• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Lavessi Maradonanın yolu ilə gedir

Dünya futbolu

22-01-2024, 23:0

Nə vaxtsa argentinalı hücumçu Esekyel Lavessi yığmanın, “Napoli”nin və PSJ-nin heyətində xarüqələr yaradırdı, dünyanın ən yüksək ödənişli futbolçusu idi – Çində ona 50 milyon avro ödəyirdilər.

“Football-plus.az” xəbər verir ki, həmin dönəm arxada qaldı. İndi 38 yaşlı vingerin başı dərddədi.

Dekabrın 20-də Uruqvaydan qorxunc xəbər gəldi: qarnından bıçaq yarası alan və körpücük sümüyü sınan Lavessi xəstəxanaya aparılıb. Dərhal iki versiya yayıldı. Birinci versiyanı sabiq futbolçunun qohumlarına əsaslanan “TYC Sports” nəşri səsləndirdi. Guya Esekyel evdə lampanı dəyişərkən nərdivandan yıxılıb. İkinci versiya isə “El Observador”dan gəldi. Bu qaynaq iddia etdi ki, PSJ-nin sabiq hücumçusu ailə məclisində pul üzündən hansısa qohumu ilə söyüşüb. Guya münaqişə zamanl Lavessi bıçaqlanıb.

Sabiq futbolçu xəstəxanaya bir qızla qədəm qoymuşdu. Onda polis insidenti şərh etmədi, klinikanın rəhbəri Mariya Lorente isə qısa danışdı: “Vəziyyəti sabitdi, travmatoloq ona baxıb, əməliyyat tələb olunmur. Nəzarət altında qalacaq”.

Həmin vaxtdan bəri bu mövzuda heç bir xəbər yox idi. Ta ki İspaniya qaynaqları araşdırmaya başlayana qədər. Sən demə, yuxarıda səslənən hər iki versiya uydurmadı, həqiqət daha faciəvidi.

“Marca” öz versiyasını təqdim edir. İspaniya nəşri argentinalı jurnalist Estefi Berardiyə əsaslanır: “Esekyel qəfil əsəbləşməyə başlayıb. Səslər eşidib və düşünüb ki, onu axtaranlar və ya izləyənlər var... Necə qorxubsa, halı pisləşib, qayçını ələ alaraq özünə xətər yetirməyə çalışıb. Qardaşı onu sakitləşdirməyə çalışıb – Esekyellə dalaşmayıb, sadəcə, vəziyyəti nəzarət altına almağa çalışıb. Son nəticədə Lavessinin körpücük sümüyü zədələnib”.

Berardi hesab edir ki, bu hərəkətin səbəbi narkotikin dozasını qaçırmaqdı. Sabiq futbolçu rəfiqəsi Natalya Lonbardo ilə məhkəmə prosesi fonunda onları qəbul etməyə başlayıb. Jurnalistin sözlərinə görə, məhz həmin xanım Esekyelin gözünə görünüb. Berardi Esekyelin qəfil özündən çıxmasının narkotiklə bağlı olduğunu iddia edən yeganə jurnalist deyil. Argentinalı jurnalist Yanina Latore də dekabrın sonunda bu haqda danışıb.

Lavessini əvvəlcə Uruqvayın kurort şəhəri Punta-del-Estedəki xəstəxanaya çatdırsalar da, orda qərar veribləri ki, Argentinaya göndərmək lazımdı. “Marca” cinayət işləri üzrə müstəntiq Lukas Berterodan sitat gətirir. Onun dediyinə görə, tutma təyyarədə də təkrarlanıb: “Esekyel hətta ekipaj üçün də təhlükəli idi. Bu üzdən ona dopinq vurdular, yatmış vəziyyətdə apardılar. Gah Allahı tərifləyir, gah da ondan nəsə xahiş edirdi”.

Bertero onu da əlavə edib ki, sabiq futbolçu xəstəxanada yatmağa könüllü razı olub. Argentina mediası artıq xəstəxananı da müəyyənləşdirib – Buenos-Ayresdəki ən nüfuzlu klinikalardan biridi. “La Nacion”un yaydığı xəbərə görə, klinikanın rəhbərliyi yığmanın sabiq oyunçusunun orda olmasını nə təsdiq, nə də təkzib edib. “Todo Noticias” isə yazır ki, Lavessi tezliklə narkotik asılılığı olan adamlar üçün bərpa mərkəzinə köçürüləcək.

Futbolçunun oğlu Tomas – yeri gəlmişkən, “Atletiko Yunion”da çıxış edir - da atasının xəstəxanada yatdığını təsdiqləyib, ancaq narkotiklə bağlı problemi inkar edib: “Atamla bağlı hər şey qaydasındadı, o, müalicə alır. Həqiqətə uyğun olmayan şeylər uydurmaq yetər. Onun narkotik dozasını aşmaq və ya buna bənzər hansısa başqa problemi yoxdu”.
Maraqlıdı ki, Lavessi eynən Dieqo Maraqonanın 2000-ci ildəki marşrutu üzrə “gedir”. Onda 40 yaşlı argentinalı əfsanə ilk dəfə dozanı aşmış, komaya düşmüş və Esekyelin aparıldığı Punta-del-Estedəki xəstəxanaya aparılmışdı. Ardından təyyarə ilə Buenos-Ayresə, ordan isə müalicə üçün Kubaya köçürülmüşdü.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-12-2023, 17:0

Tanınmış sabiq futbolçu bıçaqlanıb?

Premyer-liqa / Manşet

31-01-2023, 19:0

"Səbail"in futbolçusu xəstəxanaya aparıldı

Dünya futbolu

4-12-2022, 12:0

Pelenin kliniki vəziyyəti sabitdi

1-ci liqa / Manşet

8-02-2023, 16:0

Futbolçunun dili qatlandı, xəstəxanaya aparıldı

Dünya futbolu

1-12-2022, 12:0

Matçdan dərhal sonra xəstəxanaya aparıldı

Dünya futbolu

8-05-2023, 16:0

“Napoli”nin bayramı can aldı

Aktual
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Son xəbərlər
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
  • Dünən, 21:15
    AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
  • Dünən, 21:00
    Millimizin San Marinoya qarşı start heyəti
  • Dünən, 20:55
    U-21 millimiz Qırğızıstana uduzdu
  • Dünən, 20:45
    Azərbaycan boks tarixində ilk
  • Dünən, 20:21
    Yeni Zelandiyanın yeni “ulduzu” kimdi?
  • Dünən, 19:50
    U-20 millimiz ilk matçda qələbə qazandı
  • Dünən, 19:35
    U-17 millimiz Qazaxıstana yenə uduzdu
  • Dünən, 19:16
    “Palmeyras” “Flamenqo” ilə xal fərqini 7-yə çatdırdı - İCMAL
  • Dünən, 18:47
    Milli komandada zəruri dəyişiklik
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 172
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 161
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə