• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real”ın əzəməti, yoxsa PSJ-nin 100 milyonu?

Dünya futbolu

22-01-2024, 22:0

2024 də Kilian Mbappenin gələcəyi ilə bağlı yeni şayiələrin müşayiəti altında başladı ki, bu da prinsipcə anlaşılandı.

"Football-plus.az" xəbər verir ki, fransalı ulduzun PSJ ilə müqaviləsinin müddəti yayda bitəcək, futbolçu da hələ ötən yay onu uzatmağın mümkünlüyü ilə bağlı bənddən yararlanmayacağını bildirib. O vaxt belə açıqlama böyük qalmaqal doğurmuşdu, axı rəsmi xəbərdarlıq tələb olunmurdu, amma hər şey mediaya sızmışdı. Həmin tarixçə artıq unudulub, Mbappenin klubla münasibətləri qaydasına düşüb. Qısa desək, yanvarın ilk günlərində çoxlu yeni xəbər yayılıb və “Futbol+”in ötən saylarından birində biz bu məsələyə toxunmuşuq. Birinci, guya “Real” Kiliandan yanvarın 15-nə qədər qərar verməyi tələb edir, həm də əməkhaqq ilə bağlı təklifi 30 milyon avroya endirib. İkincisi, Madrid klubunun Erlinq Holannın mərkəzində dayandığı alternativ variantı da var, hərçənd İngiltərədə əmin edirlər ki, norveçli “Mançester Siti” ilə müqavilə müddətini uzadacaq, başqa qaynaqlar isə forvardın “Barselona” qarışıq bir neçə klubla danışıq apardığını iddia edir. Nəhayət, Mbappenin “Liverpul”a mümkün keçidi ilə bağlı danışanlar da var, hərçənd buna qədər dünya futbolunun aparıcı insayderləri fransalı ulduzun planlarında premyer-liqa klublarının olmadığını iddia edirdilər.

Ancaq bütün bunlar şayiə səviyyəsindədi. Və məsələn, “L'Equipe” kimi nüfuzlu mənbə bütün bu şayiələrin fonunda hadisələri qabaqlamamağa çağırır, bildirir ki, Mbappe gələcəyi ilə bağlı qərarı Çempionlar Liqasında fevralda keçiriləcək oyunlar ərəfəsində verəcək. Həqiqətən də reallıqda bu transferlə bağlı heç bir hərəkətlilik qeydə alınmayıb, ancaq “Real” çox incə şəkildə Mbappeni qərarını mümkün qədər tez verməyə həvəsləndirir. Madridlilər İspaniya Superkubokunu qazanandan sonra klubun mətbuat xidmətinn əməkdaşı (çox güman, təsadüfən və öz təşəbbüsü əsasında) Florentino Peresdən son şayiələri şərh etməyi xahiş etdi. Klub prezidenti “indi belə söhbətlərin yeri deyil” deməklə cavabdan qaçsa da, futbol ictimaiyyətinə incə mesaj verildi.

Tezliklə “L'Equipe” “Real” təmsilçilərinə istinadla yeni insaydlar yaydı. Və bu dəfə də çox səliqəli şəkildə. İnsaydlar oyunçuya hansısa təzyiqin olmadığı və “Real” rəhbərliyinin səbirli davranışı haqda idi. Həmçinin o da yazılmışdı ki, Bellingemlə bağlı məsələdə olduğu kimi, bu dəfə də Madriddə Mbappenin idman ambisiyalarını əsas götürməklə qərar verəcəyinə inanırlar. Yox, Kilian yenə fikrini dəyişsə, faciəvi heç nə baş verməyəcək. Ona görə ki, Rodriqo ilə Vinisius sürətlə tərəqqi edir, braziliyalı vunderkind Endrik isə yayda – bir qədər mükəmməlləşəndən sonra madridlilərin düşərgəsində olacaq. Yəni bu insaydlar o anlama gəlir ki, sən düşünməyində ol, ancaq “Real” yüzdəyüz 3-cü dəfə çağırmayacaq. Elə İspaniya çempionatının liderinin səbri də sərhədsiz deyil. Adı çəkilən nəşrin informasiyasına görə, Mbappenin ətrafına 2022-ci ildəki tarixçənin təkrarlanmasını arzuolunmazlığı çatdırılıb. Onda forvard yay “transfer pəncərəsi” açılan ərəfədə Parisdə qalmağa qərar vermişdi. Bu üzdən Madriddə bir vacib suala cavab tapmaq istəyirlər: səni gözləyək, yoxsa başqa namizədlərə keçək? Mbappe bu suala müsbət cavab verərsə, onda müqavilə imzalanana qədər həmin cavabın yazılı təminat altına alınmasını istəyirlər. Axı Madrid nəhəngi bir dəfə şifahi danışığa inanıb və “yanıb”.

İmperiyanın cavab zərbəsi
PSJ-də bütün bu söz-söhbətə necə reaksiya verəcəklər? Ümumilikdə gözlənilən kimi. Şayiələrin ilk dalğasından sonra Fransa çempionunun prezidenti Nasser Əl-Xelayfi səhnəyə çıxdı. Parislilərin sabiq oyunçusu Jerom Rotenin proqramının qonağı olan prezident bunları dedi: “Mbappe ilə çox yaxşı münasibətlərim var. Kilian böyük insan, böyük oyunçudu. Çempionluq qazanandan sonra dediyi kimi, aramızda anlaşma var. Bu anlaşma öz aramızda qalır, orda nə olduğunu deməyəcəm, ancaq anlaşma yerindədi. Aramızdakı “centlmen anlaşması”dı, pul söhbətinə söykənmir. Bu söhbət futbolçu ilə klub prezidenti, idman direktoru və baş məşqçi arasında olub. Bu, müqavilə imzalamaqdan daha üstün məsələdi. Əlbəttə, mən Kilianın qalmasını istəyirəm. O mənim üçün dünyanın ən yaxşı futbolçusudu, Kilian üçün ən yaxşı klub isə PSJ-di”.

Ardından Əl-Xelayfi PSJ-nin səviyyəsinin Mbappenin tələblərinə tam gəlməsiylə bağlı mücərrəd mülahizələr səsləndirdi. Məşq mərkəzi, komandanın səviyyəsi, baş məşqçi. Əlavə dəlil kimi Çempionlar Liqasındakı islahatları göstərdi, yəni parislilər top səviyyəli komandalarla daha çox oyun keçirəcək. Bütün bu söhbətlər “RMC Sport” kanalında efirə gedən proqramda səsləndi ki, bu da adı çəkilən qaynağa etimadı avtomatik artırır. Hətta lap həmin kanalla parislilər arasında PSJ-nin baş məşqçisi Kristof Qaltyenin irqçi ifadələri ətrafında və ya bu mütəxəssisin zədəyə görə məşqi tərk edən Messi ilə arasının dəyməsinə görə münaqişə baş veribsə də.

Ancaq problemlər qlobal xarakter daşısaydı, Əl-Xelayfi adı çəkilən kanala eksklüziv müsahibə verməzdi. Bu üzdən Paris imperiyasının “Real”ın incə təzyiqinə cavab zərbəsi kimi görünən RMC kanalının xəbərinə etibar etməyə dəyər. Bu qaynaq iddia edir ki, PSJ Mbappeyə 100 milyon avrodan yuxarı əməkhaqqı təklif edəcək. Kimsə deyəcək ki, Səudiyyə Ərəbistanından bundan da çox pul verirlər, ancaq Avropa üçün bu, kosmik maaşdı. Hətta Kiliana bir neçə ay əvvəl artıq 70 milyon avro təklif olunduğunu iddia edən qaynaqlar da var.

Odu ki, Fransa variantının seçilməsi halında ailənin və şəxsən Kilianın acgözlüyü haqqında söhbətlər qaçılmazdı. Bəli, Mbappenin anası artıq qabaqdangəlmişlik edib. Deyib ki, 2022-nin tarixçəsi bazar söhbətidi, və klub 10 milyard versəydi, imtina etməzdilər. O, həmçinin oğlunun gəlirinin 30 faizinin ailənin yaratdığı xeyriyyə fonduna yönəldildiyini, hərçənd şəxsən özünün 50 faiz ayırmağı təklif etdiyini belə deyir.

Fayza Lamari nə deyir-desin, Kilianın qərarı “Real”ın əzəməti ilə PSJ-nin pulu arasında seçim etməsi kimi təfsir olunacaq. O, “Real”da çoxsaylı ulduzlardan birinə çevriləcəksə, Paris klubunda xüsusi statusa və böyük pullara malik ulduz kimi qalacaq. Kilian artıq bir dəfə qızıl qəfəsi seçib və heç nə dəyişməsə, böyük əksəriyyətin yaddaşında rahatlıq zonasını tərk etməyən, top səviyyədə özünü bir dəfə də sınamayan futbolçu kimi qalacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-06-2023, 19:0

Mbappe seçim qarşısında qalıb

Dünya futbolu

15-03-2022, 16:0

Mbappe “Real”la yanvarın 30-da müqavilə bağlayıb?

Dünya futbolu

9-01-2024, 21:0

“Real”ın Holann və Mbappe planı

Dünya futbolu

26-12-2023, 13:0

Bellingem, Holann və Mbappe bərabərliyi

Dünya futbolu

28-06-2023, 16:0

Mbappe üçün fantastik təklif

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • 7-08-2026, 20:0
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Daha çox
Oxunub: 136
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 87
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə