Esekyel Lavessi xəstəxanalıq olub. Argentina yığmasının sabiq hücumçusu qohumları ilə münaqişə zəminində bıçaqlanıb.
Argentina mənbələrinin məlumatına görə, o, qarın nahiyəsindən yaralanması və körpücük sümüyünün sınması ilə xəstəxanaya yerləşdirilib. Esekyel ailəsi ailə münaqişəsi ilə bağlı məlumatı təkzib edib. Yaxınları iddia edirlər ki, o, lampanı dəyişmək istəyən zaman pilləkəndən yıxılıb.
Maraqlıdı ki, bəzi yerli mənbələr polisin hadisənin narkotiklə əlaqəli ola biləcəyi şübhəsi ilə istintaqa başladığını virğulayır. Hüquq-mühafizə orqanlarının hadisənin təfərrüatlarını şərh etməməsi də maraq doğurur: yalnız Lavessinin körpücük sümüyünün zədələnməsi barədə məlumat verilib.