• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qələbə həsrəti 4-ə çatan MS 4-cü pilləyə yuvarlandı

Dünya futbolu

11-12-2023, 21:0

Premyer-liqada həftəortasına salınan hesabat turu ilk növbədə “Mançester Siti”nin qələbə həsrətinin 4-ə çatmasıyla əlamətdar oldu.

"Football-plus.az" xəbər verir ki, ilk iki pillədə artıq qələbələri sıralayan “Arsenal”la “Liverpul” qərarlaşıb. Nəhənglərdən “Mançester Yunayted” və “Tottenhem” də qələbə sevinci yaşadı. Turun çərşənbə axşamı keçirilən ilk iki oyunu haqda ötən sayımızda yazmışdıq. Bu dəfə çərşənbə günü və cümə axşamı keçirilən oyunların icmalını təqdim edirik.

“Aston Villa” evdəki parlaq qələbə seriyasını MS ilə oyunda da davam etdirdi. İngiltərə elitasının iki ən yaxşı hücum xəttinə malik komandasının “Villa Park”dakı dueli qol sayı baxımından zəngin olmadı. Hərçənd birmigemlilərlə mankunianların azarkeşləri darıxdırdığını da deyə bilmərik. “Şirlər” ilk dəqiqələrdən qələbə inadını ortaya qoydu. Ederson qısa zaman kəsiyində iki dəfə - Beyli ilə Torresin zərbələrindən sonra oyuna qoşulmalı oldu. “Siti”nin ilk yarıdakı yeganə təhlükəli vəziyyətindən isə Holann yararlana bilmədi. Fasilədən sonra da birmingemlilər üstün oynadı. Duqlas Luis, Makqinn və Beyli Edersonu daim gərginlikdə saxlayırdı. Braziliyalı ilə şotlandiyalı imkanları boşa verdisə, Beyli səkən topun da köməyi ilə hesabı açdı. 2013-ün sentyabrından bəri ilk dəfə “Siti”ni məğlub edən “Aston Villa” turnir cədvəlində bu komandanı özündən arxada qoydu. Emerinin komandası “Arsenal”la ev oyunu ərəfəsində 3-cü pilləyə yüksəldi. “Villa” premyer-liqadakı ev oyunları ilə bağlı rekordu da yeniləməkdədi – ardıcıl 14 qələbə hazırdı!
Gözlənildiyi kimi, “Liverpul” “Şeffild Yunayted”i məğlub etdi. Bu, çempionatın autsayderi üçün Kris Uaylderin rəhbərliyi altında debüt oyunu idi. Üç ildən sonra komandaya qayıdan 56 yaşlı mütəxəssis yeni mərhələyə qələbə ilə başlaya bilmədi. Dərhal topa nəzarəti ələ keçirən mersisaydlılar oyunboyu ciddi üstünlüyə malik oldu. Kloppun komandası, nəhayət, ilk yarının sonunda meydan sahiblərinin qapısına yol tapdı. Künc zərbəsinin ardından Van Diyk fərqləndi. “Liverpul”un oyunçuları bununla kifayətlənməyərək fərqi imkan daxilində tez artırmaq istəyirdilər ki, sonda “qənaət” rejimində oynasınlar. Ancaq belə olmadı. Qonaqlar yalnız uzatma dəqiqələrində 2-ci qolu vura bildilər. Səfərdəki 4 oyunluq qələbəsiz seriyanı qıran “qırmızılar” indi liderdən yalnız iki xal geri qalır.

Turun mərkəzi oyunlarından biri təhlükəli vəziyyətlərin sayı baxımından zəngin idi. Önəmli oyun üstünlüyünə malik olan MY 10 dəqiqə başa çatmamış Fernandesin Antoniyə qarşı kobudluğuna görə penalti qazandı. Ancaq Fernandeş qapıçı ilə dueldən məğlub ayrıldı. Müntəzəm Sançesin qoruduğu qapıya yaxınlaşan “Yunayted” hissənin ortalarında hesabı açdı. Maquayrın zərbəsinin qarşısını müdafiəçi alsa da, Maktomineyin təkrar zərbəsi tora düşdü. Əks-hücumları qaydasında salan “Çelsi” hissənin sonunda sevindi. Palmer gözəl reyddən sonra Onananı əks hərəkətdə yaxaladı. Fasilədə hər iki baş məşqçi müdafiənin cinahını dəyişdi, ancaq oyunun axarı ciddə şəkildə dəyişmədi. Daha üstün təsir bağışlayan MY 2-ci hissənin ortalarında yenə önə çıxdı. Qarnaçonun yaxşı ötürməsindən sonra Maktominey başla topu tirin altına göndərdi. Yalnız sonda toparlanan “zadəganlar” məğlubiyyətdən qaça bilərdi. Ancaq Ceymsin yaxşı asmalarından birini Fernandes tamamlaya bilmədi, digərində Broya topu dirəyə vurdu. Qələbə MY-ni ÇL-ə vəsiqə uğrunda yarışda saxladısa, “Çelsi” bu hədəfdən uzaq düşməyə yaxındı.

“Tottenhem” heç cür böhrandan çıxa biımir. “Mahmızlar” qələbəsiz oyunlar seriyasını 5-ə çatdırdı, özü də bu oyunların 4-də uduzublar. Əslində onlar “Vest Hem”lə derbidə qələbəyə tam layiq idi. Debütdə meydan sahiblərinin üstünlüyü daha aşkar nəzərə çarpırdı. Hətta topa nəzarət faizi 90-a çatmışdı. Bu üstünlüyün məntiqi nəticəsi kimi 11-ci dəqiqədə hesab açıldı – künc zərbəsinin ardından Romero sol “9-luğ”u nişan aldı. “Tottenhem” fərqi darmadağın həddinə də çatdıra bilərdi. Ancaq hər dəfə bitirici mərhələdə nəsə çatışmırdı. Postekoğlunun çalışdırdığı komanda 2-ci hissəyə də rəqibdən daha fəal başlasa da, “Vest Hem” elə ilk ciddi hücumda hesabı bərabərləşdirdi. Bouen adını tabloya yazdırdı. Bu epizodda qonaqlara topun Romerodan səkməsi də yardım etdi. Meydan sahiblərinin özünə gəlməsi üçün müəyyən vaxt tələb olundu. Ardından onlar 3 dəqiqə ərzində iki təhlükəli vəziyyət yaratdı. Sadəcə, Rişarlison “çərçivə”yə düşmədi, Porronun yaxın “9-luğ”a zərbəsinin qarşısını isə Fabyanski aldı. Və burda futbolun köhnə, yazılmayan qaydası işə düşdü. Udoci Vikarioya uğursuz ötürmə verdi, qapıçının uzaqlaşdırmaq istədiyi topu ələ keçirən Uord-Prouz 2-ci cəhddə fərqləndi. “Tottenhem” məğlubiyyətdən qaça bilərdi, ancaq “çəkicdöyənlər” dözdü və əzmkar qələbə qazandı. “Vest Hem” 9-cu pillədə qalsa da, “Nyukasl”la “Brayton”a yaxınlaşdı. “Tottenhem” isə MS-yə çatmaq şansını qaçırdı.

“Nyukasl”dan söz düşmüşkən, “sağsağanlar” səfərdə “Everton” önündə darmadağın oldu. Turun qalan oyunlarına gəlincə, “Bornmut” yenidən fanatlarını sevindirdi – “Kristal Pelas”ı məğlub etməklə 15-ci pilləyə yüksəldi. “Nottingem Forest”in enişi davam edir. “Fulhem” “meşəçilər”in qapısından 5 cavabsız top keçirdi. Turnir cədvəlindəki qonşuların duelində kimsə belə hesab qeydə alınacağını gözləyərdimi?! Nəhayət, “Brentford”a evdə qalib gələn “Brayton” ilk “8-lik”də yerini qorudu.

15-ci tur
Aston Villa – Mançester Siti 1:0
Beyli, 74. (???)
Aston Villa: Martines, Din (Moreno, 90), Torres, Karlos, Konsa, Beyli (Diabi, 85), Tilemans (Remzi, 85), Luis, Makqinn, Uotkins (Duran, 90), Kamara.
MS: Ederson, Qvardiol, Akanci, Diaş, Uoker, Lüis (Nunyeş, 68), Stounz, Alvares (Kovaçiç, 68), B.Silva, Foden (Bobb, 73), Holann.
Şeffild Yunayted – Liverpul 0:2
Van Diyk, 37. Soboslai, 90+5. (31406)
Liverpul: Kelleher, Qomes, Van Diyk, Konate, Aleksander-Arnold, Soboslai, Endo, Makallister (Cons, 59), Dias (Nunyes, 67), Qakpo (Qravenberx, 86), Salah (Elliott, 67).
Tottenhem – Vest Hem 1:2
Romero, 11 – Bouen, 52. Uord-Prouz, 74. (???)
Tottenhem: Vikario, Udoci, Devis, Romero, Porro, Bissuma (Xil, 84), Heybyerq (Rişarlison, 67), Kulusevski, Lo Çelso (Skipp, 67), Conson (Sarr, 84), Son Hın Min (Velis, 88).
Mançester Yunayted – Çelsi 2:1
Maktominey, 19; 69 – Palmer, 45. (73607)
MY: Onana, Şou, Maquayr, Lindelöf (Regilon, 46), Dalot, Maktominey, Amrabat, Qarnaço (Evans, 90+3), Fernandeş, Antoni, Heylunn (Reşford, 84).
Çelsi: Sançes, Kukurelya (Ceyms, 46), Koluill, Silva, Disasi, Kaysedo, Fernandes, Mudrik (Broya, 77), Palmer, Sterlinq, Cekson.
Everton – Nyukasl 3:0
Maknil, 79. Dukure, 86. Betu, 90+7. (38198)
Brayton – Brentford 2:1
Qross, 31. Hinşelvud, 52 – Mbeumo, 27-p. (???)
Fulhem – Nottingem Forest 5:0
İvobi, 30; 74. Ximenes, 34; 54. Kerni, 86. (24105)
Kristal Pelas – Bornmut 0:2
Senesi, 25. Mur, 90+2. (???)
Turun çərşənbə axşamı keçirilən oyunlarının nəticəsi: Luton – Arsenal 3:4 (11112), Vulverhempton – Bernli 1:0 (30439).
1. Arsenal 15 11 3 1 33-14 36
2. Liverpul 15 10 4 1 34-14 34
3. Aston Villa 15 10 2 3 34-20 32
4. Mançester S. 15 9 3 3 36-17 30
5. Tottenhem 15 8 3 4 29-22 27
6. Mançester Y. 15 9 0 6 18-18 27
7. Nyukasl 15 8 2 5 32-17 26
8. Brayton 15 7 4 4 32-27 25
9. Vest Hem 15 7 3 5 26-25 24
10. Çelsi 15 5 4 6 26-24 19
11. Brentford 15 5 4 6 23-21 19
12. Fulhem 15 5 3 7 21-26 18
13. Vulverhempton 15 5 3 7 20-25 18
14. Kristal Pelas 15 4 4 7 14-21 16
15. Bornmut 15 4 4 7 18-30 16
16. Nottingem F. 15 3 4 8 16-27 13
17. Everton (-10) 15 6 2 7 18-20 10
18. Luton 15 2 3 10 16-30 9
19. Bernli 15 2 1 12 15-33 7
20. Şeffild Y. 15 1 2 12 11-41 5
Bombardirlər: Holann (MS) – 14, Salah (Liverpul) - 10, Son Hın Min (Tottenhem), Bouen (Vest Hem) – 9.

Turun rəqəmi
12 - MY üç ildən artıqdı “Çelsi”yə uduzmur. Mankunianlar bu dueldə sonuncu dəfə 2020-ci il iyulun 19-da – ölkə kubokunun oyununda təslim olub. Həmin vaxtdan bəri MY-nin 5 heç-heçəsi, 2 qələbəsi var. Premyer-liqada isə “Çelsi” 2017-ci il noyabrın 5-dən bəri, yəni 12 oyundu MY-ni yenə bilmir.

Turun ulduzu
Leon Beyli (Aston Villa) – birmingemlilər bu oyunda qalib gəlməsəydi, böyük ədalətsizlik olardı. Bu oyunun taleyini Beylinin dəqiq zərbəsi həll etdi. Oyun heç-heçə bitsəydi, “harda aş, orda baş” olan Makqinnin adını çəkərdik, ancaq indiki halda qəhrəman Beylidi.

Turun sitatı
Qael Klişi, MS-nin sabiq müdadiəçisi: “Siti” bu komandanın ifasında gördüyümüz ən pis oyunlarından birini göstərdi. Onların oyununda dinamika çatışmırdı, hələ bəxtləri gətirdi ki, iki, bəlkə də üç-dörd qol buraxmadılar”.

Faktlar
* “Liverpul” premyer-liqada məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırdı. Mersisaydlılar sonuncu dəfə sentyabrın 30-da “Tottenhem”ə uduzub və həmin vaxtdan bəri 5 qələbə qazanıb, 3 oyunda heç-heçə edib.
* Emeri karyerasında ilk dəfə Qvardiolaya qalib gəldi. Bu iki mütəxəssisin komandaları 14 dəfə qarşılaşıb. Emeri bu qarşılaşmaların 10-da “Valensiya”nın, Qvardiola isə “Barselona”nın “sükanı arxasında” olub. Ardından “Arsenal” da, “Aston Villa” da MS ilə iki dəfə qarşılaşıb. Buna qədər keçirilən 13 oyunda Qvardiola 9 dəfə qalib gəlmiş, 4 oyun heç-heçə bitmişdi.
* Robert Sançes son 2,5 ildə premyer-liqa oyununda penalti qaytaran ilk “Çelsi” qapıçısıdı. Buna qədər “zadəganlar”ın qapısına təyin olunan 10 penaltinin hamısı qola çevrilib. Sonuncu dəfə 2021-in mayında Mendi MS ilə oyunda “Çelsi” üçün penalti qaytarmışdı.
* “Tottenhem” son 5 oyunun hamısında hesabda irəli çıxıb və bütün hallarda xal itirib – bu, premyer-liqa tarixinin ən pis seriyasıdı. Bundan başqa, “Tottenhem” ardıcıl üç ev oyununda 1:0 irəli çıxandan sonra uduzub ki, bu da premyer-liqanın antirekordudu.

Oyundan sonra
Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi: “Rəqib qələbəni haqq etdi. Oyunun əvvəlində çətin idi, rəqib çox enerjili oynayırdı. Biz isə bazar günü oynamışdıq, bu oyuna hazırlıq üçün vaxtımız az idi. Oyunda qalmaq üçün kifayət qədər təhlükəli vəziyyət yaratdıq. Bütün oyunçuların dönüşünü gözləməli və oyun səviyyəsini artırmalıyıq. Oyunu qiymətləndirmək çətindi, çünki MY-nin bərpa üçün bir gün artıq vaxtı olmuşdu. Hər şeyi Palmerin çiyinlərinə qoymaq olmaz, o hələ çox gəncdi. “Transfer pəncərəsi”nin son günündə bizə yardım etmək üçün gəldi”.

Erik ten Haq, MY-nin baş məşqçisi: “Həmişə nədənsə gileylənə bilərəm, ancaq biz nəticədən və oyundan razıyıq. Biz bunu haqq etdik. Qol buraxmaq lazım deyildi. Hələ hansısa addımlar atmaq lazımdı, biz doğru yolla irəliləyirik. Bu, yaxşı komanda olacaq, layihəmiz gerçəkləşəcək”.
Pep Qvardiola, MS-nin baş məşqçisi: “Aston Villa” yaxşı oynadı. İlk yarıda topa nəzarət edərkən süst davrandıq, 2-ci hissədə şanslarımız oldu, ancaq lazımi anlarda ya ötürmə vermədik, ya da düzgün hərəkət etmədik. Səkən topdan qol buraxdıq, ancaq özümüz də 4-5 belə qol vurmuşuq, yəni nə varsa, odu. Rodri vacib oyunçudu, ancaq onsuz qələbə qazanmağın da yolunu tapmalıyıq. Liderdən 6 xal geri qalırıq. Liderlik etmək istəyərdik, ancaq üç dəfə heç-heçə oynadıq və bu gün uduzduq. Bu illər ərzində qalib gəlməyin yolunu tapmışdıq, ancaq indi bununla bağlı problemimiz var, həll etmək lazımdı. Bu mənim işimdi. Rəqib güclü olanda bunu etiraf etməliyik”.

Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Çox sevinirəm. Çox yetkin və yaxşı oynadıq. Ümumilikdə oyuna yaxşı köklənmişdik. İlk qol əla idi, ikinci isə möhtəşəm. Mən 1:0 hesablı qələbəyə razılaşardım, oyun əsəbi keçirdi, hər top təhlükə yaradırdı, müdafiə olunmaq çətin idi, ancaq biz bunun öhdəsindən gəldik. 3 xal götürdük və irəli getməliyik, bərpa olunur və çalışmağa davam edirik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-12-2023, 19:0

“Arsenal”: ardıcıl 6-cı qələbə, özü də 90+7-ci dəqiqədəki qolla!

Dünya futbolu

7-12-2023, 12:0

Emeri Qvardiola tilsimini qırdı

Dünya futbolu

11-05-2022, 09:0

"Liverpul" "Mançester Siti"nin rekordunu təkrarladı

Dünya futbolu

30-04-2022, 23:0

"Mançester Siti"dən böyük hesablı qələbə

Dünya futbolu

6-11-2022, 21:0

"Aston Villa" uğursuz seriyanı bitirdi

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 422
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 188
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə