• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Joze Mourinyo “Roma”dan qovuldu

Dünya futbolu

20-01-2024, 00:0

2021-ci ilin mayında Joze Mourinyo “Roma”nın baş məşqçi postuna təyin olunmaqla (bütün insayderlər klubun Mauritsio Sarri ilə danışıq apardığını xəbər verdiyi məqamda portuqaliyalı müqavilə imzaladı) transfer bazarını partlatdı.

"Football-plus.az" xəbər verir ki, elə eyni dərəcədə gözlənilməz şəkildə istefaya göndərildi. Təxminən bir ay əvvəl “Roma”nın bossları müddəti iyunda bitəcək müqaviləni yeniləməklə bağlı təklif hazırlamışdısa, srağagün məşqçi korpusu ilə tam tərkibdə vidalaşdı. Xatırladaq ki, paytaxt təmsilçisi 20 turdan sonra 29 xalla 9-cu pillədə qərarlaşıb, yanvarın 14-də keçirdiyi son oyunda səfərdə “Milan”a 1:3 uduzub.

...Mourinyo üçün son 2,5 il İtaliyanın ən stressli, titul acı olan, fanatların və medianın amansız təzyiqi hiss edən klubunda heç də asan keçmədi. Ondan hələ də Harri Potter kimi möcüzələr gözləyirlər. Bir tərəfdən məhz portuqaliyalının dönəmində “canavarlar” Konfrans Liqasını qazandı, Avropa Liqasının finalında oynadı. Heyətdə bəzi superulduzlar var ki, “sükan arxasında” Mourinyo yox, bir başqası olsaydı, çətin ki, “Roma”nı seçərdilər. Lukaku və Dibalanın transferləri hələ də danışıqlarda iştirak edən, daha böyük ambisiyalara və potensiala malik futbolçuları bəzən çox sürpriz qərarlar verməyə məcbur edən Jozenin fərdi inandırıcılıq bacarığının məhsuludu.

Digər tərəfdən, Joze bu müddətdə iki dəfə 2-ci yeri tutub, indi də ən azı Çempionlar Liqası zonası uğrunda oynamalı olan heyətlə 9-cu pillədə qərarlaşıb. Bu heyətin maksimumu isə çempionluğa can atmaqdı. Ortada heç nə yoxdu – heç portuqaliyalının gedişindən sonra vəziyyətin düzələcəyinə inam da. Lukaku ilə Dibala qalmayacaq, yeni ulduzlar gəlməyəcək. Komanda mövsümü De Rossi ilə bitirməli olacaq. Kapitan kimi romalılar üçün büt olan, ancaq məşqçi kimi SPAL-da heç yarım mövsüm də davam gətirməyən adamla. Məgər o, Mourinyo ilə müqayisədə yaxşıdı? Heç inandırıcı deyil!
Joze daim belə təzadların hədəfi olub. “Mançester Yunayted”dən gedəndən sonra onu top-məşqçilər siyahısından silmişdilər, ancaq indi deyirlər ki, bu klub üçün Ferqyusondan sonra ən yaxşı imiş. “Tottenhem”dəki fiasko da göz önündədi, ancaq portuqaliyalı həmin qovulma durumuna da ideal izah tapıb: “Qənimət otağı boş olan klub finala iki gün qalmış məni qovdu. Möcüzədi”.

“Roma”ya münasibətdə də dəmir kimi dəlillər hazırdı: komanda son 61 ildə ilk dəfə avrokubokda qələbə qazanıb, Avropa Liqasında finala yüksəlib ki, bunlar “canavarlar” üçün real uğurlardı. Bu başqa məsələ ki, indi “Roma” rəhbərliyində bu dəlilləri dinləmək istəyən yoxdu.
Mourinyo Bobbi Robsonun yardımçısı statusundan “Portu”, “İnter” və “Çelsi”nin bütü, həmçinin Qvardiolanın əsas rəqibi səviyyəsinə yüksəlməklə yüksək sürətlə futbol elitasına daxil oldu. Ancaq göydən yerə də qəfil endi. Londona dönüş, “Mançester Yunayted”, “Tottenhem”... Çox güman, “Roma” onun karyerasında Avropadakı son böyük klubdu.

Jozenin futbolu hələ də “işləyir”, ancaq top-çempionatları inkişaf etdirən və dağıdan müasir məşqçilərin fonunda çox “qocalıb”. Və portuqaliyalı özü də bunu yaxşı anlayır. Mourinyo ötən ilin noyabrında belə demişdi: “Gec-tez Səudiyyə Ərəbistanına yollanacam. Orda komanda çalışdıracağıma əminəm. Bu ölkənin çempionatının qapısı mənim üzümə açıqdı, liqanın inkişafında şəxsən iştirak etmək istəyirəm. Konkret hara gedəcəyimi bilmirəm – çətin ki, bu gün və ya sabah, amma bu baş verəcək”.

Çox güman, Joze “bu gün və ya sabah” məqamının cəmi ayyarım sonra aktual olacağını düşünmürdü. Ancaq belə görünür ki, başqa yol yoxdu. Avropada portuqaliyalının maliyyə tələblərini qarşılaya biləcək klub görünmür. Bəlkə də Səudiyyə Ərəbistanına yollanmağın tam vaxtıdı.

Yeni baş məşqçidən açıqlama
Mourinyo qovulandan az sonra Daniele De Rossi “Roma”nın “sükanı arxasına” keçdi. Romalıların sabiq yarımmüdafiəçisi 2024-ün yayına qədər müqavilə bağlayıb: “Ehtiyat oyunçular skamyasında otura bilməyin doğurduğu emosiyaları təsvir etmək çətindi. Hamı “Roma”nın mənim üçün hansı məna daşıdığını bilir. Nə vaxtımız var, nə də seçimimiz: rəqabətədavamlı olmaq, hədəflərimiz uğrunda mübarizə aparmaq və onlara çatmaq lazımdı”.
40 yaşlı De Rossi 2002-19 aralığında “Roma”nın şərəfini qoruyub, bu komanda ilə ölkə kubokunun ikiqat qalibi olub, ölkə superkubokunu qazanıb. 2020-də futbolçu karyerasını bitirəndən sonra İtaliya yığmasının baş məşqçisi Roberto Mançiniyə yardım edib, 2022-nin oktyabrından ötən ilin fevralına qədər SPAL-da çalışıb.

Yeri gəlmişkən...
Mourinyo “canavarlar”ın azarkeşləri ilə vidalaşarkən göz yaşını saxlaya bilməyib. Portiqaliyalı klub bazasını tərk edərkən azarkeşlər onun maşınının qarşısını kəsib. Onlar Mourinyoya minnətdarlıq etməyə çalışıb. Joze həmin anlarda kövrəlib və göz yaşı axıdıb.

Klubun sahibləri Den və Rayan Fridkinlərin vida sözü
Kluba gəldiyi andan göstərdiyi ehtirasa və işə sadiqliyə görə Jozeyə təşəkkür edirik. Onun işi ilə bağlı gözəl xatirələrimiz var. Ancaq belə hesab edirik ki, klubun maraqları naminə təcili dəyişikliklər lazımdı. Jozeyə və onun məşqçi korpusuna gələcəkdə hər şeyin ən yaxşısını arzulayırıq.

Münasibət
Fabio Kapello: "Mourinyonu telefon zəngi ilə azad ediblər. Bu hörmətsizlik əlamətidi. Joze nəinki Avropa, dünya futbolunda sözünü deyən mütəxəssislərdəndi. Rusiya yığmasında işləyərkən belə hadisə başıma gəlib. Avstriyaya uduzandan sonra hava limanına gedərkən zəng etdilər və hər şeyin bitdiyini bildirdilər. Məncə, belə vəziyyətlərdə klub sahibləri ilə məşqçilər arasında fərqli münasibət olmalıdı".

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-01-2024, 13:0

Mourinyo “Roma”dan hara gedəcək?

Dünya futbolu

30-06-2023, 21:0

“Roma”ya sadiq qaldı

Dünya futbolu

30-03-2023, 15:0

Mourinyo “Roma”dan gedəcək?

Dünya futbolu

7-09-2023, 18:0

Mourinyo istefaya göndəriləcək?

Dünya futbolu

20-12-2023, 14:0

Mourinyo “Roma”dan gedəcək?

Dünya futbolu

17-11-2022, 11:0

Mourinyo “2” aldı

Aktual
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Son xəbərlər
  • Bu gün, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Bu gün, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Bu gün, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
Daha çox
Oxunub: 203
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 120
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 94
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə