"Qarabağ"da ilin ilk ayrılığı?

18.01.2024 10:00 474
Ölkə futbolu / Manşet
Millimizin və "Qarabağ"ın futbolçusu Rahil Məmmədov Polşanın LKS komandasına keçməyə yaxındır.

"Football-plus.az" xəbər verir ki, bu barədə weszlo.com məlumat yayıb. Xəbərdə tezliklə transferin tamamlanacağı və 28 yaşlı müdafiəçinin LKS-ə qoşulacağı qeyd olunub.

Xatırladaq ki, Rahil "Neftçi"nin yetirməsidi. O, 2018-ci ildən "Qarabağ"da və yığmamızda çıxış edir.

Əlavə edək ki, LKS hazırda Polşa çempionatının turnir cədvəlində 10 xalla sonuncu - 18-cidi.