• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Maraqlı

24-01-2024, 21:0

Daha bir futbol həftəsini geridə qoyduq.

"Football-plus.az" arxada qalan həftənin maraqlı sitatlarını təqdim edir:

Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi: “Barselona” mənim ürəyimdəki klubdu. “Barselona” mənə çox şey verib. Bu klub həyatımın bir hissəsidi (Qvardiola məşqçilik karyerasına başladığı “Barselona”nı 2008-12-ci illərdə çalışdırıb – R.Y.). “Mançester Siti”yə gəlincə, bu klubun çox futbol adamının əməyi sayəsində böyüdüyünü deməliyəm. Necə deyim, elə bil məndən atam və anam arasında seçim etməyimi istəyirsiz. Hər iki komanda mənim üçün xüsusidi”.
Kriştiano Ronaldo, “Əl-Nəssr”in hücumçusu: “Mançester Siti” yenidən Çempionlar Liqasını qalibi olmaq şansına malikdi. Favoritlər? “Siti”, “Real” və “Bavariya”nın adını çəkə bilərəm”.
Massimiliano Alleqri, “Yuventus”un baş məşqçisi: “Çox üzr istəyirəm, çünki İtaliya futbolu böyük məşqçini itirdi. O, karyerasında çox şey əldə edib və “Roma”da qeyri-adi uğurlar qazanıb. Bu, kənardan sadə görünür. Mourinyoya da, məşqçilik yolunun başlanğıcında olan Daniele De Rossiyə də uğurlar arzulayıram”.
Viktor Osimhen, Nigeriya yığmasının hücumçusu: “Komandamın Afrika Millətlər Kubokunda uğur qazanması üçün çox şey etməyə hazıram. Ola bilsin ki, bir gün bu uğuru əldə edəcəyik. Mən yalnız bundan sonra rahat nəfəs ala biləcəyəm”.
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Oyunçular məni dəstəkləməyi dayandıran gün əşyalarımı yığıb evə gedəcəyəm. Finalda, “Real”la matçda məğlubiyyətlər ağrı və təzyiq yaradır (Xavinin komandası İspaniya Superkubokunun finalında “Real”a 1:4 hesabı ilə uduzub – R.Y.). Amma komanda güclüdü, oyunçular bizə inanırlar. Düzdü, çox zəif oynadıq, lakin biz ötən mövsümün uğurunu təkrarlamaq istəyirik”.
Con Terri, İngiltərə yığmasının sabiq müdafiəçisi: “Yığmamızın qarşıdakı Avropa çempionatında çıxışından nə gözləyirəm? Bəlkə də son 30 ildə belə güclü komandamız olmayıb. Oyunçuların meydanda yaxşı əlaqəsi var və bir-birini dəstəkləyirlər. Komanda güclü və təcrübəli futbolçuların vəhdətindən qurulub”.
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi (komandanın misirli hücumçusu Məhəmməd Salahın Afrika Millətlər Kubokunun Qana ilə oyununda zədələnməsinə reaksiyası): “Biz onun son durumu ilə bağlı heç nə bilmirik. Dünən axşam onunla danışdım. Onlar əlavə testlər edirlər. Mən o anda şokda idim. Məhəmməd nəsə hiss etdi. Biz bilirik ki, Salah çox nadir hallarda zədələnir, ona görə də nəsə var idi”.
Emerik Lyaport, “Əl-Nəssr”in müdafiəçisi: “Avropa ilə Səudiyyə Ərəbistanı arasında böyük uçurum var. Burda bizim imkanlarımız məhdudlaşdırılır. Bu liqada çıxış edən oyunçular arasında narazıların sayı kifayət qədərdi. Amma, bəlkə də bu, yaxşı əlamətdi. Ona görə ki, bir sıra planlarda olan vəziyyəti getdikcə yaxşılaşdırırıq. Ola bilsin ki, məvcud durum indiki ilə müqayisədə bir müddətdən sonra daha da yaxşı olacaq. Amma səudiyyəlilər hələ də yerli komandalarda böyük keçmişə malik olan futbolçuların çıxış etməsini anlaya bilməyiblər. Yəqin ki, bunun üçün müəyyən qədər vaxta ehtiyac duyurlar. Onlar hamıya düşüncəsiz yanaşırlar. Onlar sizin tələblərinizə məhl qoymurlar. Öz qaydaları ilə oynayırlar. Ərəblərlə razılığa gəlirsiz, amma onlar bir müddət sonra verdikləri vədi yerinə yetirmirlər, halbuki müqavilədə konkret bəndlər var. Buna görə münaqişələr yaranır. Bu, Avropada mövcud olmayan problemdi”.
Joze Mourinyo, “Roma”nın sabiq baş məşqçisi (istefaya göndərilməsinə münasibəti): “Tər, qan, göz yaşları, sevinc, kədər, sevgi, qardaşlar, tarix, ürək, əbədilik...”
Erlinq Holann, “Mançester Siti”nin hücumçusu: “Mançester Siti” fantastik klubdu. Burda olmaqdan həzz alıram. Zədəmi tezliklə sağaldıb sıraya dönəcəyimə ümid edirəm. Futbol oynamamaq məni təngə gətirib”.
Serjinyo Dest, “Barselona”nın icarə əsasında PSV-də çıxış edən müdafiəçisi: “Xavi hələ də “Barselona”dadı. Odu ki, hazırda bu komandaya qayıtmağım çətin görünür. Karyeramın yaxın gələcəyi haqda nə deyə bilərəm? “Barselona”, PSV, bu mövzuda danışa biləcəyim çox şey var. Amma hələ çox tezdi, bu barədə mövsümün sonunda danışarıq. Ola bilsin ki, PSV-də qalacağam, İspaniyaya qayıda da bilərəm. Amma indidən dəqiq heç nə demək mümkün deyil”.
Alessandro Kostakurta, “Milan”ın sabiq müdafiəçisi: “Çalhanoğlu hazırda Avropada Rodridən sonra ən yaxşı ikinci mərkəz yarımmüdafiəçisidi. Lautaro Martinesin Avropada ən yaxşı hücumçular sırasında olduğunu da deyə bilərəm”.
Qari Lineker, İngiltərə yığmasının sabiq hücumçusu (Lionel Messinin FİFA-nın sorğusuna görə 2023-cü ilin ən yaxşı futbolçusu seçilməsinə münasibəti): “8 “The Best” mükafat, 8 “Qızıl top”. Ardıcıl 17-ci dəfə “İlin komandası”nda. Hər mübarizənin qalibi. Həqiqətən də, necə möhtəşəm karyeradı...”
Luis Suares, “İnter Mayami”nin hücumçusu: “Bizim yenidən birlikdə olacağımızı təsəvvür belə edə bilməzdim (“Barselona”da birgə oynadığı Lionel Messi, Serxi Buskets və Xordi Albanı nəzərdə tutur – R.Y.). Leonun karyerasını “Barselona”da başa vuracağını düşünürdüm. Biz 2019-cu ildə “Barselona” ilə titulları necə qazandığımızı əyani göstərmiş və karyeramıza bu komandada son qoyacağımıza ümid edirdik. Lakin əvvəlcə klubu mən tərk etdim, sonra isə digər aparıcı oyunçular başqa klublara üz tutdular. İndi yenidən böyük uğurları arzulamalıyq. Niyə də 4 titul arzusu ilə yaşamayaq?! Hər şey özümüzdən asılıdı və nəyə qadir olduğumuzu meydanda göstərməliyik”.
İker Kasilyas, İspaniya yığmasının sabiq qapıçısı (FİFA-nın ötən il üçün tərtib etdiyi rəmzi komandanın taktiki sxeminə reaksiyası): “1-3-3-4. Bu, lotereya nömrəsi deyil. Bu, hansısa ölkənin telefon kodu deyil. Bu, mənim ayfonumun parolu deyil. Bu, futbolda yeni taktiki düzülüşdü. Növbəti rəmzi komanda üçün 1-10 sxemini seçərsiz”.
Stiven Cerrard, “Əl-İttifaq”ın baş məşqçisi: “Müqaviləmin yenilənməsi mənim və ailəm üçün çox xoş olan hadisədi. Bu, həm də mənim çəkdiyim zəhmətin dəyəridi. Klubda olduğum ilk gündən məni çətin işin gözlədiyini bilirdim. Biz yeni infrastruktur yaratmışıq. Məsələn, mərhələli şəkildə yeni məşq meydançası və stadionun inşasını həyata keçiririk. Futbolda həmişə qısamüddətli perspektiv prioritet sayılır. Vacib məsələ odu ki, yeni prezident mən kluba təyinat aldığım vaxt seçilib. Biz xüsusi klub yaratmaq istəyirik. Mən məşqçi kimi öz mövqeyimi yaxşı anlayıram. Futbol nəticələrə əsaslanan biznesdi. İndi Səudiyyə Ərəbistanı liqasında harda qərar tutduğumuzu da yaxşı bilirəm (komanda 19 turdan sonra 8-ci yeri tutur – R.Y.). Amma gələcəkdə daha yaxşı yerdə olacağımıza da əminəm. Təyinatımdan əvvəl heç vaxt Səudiyyə Ərəbistanında olmamışdım. Bura gəlməyim əvvəlki düşüncələrimin dəyişməsinə səbəb olub. Liverpulda qalıb yeni iş təklifini gözləmək mənim üçün daha asan idi. Ancaq ailəmlə birgə yeni qeyri-standart vəziyyətə düşmək istədik. Artıq yeni liqaya, mədəniyyətə uyğunlaşmağı, çətinliklərə sinə gərməyi öyrənmişəm. Burda yeni dostlar qazanmışam. Fikrimcə, yeni ölkədə olmağım bir məşqçi və insan kimi kamilləşməyimə səbəb olub. Əlbəttə, qarşıda daha böyük çətinliklərim olacaq, amma buna hazıram”.
Andre Onana, Kamerun yığmasının qapıçısı: “Adım Qvineya ilə ilk oyunumuz üçün iştirak ərizəsinə belə salınmadı. Bu matç üçün Mançesterdən xüsusi təyyarə ilə iyə gəldiyimi anlaya bilmirəm. Klub ilə milli komanda arasında seçim ata ilə anadan birinə üstünlük vermək qədər çətindi. Amma Kamerun yığması mənim üçün öndədi, buna görə də komandanın düşərgəsindəyəm. Qoy, məni tənqid etsinlər, artıq buna alışmışam. Mən ölkəm üçün yaxşı olan işlər görürəm”.
Joze Mourinyo, “Roma”nın sabiq baş məşqçisi: “Tər, qan, göz yaşları, sevinc, kədər, sevgi, qardaşlar, tarix, ürək, əbədilik...”

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-01-2024, 21:0

Holann dünyanın ən yaxşı futbolçusu seçildi

Dünya futbolu

22-03-2022, 17:0

“Mançester Siti” Avropada 1-ci olub

Dünya futbolu

31-01-2023, 15:0

Qvardiola MS-dən nə vaxt ayrılacaq?

Dünya futbolu

3-10-2022, 14:0

"Mançester Siti"nin futbolçusu Messini geridə qoydu

Dünya futbolu

14-09-2023, 19:0

Qvardiola 2 milyard avroya çatdı

Dünya futbolu

21-10-2023, 23:0

Qvardiola özünə kimi xələf görür?

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Bu gün, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Bu gün, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Bu gün, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Bu gün, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Bu gün, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Bu gün, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Bu gün, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 115
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə