2022/23 mövsümündə 90 dəfə VAR-a müraciət olunub

13.09.2023 15:57 210
Ölkə futbolu
2022/23 mövsümündə Misli premyer-liqası və ölkə kubokunda 90 dəfə Video Köməkçi Hakimə (VAR) müraciət olunub.

"Football-plus.az" xəbər verir ki, bunu Hakimlər Komitəsinin sədri Barış Şimşək idman jurnalistləri üçün təşkil olunan seminarda açıqlayıb.

Onun sözlərinə görə, bunlardan 66-da baş hakim özü epizoda baxıb, 24-də isə VAR-dan müdaxilə olunub.

Barış Şimşək ədalət təmsilçilərinin 16 dəfə VAR-da səhv qərar qəbul etdiklərini və 19 dəfə lazım olduğu halda VAR-a getmədiklərini də diqqətə çatdırıb.