• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Əl-Hilal” Neymar ilə müqaviləni pozub?

Dünya futbolu

29-01-2024, 21:0

İlin əvvəlindən Neymar ilə bağlı müxtəlif səpkili xəbərlər səngimir.

"Football-plus.az" xəbər verir ki, onlar arasında onun iş yerini itirməsi haqda iddia daha çox maraq doğurub. Amma artıq bu iddianın həqiqət olmadığı məlumdu.

Onun adı iştirak ərizəsindən çıxarılıb
Yaxın Şərq ölkələrinin insayderləri “Əl-Hilal” rəhbərliyinin Neymar ilə müqaviləni pozduğunu xəbər veriblər. İstər-istəməz dərhal bu suallar ortaya çıxıb: bəs ona görə ödənilən 90 milyon avroluq transfer təzminatı və ikiillik müqaviləyə əsasən futbolçuya çatmalı olan 275 milyon avroluq məvacib məsələsi necə həll edilib? Çox keçmədən bu suallara cavab tapılıb.

Məhəmməd Əl-Kaabi “X” sosial şəbəkəsindəki hesabı vasitəsilə Səudiyyə Ərəbistanı klubunun fevralın 5-də 32 yaşını tamamlayacaq braziliyalı hücumçu ilə müqaviləni qüvvədən salmağa məcbur olduğunu xəbər verib. Tanınmış jurnalist rəhbərliyin bu addımının müvəqqəti xarakter daşıdığını və Neymar ilə növbəti mövsüm ərəfəsində yenidən müqavilə bağlanacağını da qeyd edib. Məsələ ondadı ki, “Əl-Hilal” bu ayın əvvəlində “Marsel”dən Renan Lodini transfer edib. Ona görə Fransa klubuna 23 milyon avro ödənilib. Bu mövsüm Liqa 1-də 14 oyun keçirən braziliyalının Səudiyyə Ərəbistanı Pro Liqasında oynaması üçün məhz Neymar ilə bağlı zəruri addım atılıb. Əks halda Lodi bu liqada cari mövsümdə meydana çıxa bilməyəcəkdi. Səbəb isə legioner limiti ilə bağlıdı.

Bir andaca dünya mediasında aləm bir-birinə dəyib. Müxtəlif ideyalar və fantaziyalar ortaya atılıb: əksər xəbərlər isə Neymarın “İnter Mayami”yə - vaxtilə “Barselona”da birgə çıxış etdiyi Lionel Messinin komandasına yollanacağından ibarət olub.

Lakin Fabritsio Romano bu versiyaya “kölgə salan” məlumat yayıb. Müasir futbolda ən dəqiq və təfərrüatlı informasiyalar yaymaqla məşhurlaşan italyan jurnalist Neymar ilə müqavilənin qüvvədən salınmasının yanlış xəbər olduğunu bildirib. 30 yaşlı Romano “Əl-Hilal”ın yalnız hücumçunun adının mövsümün ikinci yarısı üçün iştirak ərizəsindən çıxardığına aydınlıq gətirib. Bu ona görə edilib ki, Lodi yeni liqada oynaya bilsin. Hər şey məntiqidi: Neymar onsuz da zədəli olduğu üçün bu mövsüm bir daha yaşıl meydanda görünməyəcək. Belə olan halda legioner limiti ilə bağlı qaydaya riayət etmək fonunda onu oyunçuların rəsmi siyahısında saxlamaq mənasını itirəcəkdi. Odu ki, rəhbərlik bir braziliyalıya oynamaq şansı yaratmaq məqsədi ilə digərini iştirak ərizəsindən kənarlaşdırıb. Ulduz futbolçunun adı zədəsini sağaldandan sonra yenidən həmin ərizəyə daxil ediləcək. Amma bu, bir neçə aydan sonra baş verəcək. Başqa sözlə, Neymarın müqaviləsi qüvvədədi, maaşı da hesabına köçürülür.

Pro Liqada legioner limiti
Hər bir ölkənin çempionatında olduğu kimi, Səudiyyə Ərəbistanı Pro Liqasında da legioner futbolçularla bağlı məhdudiyyətlər nəzərdə tutulub. Komandaların mövsüm ərzində 8 legionerin xidmətindən yararlana biləcəyi qərara alınıb. Son xəbərlərə görə, klublar bu limitin bir qədər yüngülləşdirilməsinə çalışırlar. Bu məqsədlə artıq liqanın rəhbərliyi ilə danışıqlar prosesi başlayıb. Jurnalist Florian Plettenberqin məlumatına görə, 2024/25 mövsümündən bu planda reqlamentin dəyişməsi mümkündü. O, klublara yaş məhdudiyyəti olmayan 8 legionerdən, həmçinin 2003 və sonrakı illərdə doğulan daha iki əcnəbidən yararlanmaq hüququnun verilə biləcəyini deyib.

Yeri gəlmişkən, “Əl-Hilal”ın heyətində başqa ölkələrdən gələn Malkom, Maykl Riçard (hər ikisi Braziliya), Yassin Bunu (Mərakeş), Ruben Neveş (Portuqaliya), Kalidu Kulibali (Seneqal), Sergey Milinkoviç-Saviç və Aleksandar Mitroviç (hər ikisi Serbiya) də var. Ümumi sayları 7 edir. Neymarın yerini tutan Lodi isə 8-ci olacaq.

Neymar günlərini necə keçirir?
Bu mövsüm Pro Liqada meydana çıxdığı 3 oyunda 2 məhsuldar ötürmə verən Neymar ötən il oktyabrın ortalarında zədələnib. Onda dizinin xaçvari bağları xəsarət alan futbolçunun bərpasının yarım il çəkəcəyi açıqlanmışdı. Lakin bir müddət sonra zədənin daha ciddi olduğu, üstəlik onda menisk probleminin aşkarlandığı müəyyənləşmişdi. Braziliya yığmasının həkimi Rodriqo Lasmar dizində əməliyyat apardığı Neymarın yayda ABŞ-də keçiriləcək Amerika Kubokunda iştirakının mümkün olmadığını bildirmişdi: “Onun meydana qayıtmasına hələ çox var. Əməliyyatdan sonrakı bərpa prosesinin ayrı-ayrı mərhələlərini buraxmaq və lüzumsuz risklərə getmək mənasızdı. Biz Neymarın Avropada növbəti mövsümün startına qədər – avqustda sıraya dönməyə hazır olacağını gözləyirik”.

Deməli, səbəbkar 10 ay rəsmi oyunlarda iştirak edə bilməyəcək. Bəs o, futboldan kənarda qaldığı uzun müddət ərzində günlərini necə keçirib? Zədəli olduğu 3 ayda ulduz futbolçunun həyatının müxtəlif hadisələrlə kifayət qədər zənginliyi diqqəti cəlb edir. Əvvəlcə saçını daz qırxdıran Neymar son vaxtlar birgə olduğu braziliyalı model ilə vidalaşıb, “Counter- Strike2” kompüter oyunu üzrə şou-matçda iştirak edib, onunla cinsi əlaqəyə girdiyini iddia edən inflüenser-transgender və sörfinqçini məhkəməyə verib, həmçinin şəxsi kazinosunun olduğu gəmi ilə vətəninə üçgünlük səfərə çıxıb. Bir sözlə, hələ futboldan daha bir neçə ay uzaqda olacaq deyə, əylənməyə və yeni macəraların axtarışına sərbəst şəkildə davam edə bilər.

“Əl-Hilal” onsuz da güclüdü
Yeri gəlmişkən, “Əl-Hilal” Neymardan yararlana bilməsə də, çox yaxşı çıxış edir. Doğrudu, indi Qətərdə keçirilən Asiya Kubokuna görə Səudiyyə Ərəbistanı çempionatında fasilədi. Paytaxt klubu Pro Liqanın arxada qalan 19 turunda əla nəticələr göstərib: 69 yaşlı portuqaliyalı Jorje Jezuşun çalışdırdığı komanda 17 qələbə və 2 heç-heçə ilə yığdığı 53 xalla inamla liderlik edir. Ər-riyadlılar hamıdan çox – 59 qol vurub və liqanın bütün iştirakçılarından az – 9 top buraxıblar. Topların fərqi (+50) fantastik görünür. “Əl-Hilal” 2-ci yerdə olan Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəssr”i 7 xal qabaqlayır. Son çempion “Əl-İttihad”dan 25 xal çox toplayan paytaxt komandası bu mövsüm azarkeşlərini 7:0 və 9:0 hesablı qələbələrlə də sevindirib. Çempionluq uğrunda mübarizədə əsas rəqib sayılan “Əl-Nəssr” də böyük hesabla məğlub edilib – 3:0. Maraq üçün hazırda ən yaxşı bombardirlərin siyahısında Mitroviçin 17 qolla 2-ci yerdə olduğunu və serb hücumçunun Ronaldodan 3 top az vurduğunu da bildirək.

Mövsümün sonuna hələ 15 tur qalıb. “Əl-Hilal” isə inamla ən yüksək titula doğru irəliləyir. Hərçənd Jezuşun çalışdırdığı komandaların mövsümün finişini o qədər də yüksək səviyyədə keçirə bilmədiyi kimi faktlar mövcuddu. Pro Liqanın liderini qarşıda Çempionlar Liqasının 1/8 final oyunları da gözləyir. “Əl-Hilal” fevralda bu mərhələdə “Sepahan”la (İran) qarşılaşacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-08-2023, 18:0

Neymar Səudiyyə Ərəbistanında dünyaları qazanacaq

Dünya futbolu

23-02-2023, 18:0

Neymar qərarını verdi

Dünya futbolu

27-09-2023, 13:0

Neymar Jezuşla yola getmir

Dünya futbolu

27-12-2023, 16:0

Neymar məhkəməyə üz tutdu

Dünya futbolu

14-08-2023, 15:0

Neymar “Barselona” ilə razılığa gəldi

Dünya futbolu / Manşet

15-08-2023, 22:0

Neymar Səudiyyə Ərəbistanında

Aktual
“Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
"Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
“Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
Son xəbərlər
  • Dünən, 23:51
    Dünya çempionatını buraxacaq
  • Dünən, 23:38
    Klubuna 40 yaşında da gərək oldu
  • Dünən, 23:02
    Yeni kapitan oldu
  • Dünən, 22:20
    Vlahoviç hara gedir?
  • Dünən, 21:59
    Levandovskini “Barsa”da kim əvəz edəcək?
  • Dünən, 21:30
    “Məktəbli Kuboku”nun final oyunları keçiriləcək
  • Dünən, 20:52
    "Hədəfimiz ötən mövsümdən yaxşı olmaq idi" - Ayxan Abbasov
  • Dünən, 20:21
    "Qəbələ" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB
  • Dünən, 19:58
    Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
  • Dünən, 19:26
    Daha bir güləşçimiz "qızıl" qazandı - AÇ
  • Dünən, 18:51
    Milli komandada yeni təyinat
  • Dünən, 18:20
    "Neftçi" ölkə kubokunun qalibi oldu
  • Dünən, 17:59
    Seyxan Fərəcov mükafatlandırıldı
  • Dünən, 17:28
    "Qəbələ" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Dünən, 16:59
    “Transfer pəncərələri”nin vaxtı məlum oldu
  • Dünən, 16:28
    Premyer-liqada yeni mövsüm nə vaxt başlayacaq?
  • Dünən, 15:57
    Moldovada 11 medallıq zəfər
  • Dünən, 15:26
    “Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
  • Dünən, 14:55
    “Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
  • Dünən, 14:34
    "Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
  • Dünən, 14:13
    Bakıda gənc futbolçular üçün seçim turniri keçiriləcək
  • Dünən, 13:52
    “Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
  • Dünən, 13:28
    AFFA-da məşqçi kursları davam edir
  • Dünən, 12:57
    Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
  • Dünən, 12:36
    İki güləşçimiz Avropa çempionatının finalında
  • Dünən, 12:15
    Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
  • Dünən, 11:54
    “Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
  • Dünən, 11:23
    Ölkə kubokunda final - "Araz-Naxçıvan" "Neftçi"yə qarşı
  • Dünən, 10:52
    Okan Buruk Terimin yolu ilə gedəcəkmi? - İtaliya nəhəngi onun xidmətində maraqlıdı
  • Dünən, 10:31
    Nəriman ABŞ kubokunda məhsuldar ötürmə etdi
  • Dünən, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Dünən, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • 20-05-2026, 23:0
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • 20-05-2026, 23:0
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • 20-05-2026, 22:0
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 244
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 231
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Oxunub: 192
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 191
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə