• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Futzal ölüb, ağlayanı lazımdı! - KÖŞƏ

Ölkə futbolu / Yazarlar

29-01-2024, 19:0

Ölkəmizdə futbol, futzal sahəsi çox maraqlıdı.

Yox, baxımlı, rəqabətin son səviyyətə çatdığı, ciddi mübarizə yaşanan oyunların çoxluğuna görə demirik. Yaşananlar komediyaya oxşayır. Gah gülünc hadisələrə, gah da əsəblərin tarıma çəkildiyinə görə bilmirsən nə edəsən. Əlindən heç nə gəlməyən anda hər şeyi bir təbəssümə, “əşşi”yə sığışdırmalı olursan. Lakin nə vaxta qədər?!

Heç kimə sirr deyil ki, hazırda futbol daha çox maraq doğurur. Həm dövr edən pulun həcminə, həm azarkeş sayına, həm də cazibədarlığına görə. Dünyanın çox yerində belədi – bununla işimiz yox. Amma bu o demək deyil ki, bizə futboldan başqa heç bir sahə maraqlı deyil. Məsələn, futzalda çox qəribə hadisələr baş verir. Faciədi, fiaskodu, nə bilim, rəzillikdi. Çox ad var ki, qoya bilərik, amma uzatmadan mətləbə keçək.

Adı var, özü yox...
Söhbət futzal millimizdən gedir. Səhv anlamayın, yığmamızın varlığından xəbərimiz var. Lakin nəticələr elədi ki, adam ağızdolusu danışa bilmir. Durumu qısa izah edəsi olsaq, belə deyək. Yığmamız son iki ildə 17 oyun keçirib. Bunların 5-də qələbə qazanıbsa, 9-da məğlub olub. Üç görüşdə “sülh” qeydə alınıb. Ümumiyyətlə, təmsilçimizin bu dövrdəki uğuru DÇ-nin əsas mərhələsindən elit mərhələyə gəlmək olub ki, burda da qrup sonuncusu kimi mübarizəni dayandırıb.

Yüksək, amma hər cəhətdən aşağı liqa...
Yüksək liqada 6 komanda çıxış edir. Hazırda “Araz-Naxçıvan” liderdi, daha dəqiqi, həmişə olduğu kimi. Ürəkaçan məqam “Neftçi” İK-in Muxtar Respublik təmsilçisindən cəmi 2 xal geridə olmasıdı. Bu, az da olsa, prinsipiallıq qatır. Amma aşağı pillələrlə yuxarı arasında sözün əsl mənasında uçurum görünür. Xüsusilə İlqar Aslanovun ciddi narazılığı fonunda turnirdə iştirak edən U-19 yığmasında... Futzalımızın gələcəyi sayılan gənclər heç cür özünü doğrultmur. Nə deyək?! Allah ölkə daxilində belə hər matçda darmadağın edilən komandamızı beynəlxalq görüşlərdən qorusun! Belə dediyimə görə məni qınamayın. 19 yaşlı dostlarımız çempionatda keçirilən 10 qarşılaşmada qələbə qazana bilməyib. 25 dəfə fərqlənən gənclər 85 top buraxıb. “Record club” və “Yasamal Bakı” sponsorsuzluqdan şikayətlənir. “Baku Fire”ın bəzi əməkdaşları oyun protokolunu sistemə vaxtında göndərə bilmir. Hansı futzal mütəxəssisiylə danışsan, “Araz-Naxçıvan”ı yerə-göyə sığdırmır. Mövsüm başlayanda şablon “çempion bəllidi, ikinci kim olacaq?” sözləri adamı boğaza yığır. Düzdü, sonda deyilən baş verir və naxçıvanlılar çempion olur. Bəs sonra? Ölkədə meydan sulayan komanda beynəlxalq oyunlarda da iddiasını qoruya bilir? Birlikdə incələyək...

“Evdə xoruz, çöldə fərə...”
“Araz-Naxçıvan” 2021/22 mövsümündə Çempionlar Liqasının ilkin seçmə mərhələsində uğur qazansa da, əsas mərhələdə 1 qələbə, 1 məğlubiyyət, 1 heç-heçə ilə mübarizəni dayandırıb. 2-ci sırada 4 xalla. Lider “Uraqan” (Ukrayna) bizimkiləri 5 xal geridə qoyub. Bu qənaətbəxş sayılmasa da, “yox”a lənət oxuyub qəbul etdiyimiz son illərin ən uğurlu nəticəsidi. Çempion 2022/23 mövsümündə seçmə mərhələdə keçirdiyi üç oyunun hamısında məğlub olaraq ölkəmizə “əli ətəyindən uzun qayıdıb”. Qısası, mərhələ adlamaq, qələbə üzü görməyiblər. Çox güman, məhz belə rəzil nəticə qeydə alındığından baş məşqçi Joze Alesio da Silva Vitali Borisovla əvəzləndi. Bu dəfə hadisələrin fərqli yöndə inkişaf edəcəyi gözlənilirdi. Amma fələk saydığımızı saymadı. “Araz-Naxçıvan” iki qələbə, bir heç-heçə əldə edərək ikinci sırada qərarlaşdı ki, bu da növbəti mərhələ üçün bəs etmədi. Göründüyü kimi, son 3 mövsümdə qürur duyulacaq uğur qazanmamışıq...

Birinci liqa yüksək liqadan daha yüksəkdi...
Niyə? Çünki burda 12 komanda iştirak edir. Turnir cədvəlinə boylansaq, görərik ki, ilk iki sırada qərarlaşan “Bakı” ilə “Baku Fire 2” eyni xala malikdi. Ortabab kollektivlər arasında da ciddi xal fərqindən danışmaq olmaz. Məhz sonuncu pillələrdə aşkar autsayderlər var. Onları da bağışlamaq olar. Ümumi nəticələr isə bu çempionatda daha ciddi rəqabətin yaşanmasından xəbər verir. Xatırladaq ki, ötən mövsüm 10 komandanın iştirakı ilə ikinci liqa da var idi. Lakin futzalımızın başbilənləri bu dəfə həmnin çempionata ehtiyac duymadı.

Labirint və bir neçə çıxış yolu...
Hər halda, bura qədər qeyd etdiklərimiz ümumi durumu “labirint” adlandırmağa imkan verir. Lakin təəssüf ki, hər şey bununla bitmir. Çatışmazlıqlar futzala yetərincə maliyyə ayrılmamasıyla da bağlıdı. Bizdə olan məlumata görə, federasiya prezidenti Zaur Axundov bu məsələni AFFA İcraiyyə Komitəsinin iclasında dəfələrlə gündəmə gətirsə də, saya salan olmayıb. İnanmasaz, bu sahənin bir çox əməkdaşından soruşa bilərsiz. Ümid edirik ki, bizə dediklərini sizə də deyərlər. AFFA-nın baş katibi Sərxan Hacıyevin ötən ilin sonunda qəzetimizə verdiyi müsahibəylə tanış olan oxucularımız da bilir ki, futzala maliyyə yardımı nəzərdə tutulmayıb. Nə edək? Əlimizi üzək! İllərin komandalarının saytı, fəal sosial şəbəkə hesabı, hətta mətbuat xidməti belə yoxdusa, hansı inkişaf gözləyirik? Futzal azarkeşlərə necə təbliğ edilsin?! Diqqətçəkən məqamlardan biri də millimizin və “Araz-Naxçıvan”ın üzvləri Xətai Bağırov və İsa Atayevin futzaldan uzaqlaşmasıdı. Hazırda “Zirə” minifutbol komandasındadılar. Tezliklə Belçika “Beşiktaş”ına yollanacaqlar. Niyə? Həqiqətən maraqlı sualdı. Bu sahənin ən təcrübəlilərindən sayılan iki idmançı niyə arxasına belə baxmadan, ailələriylə birgə ölkəni tərk edir? “Legioner həyatı yaşamaq istəyirlər” variantı sadə görünsə də, inandırıcı deyil. Millimizin və “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisovla Xətai Bağırov arasında nəsə xoşagəlməz hal yaşandığı bəllidi. Bunu həm U-19-un seleksiyaçısı Ağatahir Əzimov, həm də futzalçı özü etiraf edib. Düzdü, məsələnin detallarına varmayıblar, amma ucundan-qulağından danışıblar. Bu barədə özlərindən daha ətraflı soruşduqda isə yayınırlar... Hər halda, araşdırılmalı məsələdi. Biz yox, məsul şəxslər tərəfindən sorğu-suala ehtiyac var!

Ümumiyyətlə, futzalın inkişafını istəyiriksə, bu sahəyə maliyyə ayrılmalı, ciddi islahat aparılmalı, loru dildə desək, “nəzarətə nəzarət” mexanizmi qurulmalıdı. Eybi yox, evdə ayıbımızı örtə bilirik. Heç olmasa, beynəlxalq yarışlarda nəticələrlə öyünə bilək...

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

16-12-2022, 18:0

Premyer-liqa klubları millinin baş məşqçisinin ideyasına isti yanaşmır

Manşet / Müsahibə

20-10-2023, 14:0

Ağatahir Əzimov: “Araz-Naxçıvan”ın rəqibinə 10-15 qol vuracağı oyunu kim izləsin?!”

Manşet / Müsahibə

31-10-2023, 15:0

“Məncə, başverənlərin şanssızlıqdan başqa izahı yoxdu” – kapitandan maraqlı izah

Ölkə futbolu

15-06-2022, 12:0

Borisov futzalın min-futboldan daha çətin olduğunu düşünür

Ölkə futbolu / Manşet

8-01-2023, 13:0

Ağatahir Əzimov gileyləndi, Zaur Həşimov cavab verdi

Aktual
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
“Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
Son xəbərlər
  • Bu gün, 20:13
    "Sabah" hesabı açdı - YENİLƏNİR
  • Bu gün, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Bu gün, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 102
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə