zamanı Beyi “qapıların yerini səhv saldı”. Məntiqlə meydan sahibləri asanlıqla qələbəni təmin etməliydi. Ancaq kataloniyalılar ardından üç gözəl imkanı qaçırandan sonra “Vilyarreal” hesabı bərabərləşdirdi. “Barsa”nın son dəqiqələrdəki hücumu zamanı Gündoğanın zərbəsi müdafiəçinin dirsəyinə tuş gəlsə də, hakim penalti nöqtəsini göstərmədi. Təzyiqi artıran kataloniyalılar öz qapısında qol gördü. Sörlotun ilk zərbəsini Kubarsi qarşılasa da, təkrar zərbə qol oldu. Arauxo hesabı bərabərləşdirmək imkanını boşa verən kimi Morales cavab hücumunda komandasının 5-ci qolunu da vurdu. “Barsa” belə oyunla çempionluğa yox, maksimum ÇL-ə vəsiqəyə ümid edə bilər.

“Real Sosyedad” hesabına növbəti məğlubiyyətsiz oyun yazdı. Ancaq çətin ki, bu oyunla qürur duymaq ola. “Rayo Valyekano” ilə qolsuz oyun həm də çox maraqsız keçdi. Rəqiblər oyunun əksər bölümündə təkbətək mübarizələrə girişdi, qarşılıqlı pressinqə əl atdı, çoxlu səhvə yol verdi. Zədələr üzündən oyunda dəfələrlə fasilə yarandı. Gah bu, gah da digər komanda fəallaşsa da, sona qədər qapılara qol vurulmadı.

“Valensiya” sensasiya edə, “Atletiko”ya badalaq vura bilmədi. Madridlilər sentyabrdakı darmadağını əvəzini çıxdılar, lap bir qol az vursalar da. “Hindular” elə ilk dəqiqələrdən “yarasalar”ı meydanın özünə aid hissəsinə sıxışdırdı. Qonaqlar qapıçı Mamardaşvilinin də fədakarlığı sayəsində ilk yarının sonuna qədər dözə bildi. Nəhayət, Qrizmanndan ötürmə alan Lino hesabı açdı. 2-ci hissənin əvvəlində də oyunda mənzərə dəyişmədi. “Atletiko” 57-ci dəqiqədə fərqi artırdı. Bu dəfə çalışqan Depay fərqləndi. Hesab 2:0 olandan sonra “hindular” artıq “gücə qənaət” rejiminə keçdi. “Yarasalar” isə qalan vaxt ərzində qollardan birinin əvəzini çıxa bilərdi. Ancaq onların ümumilikdə çox zəif təsir bağışladığını vurğulamalıyıq. “Atletiko” bu qələbə sayəsində xalını 44-ə çatdırdı və “Barsa”nı haqladı.

Turun qalan oyunlarına gəlincə, “Alaves” səfərdə aşkar autsayder “Almeriya”nı darmadağın etdi, “Betis” “Malyorka”dan üstün oldu, “Kadis” – “Atletik”, “Sevilya” – “Osasuna” oyunları heç-heçə bitdi. Turun dünən axşam keçirilən son oyununda isə “Xetafe” “Qranada”ya qalib gəldi.

22-ci tur
Selta – Jirona 0:1
Portu, 20. (20684)
Jirona: Qassaniqa, Kouto, Martines, Blind, Qutyerres, Errera, Qarsiya, Sıqankov (Fernandes, 83), Portu (Martin, 69), Savio, Dovbik.
Las-Palmas – Real 1:2
Munyos, 53 – Vinisius, 65. Çuameni, 84. (32037)
Real: Lunin, Qarsiya, Naço, Rüdiger, Karvaxal, Kroos, Kamavinqa (Çuameni, 81), Sebalyos (Valverde, 59), Vinisius (Mendi, 90), Dias (Xoselu, 59), Rodriqo (Gülər, 81).
Barselona – Vilyarreal 3:5
Gündoğan, 60. Pedri, 68. Beyi, 71-öz qapısına – J.Moreno, 41. Ahomaş, 54. Gedeş, 84. Sörlot, 90+9. Morales, 90+12. (46269)
Barselona: Penya, Fort (Kanselo, 46), Kristensen (Kubarsi, 46), Arauxo, De Yonq, Romeu (Pedri, 46), Gündoğan, Feliş (Torres, 58), Yamal, Kunde, Levandovski (Roke, 77).
Atletiko – Valensiya 2:0
Lino, 45+5. Depay, 57. (59493)
Atletiko: Oblak, Mandava, Saviç, Ximenes (Vitsel, 59), Molina, Lino (Rikelme, 67), Koke, De Paul (Lyorente, 67), Barrios (Saul, 81), Qrizmann, Depay (Morata, 67).
Real Sosyedad – Rayo Valyekano 0:0
(32528)
Real Sosyedad: Remiro, Qalan, Paçeko, Le Norman (Olasaqasti, 83), Subeldiya (Qonsales, 62), Aramburu, Subimendi, Turryentes, Zaxaryan (Mendes, 29), Sadik (Oyarsabal, 62), A.Silva (Bekker, 62).
Almeriya – Alaves 0:3
Omorodion, 10; 88. Rioxa, 52-p. (13817)
Malyorka – Betis 0:1
Altimira, 45+1. (20051)
Kadis – Atletik 0:0
(18839)
Sevilya – Osasuna 1:1
Romero, 24 – Budimir, 55. (36640)
Xetafe – Qranada 2:0
Qrinvud, 21. Mayoral, 36. (10382)
1. Jirona 22 17 4 1 52-25 55
2. Real 21 17 3 1 45-14 54
3. Barselona 21 13 5 3 43-29 44
4. Atletiko 21 14 2 5 42-23 44
5. Atletik 22 12 6 4 38-21 42
6. Real Sosyedad 22 9 9 4 32-21 36
7. Betis 22 8 10 4 25-24 34
8. Valensiya 22 9 5 8 27-26 32
9. Las-Palmas 22 9 4 9 22-19 31
10. Xetafe 21 7 8 6 28-28 29
11. Alaves 22 7 5 10 22-27 26
12. Osasuna 21 7 5 9 26-32 26
13. Rayo Valyekano 21 5 9 7 18-26 24
14. Vilyarreal 22 6 5 11 33-45 23
15. Malyorka 22 3 11 8 19-26 20
16. Sevilya 22 3 8 11 27-36 17
17. Selta 22 3 8 11 21-32 17
18. Kadis 22 2 10 10 15-31 16
19. Qranada 22 2 5 15 22-442 11
20. Almeriya 22 0 6 16 21-49 6
Bombardirlər: Dovbik (Jirona), Bellingem (Real), Mayoral (Xetafe) - 14, Morata (Atletiko) - 13, Qrizmann (Atletiko) - 11.
Növbəti turun oyunları yanvarın fevralın 2-5-i aralığında keçiriləcək: Atletik – Malyorka, Valensiya – Almeriya, Osasuna – Selta, Alaves – Barselona, Jirona – Real Sosyedad, Vilyarreal – Kadis, Qranada – Las-Palmas, Betis – Xetafe, Real – Atletiko, Rayo Valyekano – Sevilya.

Yeri gəlmişkən...
İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb: Real Sosyedad – Malyorka, Atletik – Atletiko. İlk oyunlar fevralın 6-7-də, cavab görüşləri 27-29-da keçiriləcək.

Turun rəqəmi
10 – “Real” cari mövsümdəki əzmkar qələbələrinin sayını bu həddə çatdırdı. Bunların 6-sı çempionata, 3-ü ÇL-ə, 1-i isə Superkuboka təsadüf edib. “Real” bu oyunların gedişində hesabda geri düşsə də, sonda qələbə qazanıb: “Almeriya” (3:1), “Xetafe” (2:1), “Real Sosyedad” (2:1), “Napoli” (3:2), “Barselona” (2:1), “Napoli” (4:2), “Union” (3:2), “Atletiko” (5:3), “Almeriya” (3:2), “Las-Palmas” (2:1).

Turun ulduzu
Aleksander Sörlot (Vilyarreal) – “sarılar”ın norveçli hücumçusu möhtəşəm oyun keçirdi. Komanda yoldaşlarına – Jerar Moreno ilə Gedeşə məhsuldar ötürmə verməklə yanaşı, hesab 3:3 olarkən komandasını qoldan xilas etdi, 90+9-cu dəqiqədə də qələbə topunu vurdu.

Turun sitatı
Joao Kanselo, “Barselona”nın müdafiəçisi: “Bugünkü oyunum faciədi. Əla komandamız var. Məşqçini suçlamaq olmaz. O, hər şeyi yaxşı etdi, mən isə eyni şəkildə cavab verə bilmədim. Riyazi cəhətdən çempionluq şansımız qalır, ancaq bunu etmək çox çətin olacaq. Yalnız özümüz günahkarıq. Mən öz adıma deyirəm. Karyeramdakı ən pis 45 dəqiqə idi”.

