Ramil oynamadı, "Buriram Yunayted" qalib gəldi

23.12.2023 20:53 272
Dünya futbolu
Tayland çempionatında 15-ci turunun bir sıra oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” öz meydanında “Uthai Thani”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Şeydayevin adı bu oyun üçün sifariş edilməyib. Hazırda aktivində 24 xal olan “Buriram Yunayted” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.