Asiyada 2023-cü ilin ən yaxşı oyunçusu müəyyənləşib.
Nəticə heç kimi təəccübləndirməyib.
Nominasiyanın qalibi Son Hın Min olub. Zarafat deyil, “Tottenhem”in kapitanı Asiyada ardıcıl 7-ci (!) dəfə ilin ən yaxşı futbolçusu seçilib. O, Asiya Futbol Konfederasiyasını təmsil edən ölkələrin çempionatlarda çıxış edən futbolçular arasından keçirilən sorğunun qalibi olub. Koreya millisinin üzvü fərdi mükafatı ümumilikdə 9-cu (!) dəfə bu qazanıb. Səsvermənin nəticəsində Sondan sonrakı yeri onun “Bavariya”da oynayan həmyerlisi Kim Min Ce tutub.
31 yaşlı yarımmüdafiəçi “Tottenhem”də 2015-ci ildən çıxış edir. Hın Min bu mövsüm premyer-liqada meydana çıxdığı 20 oyunda 12 qol vurub.