Oyundan sonra
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Günahın oyunçuların üzərinə düşdüyünü anlayıram, ancaq mən daha böyük məsuliyyət daşıyıram. Məğlubiyyətə layiq deyildik, ən çətin olanı – geridönüş etməyi bacardıq. Bundan sonra topu itirməyə başladıq, hesab 3:3 olarkən taktiki fol etmədik. Yekun nəticə meydanda yaşananları əks etdirmir. Bu çox ağır zərbədi, komandanın psixoloji durumu çox pisdi. Ancaq klubumuz bundan da çətin vəziyyətlərdən çıxıb. İyunun 30-da baş məşqçi vəzifəsindən gedəcəyimi elan edirəm. Bu qərarı klub prezidenti ilə birgə verdik. Vəziyyəti dəyişməyə ehtiyac var, klubun azarkeşi kimi hesab edirəm ki, belə davam edə bilməz. Klubda dinamika dəyişməlidi. Bu, oyunçuların yaxşılığı üçündü, onların daha möhkəm olacağına inanıram. Mən “Barselona” üçün problem olmaq istəmirəm, həll yolu olmaq istəyirəm. Və düşünürəm ki, iyuna qədər ola bilərəm. 10 xal geriliyə baxmayaraq, La Liqada qələbə uğrunda mübarizə apara bilərik. Gedəcəyimi bildiyinizə görə daha məni belə öldürməyəcəksiz. Düzgün hərəkət etdiyimi hiss edirəm. Klub hər şeydən üstündü. Mən bunu prezidentə də demişəm”.
Miçel Sançes, “Jirona”nın baş məşqçisi: “Bu uç xal bizi Avropa Liqasında iştiraka yaxınlaşdırır. Ona görə ki, bu tur nə “Real Sosyedad” qələbə qazandı, nə də “Barselona”. Aydın olan odu ki, “Real” asanlıqla qalib gəlir, qalan komandalar isə çətinlik çəkir. Biz “Real”ın səviyyəsində deyilik”.

Faktlar
* Ançelotti “Real”la La Liqada 124-cü qələbəsini qazanmaqla bu göstəricidə Zinəddin Zidana çatdı. İtaliyalı mütəxəssis bu qədər qələbəni 174, fransalı isə 183 oyunda qazanıb. Yalnız Migel Munyos “Real”ın “sükanı arxasında” çempionatda bu iki baş məşqçidən daha çox – 257 qələbə qazanıb.
* “Barselona” 2020-ci ildən bəri ilk dəfə 5 qol buraxdı. Onda Çempionlar Liqasının 1/4 finalında kataloniyalılar “Bavariya”ya 2:8 hesabıyla uduzmuşdu.
* “Barsa” bu mövsüm artıq bütün ötən mövsümdəki qədər qol buraxıb. Kataloniyalılar uduzduğu son iki oyunda 9 qola üzülüb. Komanda 2024-də artıq 19 qol buraxıb ki, bu da “böyük beşlik”də ən aşağı göstəricidi. Ümumiyyətlə, bu mövsüm 32 oyunda 46 dəfə topu tordan çıxarıblar (ötən mövsüm 53 oyunda 46 qol). Komandanın əsas qapıçısı Ter Ştegen 17 oyunda 15 top buraxmışdı. Onun zədəsindən sonra qapıya keçən Penya 15 oyunda 31 qola üzülüb.
* “Barselona” ölkə çempionatında 61 il idi öz meydanında 5 qol buraxmırdı. “Blauqrana” sonuncu dəfə 1963-cü ildə belə aqibətlə üzləşmişdi. Onda “Real” “Kamp Nou”da 5:1 hesablı qələbəyə sevinmişdi. Bütün turnirləri nəzərə alsaq, “Barsa” 1994-cü ildən bəri evdə bu qədər qol buraxmırdı. Onda komanda İspaniya Superkuboku uğrunda cavab görüşündə evdə “Saraqosa”ya uduzmuşdu (4:5).
* Xavi “Barsa”nın ispaniyalı baş məşqçiləri arasında antirekord müəyyənləşdirdi. O, bu komandanın “sükanı arxasındakı” 122-ci oyunda 26-cı (21,3 faiz) məğlubiyyətlə barışmaqla Xuan Xose Noqesin antirekordunu (85 oyunda 25 məğlubiyyət – 29,4 faiz) yenilədi.
* Serxio Ramos La Liqada oyun sayına görəMessini arxada qoydu. 37 yaşlı müdafiəçi srağagün 521-ci oyununu keçirdi. Ötən ilin payızında “Real”dakı 16 illik karyeranın ardından “Sevilya”ya dönən Ramos bu göstəricidə 8-ci pilləyə yüksəldi. 7-ci yerdə “Real”ın sabiq oyunçusu Manolo Sançiç (523) qərarlaşıb. Rekord isə Andoni Subisarreta ilə Xoakin Sançesə (hərəyə 622 oyun) məxsusdu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

10-01-2024, 19:0

“Jirona” “Atletiko”nu da cəzalandırdı

Dünya futbolu

13-12-2023, 21:0

“Real” da xal itirdi, “Barselona” da – TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 16:0

Madrid nəhəngləri büdrədi, “Jirona” yenə zirvəni ələ keçirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

29-09-2023, 23:0

“Malyorka” “Barsa”nın zəfər yürüşünü dayandırdı – TURUN ŞƏRHİ

Dünya futbolu

19-04-2023, 20:0

“Real”la xal fərqi azaldı, “Barsa” qazondan şikayətləndi – TURUN ŞƏRHİ

Aktual
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
“Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
Son xəbərlər
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Dünən, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Dünən, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Dünən, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Dünən, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Dünən, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Dünən, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Dünən, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Dünən, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Dünən, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Dünən, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Dünən, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Dünən, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Dünən, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Dünən, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 155
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 154
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 140
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə