Ramil Şeydayevin komandası Asiya Çempionlar Liqasında qələbə qazandı

20.09.2023 16:08 225
Dünya futbolu
Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Taylandın "Buriram Yunayted" klubu Asiya Çempionlar Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb.

"Football-plus.az" xəbər verir ki, ölkə çempionu Çinin "Çjetszyan Qrintaun" klubunu məğlub edib.

Qarşılaşma Tailand təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib. Görüşə start heyətində başlayan Şeydayev 73-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, komanda oktyabrın 4-də Yaponiyada "Kofu"nun qonağı olacaq.