• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azərbaycan klubuna sponsorluq edəcək iş adamı tapıldı! - İdarə Heyətinin üzvü detalları AÇIQLADI

Manşet / Müsahibə

26-01-2024, 15:0

Musa Qurbanov: “Legioner yerli futbolçudan daha az maaşa razı olur”

1-ci liqa təmsilçisi “Zaqatala”nın işləri yolunda getmir. Bölgə təmsilçisi mövsümün birinci yarısınında ciddi uğurla yadda qalmayıb. Belə ki, komanda 12 turdan sonra 16 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Ümumiyyətlə, kollektiv zəngin heyətə malik deyil. Nəticələr ürəkaçan olmadığı kimi, klubun maliyyə durumu da qənaətbəxş deyil. Odu ki, Futbolun İnkişaf Fondu (FİF) ötən cümə məhz “Zaqatala” ilə bağlı tədbir keçirdi və maliyyə məsələləriylə bağlı problemin aradan qaldırılması üçün addımlar atıldı.

Xatırladaq ki, tədbirdə FİF-in icraçı direktoru Tural Piriyev, Himayəçilər Şurasının üzvləri Fəxrəddin Manafov və Şaiq Qəribzadə, klub rəhbərliyi, bölgə nümayəndələri, fərdi sahibkarlar, özəl sektorun nümayəndələri ilə yanaşı,“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev və Zaqatala futbolunun yetirməsi, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov də iştirak edib.

Dünən bu mövzuyla bağlı “Zaqatala”nın İdarə Heyətinin üzvü Musa Qurbanovla danışmağı lazım bildik. Onunla söhbətdə tədbirdə yaşananlar, müzakirələrin axarı, növbəti günlərdə hansısa irəliləyişin olub-olmayacağı haqda məlumat əldə etdik.

– Musa müəllim, klub uzun müddət idi maliyyə problemləri üzündən əziyyət çəkirdi. Nəhayət, bu yöndə ciddi addımlar atıldı. Öncə müzakirə olunan əsas mövzulara toxunaq...
– Bəli, FİF-in layihəsi bizim üçün önəmli idi. Çox istəyirdik ki, maddi durumumuzda müsbət mənada dəyişikliklər olsun. Çünki ciddi problemlərlə üz-üzəyik. Tədbirin keçirilməsində əziyyəti olan hər kəsə təşəkkür edirəm. Hiss etdik ki, iştirakçıların hər biri “Zaqatala”nın çatışmazlıqlarına can yandırır və həll olunmasını arzulayır. Planlarımız baş tutsa, qısa zaman ərzində bir çox problemi artıq geridə qoymuş olacağıq. Bütün iştirakçılar söz verdi ki, klubun gələcəyi üçün əlindən gələni əsirgəməyəcək.

– Bir neçə sponsorunuzun olduğu bəlli idi. Lakin onlar tərəfindən sizə cüzi miqdar ayrılırdı. Tədbirdən sonra artıq daha ciddi rəqəmlərdən danışmaq mümkündü?
– Düzdü, bir neçə şəxs aylıq ianələrlə bizə yardım edir. Amma bu, son bir ayda baş verib. Yəni əvvəllər hər hansı maddi dəstəyimiz olmayıb. Şad xəbər odu ki, zaqatalalı iş adamlarından biri bizimlə müqavilə imzalamaq istəyir. İnşallah, buna nail olsaq, büdcəmizdə xeyli artım olacaq. Hələ adını açıqlamaq istəmirəm. Lakin özü də bizə dəstək olmaq istədiyini, “Zaqatala”nı dirçəltməyin vacibliyini dilə gətirib.

– Büdcənin arıtımıyla bağlı əlavə nəsə planlaşdırılıb?
– Dediyim kimi, üç-dörd nəfər bizə aylıq ianə edirdi. Bu sayı ona çatdırmaq istəyirik. Danışıqlar davam edir. Sağ olsunlar, kömək etmək istəyənlər var.

– Deməli, tədbirin faydalı olduğunu söyləmək mümkündü. Belədə stadionla bağlı problemləri aradan qaldırmaq asanlaşacaq...
– Əslində borcumuz bitmək üzrədi. Stadionla bağlı Gənclər və İdman Nazirliyinə təşəkkür etmək istəyirəm. Maddi durumumuzun uyğun olmadığını nəzərə alıb pulsuz oynamağımıza şərait yaratdılar. Biz də həm bu məsələylə, həm də başqa mövzularla bağlı borclarımızdan xilas olmağa çalışdıq. Düzdü, ümidliyəm, pozitiv danışıram. Lakin hələ konkret bir şey yoxdu. Tezliklə danışıq apardığımız şəxslərlə yekun razılıq əldə olunacaq.

– Bizdə olan məlumata görə, büdcənin kasadlığı fonunda heyətlə bağlı problemlər yaşayırsız.
– Elədi. İnanın ki, 2-ci liqada çıxış edən klubların bəzilərinin maliyyəsi bizdən çoxdu. Nəticədə futbolçularımıza təklif göndərib bizim verdiyimizdən daha çox maaş təklif edirlər. Gedən də olur, yoluna bizimlə davam etmək istəyən də... Bəzilərinin müqavilə müddəti davam etdiyindən gedə bilmirlər. Üstəlik yerli futbolçu kasadlığı da var. Kimin pulu çoxdusa, yaxşıları heyətinə cəlb edir. Qəribə vəziyyətdi - legioner yerli futbolçudan daha az maaşa oynamağa razı olur. Yəqin ki, maliyyə durumumuz düzələndən sonra belə problemlər geridə qalacaq.

– Əslində vaxt azdı. Mövsümün ikinci yarısının başlamasına təxminən 2 həftə qalıb. Görünür, heyətlə bağlı ciddi dəyişiklik olmayacaq.
– Bəli, əlimizdə olan heyətlə yola davam etməli olacağıq.

– Bəs klubun hədəfi nədi?
– Əlbəttə, hər kəs çempionluq arzulayar, lakin reallıq onu göstərir ki, orta pillələrdən birində qərarlaşa bilərik. Təbii ki, bu haqda prezidentimiz Şaban Şirdanov və ya baş məşqçimiz Rüstəm Məmmədov daha dəqiq danışa bilər.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

7-07-2022, 23:0

"Turan Tovuz" və FİF-in tədbiri keçirildi

Ölkə futbolu / Manşet

20-01-2024, 11:0

Tural Piriyev: "Bu klub üçün tədbir keçirdik, 10 iş adamı..."

Premyer-liqa / Manşet

12-03-2023, 15:0

Ümid edirəm ki, yaxın vaxtlarda “Kəpəz”in yeni sponsorla anlaşdığı xəbərini eşidəcəyik - AÇIQLAMA

Aktual / Avropa Liqası

7-10-2023, 16:0

“Turan Tovuz”un idarə heyətinin sədri də “Qarabağ”ı dəstəklədi

Ölkə futbolu

17-03-2022, 16:0

Beş regionda Futbolun İnkişaf Fondunun nümayəndəliyi açılacaq - AÇIQLAMA

Aktual / 1-ci liqa

2-11-2023, 14:0

“Ümidimizi itirməməli, sponsor axtarışını davam etdirməliyik” - Musa Qurbanov

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə