• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ağatahir Əzimov: “Araz-Naxçıvan”ın rəqibinə 10-15 qol vuracağı oyunu kim izləsin?!”

Manşet / Müsahibə

20-10-2023, 14:0

Futzal üzrə yüksək liqada mövsüm davam edir. Geridə qalan müddət ərzində bir neçə oyuna şahidlik etmişik. Təəssüf ki, “Yasamal Bakı”nın iştirakçılar sırasına qoşulmasından başqa yenilik nəzərə çarpmır. Heç kimə sirr deyil ki, futzal çempionatının müxtəlif liqalarında yüksək inkişafdan söhbət gedə bilməz. Nədənsə ölkəmizdə bu idman növünə maraq get-gedə azalır. Bunu həm daxili, həm də beynəlxalq yarışlar zamanı müşahidə edirik. Bəs çıxış yolu nədi? Futzalın inkişafı üçün hansı amillər vacibdi? Bu sahəyə azarkeş marağının təmin edilməsi üçün nə etmək lazımdı?

Təcrübəli mütəxəssis Ağatahir Əzimovla söhbətdə klubların və millimizin vəziyyətiylə yanaşı, acınacaqlı durumun səbəblərinə aydınlıq gətirdik.

- Yüksək liqada 3 tur geridə qaldı. Komandaların oyun tərzi ilə tanışsız. Sizcə, bu mövsüm necə keçəcək? Yaddaqalan matçların şahidi olacağıq?
- Hazırda bu suala müsbət cavab vermək mümkün deyil. İllər ötsə də, ciddi islahatlara rast gəlmirik. Hər şey necə var idisə, elə də qalıb. Bu məsələləri dəfələrlə müzakirə edib çıxış yolları axtarmışıq. Yeni klublar yaradılmalı, bacarıqlı futzalçılar yetişdirilməlidi. Ancaq bunu etmək üçün münbit şərait yoxdu. Eyni komandalar meydana çıxır və nəticələr dəyişmir. Bu mövsüm də, çox güman, “Araz-Naxçıvan” çempion olacaq. Həmişə olduğu kimi, “Neftçi” İK ilə “Baku Fire”ın 2-ci yer uğrunda mübarizəsini izləyəcəyik. “Record club” və “Yasamal Bakı” klublarından biri isə 3-cü sırada olacaq. U-19-a gəlincə, durumu bəllidi.

- Yığmamız haqda niyə belə düşünürsüz? Halbuki bu komanda üçün çox çalışmısız...
- Bəli, xeyli əziyyət çəkmişəm. Amma etiraf edim ki, heç vaxt ümidim olmayıb. Küçələri gəzib futzalçı axtarırdım. Güc-bəla kimisə gətirib yetişdirdikdən sonra böyük klublara qaçırdılar. Xüsusilə də futbola. Çünki futzalda pul yoxdu. Oyunçuları da qınamaq olmur. Dərinliyə getsək, indi oynayanların çoxu təkcə futzalla dolanmır. Başqa işlərdə çalışırlar ki, pul ayın sonuna qədər çatsın. Amma mən heç vaxt ikinci işdə çalışmamışam. Maaşımın çox olmasına görə yox, məhz futzalın inkişafına kökləndiyim üçün belə olub. Çünki iki işi yola vermək əvəzinə birini tam etmək daha faydalıdı.

- Bu çatışmazlığın aradan qaldırılması üçün niyə addım atılmır?
- Əslində federasiya prezidenti Zaur Axundovun bununla bağlı layihəsi var idi. AFFA İcraiyyə Komitəsindən xahiş etmişdi ki, klublara 20 min manat vəsait ayrılsın. Təəssüf ki, indiyə qədər bu təklifə cavab verilməyib və ya bəyənilməyib. Futbola maliyyə ayrılır. Bu üzdən get-gedə müəyyən inkişafın şahidi oluruq. Görünür, futzal diqqətdən kənarda qalıb.

- Oyunlara maraq da azdı. Nəinki yüksək liqada, millimizin ev oyunlarında da azarkeş sayı az idi. Bakı İdman Sarayına giriş sərbəst olmuşdu ki, adamlar gəlib yığmaya dəstək versin. Lakin ümidlər doğrulmadı.
- Bunun səbəblərindən biri legionerlərin çoxluğudu. Azarkeş bilsə ki, meydana Əli, Əhməd, Vəli çıxacaq, niyə gəlməsin?! Yerli oyunçulara üstünlük verilməlidi. Belə olsa, təkcə onların qohum-əqrəbası, dost-tanışı tribunaların dolmasına bəs edəcək. Əcnəbi oyunçulara maraq azdı. Heç kim braziliyalının çıxışına baxmaq istəmir. Əvvəllər yaxşı idi. “Azərneftyanacaq”, “Avtomobilçi”, “Turan Air”, “Tribut” kimi komandaların oyununa çoxlu azarkeş gəlirdi. Meydanda gərgin mübarizə, intriqa, prinsipial oyun görürdük. Kimin çempion olacağı bəlli deyildi. Kimin güclü, kimin zəif olduğu görüşün sonunda bilinirdi. İndi necədi? “Araz-Naxçıvan”ın rəqibinə 10-15 qol vuracağı oyunu kim izləsin?! Hazırda hər şey əksinədi. İki ən zəif komandanın oyunu daha çox izlənilir.

- Millimiz DÇ-2024-ün elit mərhələsində Qazaxıstana hər iki matçda məğlub oldu. Ümumiyyətlə, qrupdakı vəziyyət ürəkaçan deyil. Bunu nə ilə əlaqələndirirsiz?
- Əvvəlcə onu deyim ki, Vitali Borisovda günah görmürəm. O, işini bilən adamdı. Oyunlardan öncə təlim-məşq toplanışları keçdi. Lakin bəzi legionerlər məşq prosesinə qatılmadı. Futzalçılar da gunahsızdı. Məxsus olduqları klublar onları vaxtında buraxmır. Bu üzdən hazırlıq dönəmi çox zəif keçir. Oyunçuya iki-üç gün məşq keçib ondan nəticə gözləyə bilməzsən. Sabiq baş məşqçi Jose Alesio da Silvanın işi asan idi. Milli əsasən “Araz-Naxçıvan”ın futzalçılarından qurulmuşdu. O, ilboyu eyni adamlarla işləyirdi. Bu böyük üstünlükdü. Məğlubiyyətlərin əsas səbəbi oyunçuların bir-birini tanımaması, qısa zamanda uyğunlaşa bilməməsidi. Digər tərəfdən, legionerlərdən yararlanmağa məcburuq. Çünki milli səviyyəsində çıxış edə biləcək yetərli oyunçu sayı yoxdu. Yığmamızın inkişaf etməsi və qaneedici nəticələr qazanması üçün hələ çox vaxta ehtiyac var. O dönəmə qədər isə yerli və bacarıqlı futzalçılar yetişməlidi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet

19-10-2023, 14:0

Ağatahir Əzimov işsiz qaldı - Ona vəd verilib: hardasa, hansısa vəzifə...

İdman

13-09-2023, 14:0

Futzal üzrə yüksək və 1-ci liqalarda püşk atılacaq

Manşet / Müsahibə

17-05-2023, 14:0

“Araz-Naxçıvan” mütləq Avropadakı ad-sanını geri qaytarmalıdı” - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

19-10-2023, 23:0

İlqar Aslanov təklif edir: “Aşağı yaş qruplarının olması vacibdi”

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 102
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 88
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Oxunub: 83
“Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə