• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Benzema, Firmino və Henderson Səudiyyə Ərəbistanından qaçmaq istəyir

Dünya futbolu

15-01-2024, 20:0

Səudiyyə Ərəbistanı çempionatı ötən yay transfer bazarını partlatdı.

"Football-plus.az" xəbər verir ki, ora yollanan yaşlı və gənc ulduzların sayı-hesabı yox idi. Kriştiano Ronaldo – bu prosesin aparıcı fiquru tez uyğunlaşsa da, qalanları müəyyən problemlərlə üzləşdi. Ancaq ərəblər özləri də bu qış yaydakı qədər pul xərcləyə bilməyəcəklər.

“As” qəzetinin yaydığı xəbərə görə, ölkənin dörd aparıcı klubunu (“Əl-Hilal”, “Əl-Nəssr”, “Əl-İttihad”, “Əl-Əhli”) maliyyələşdirən Səudiyyə Ərəbistanının Suveren fondu transferlərə limit qoyub. Bu fondun dəstəyi olmadan klublar böyük sövdələşmələr həyata keçirə bilməz. Hər klub yanvarda heyətini gücləndirib-gücləndirməyəcəyinə özü qərar verəcək, ancaq istənilən sövdələşmə bəzi sərt tələblərə uyğun olmalıdı.

Səudiyyə Ərəbistanından olan komandalar 2023-cü ilin yayında yeni futbolçuların tranferinə 875,4 milyon dollar xərclədi. Bu isə dünyada ikinci göstəricidi. İndi birdən-birə üç məşhur futbolçu bu ölkədən qaçmaq istəyir.

Cordan Henderson
Henderson heç cür sona qədər Səudiyyə Ərəbistanındakı həyata uyğunlaşa bilmədi – iqlim və yüksək rütubət şəraitində, isti havada keçirilən oyunlar üzündən. Daha bir dəlil isə “Əl-İttifaq”ın oyunlarının yetərincə geniş auditoriya toplaya bilməməsidi. Bu komandanın ev oyunlarını keçirdiyi stadion 35 min yerlik olsa da, tribunalara 8 mindən artıq azarkeş toplaşmır. Cordan Səudiyyə Ərəbistanına köçəndən sonra vətənində ünvanına yağan tənqidlər də bir başqa səbəbdi. Bütün bunlarla yanaşı, Henderson belə hesab edir ki, premyer-liqaya dönərsə, İngiltərə yığmasının heyətində futbol üzrə Avropa çempionatının final mərhələsinə qatılmaq şansı artacaq.

“Əl-İttifaq” heç də çempionatın ən baxımlı komandası deyil. Düzdü, bu komanda sentyabrda liderdən cəmi 2 xal geri qalırdı, ancaq bu artıq köhnə söhbətdi. İndi liderlər qrupundan 15 xal geridədilər, təhlükəli zonadan isə cəmi 8 xal irəlidə. “De Telegraaf”ın xəbərinə inansaq, məşhur yarımmüdafiəçini transfer etməkə “Ayaks”, həmçinin premyer-liqanın turnir cədvəlinin aşağı pillələrində qərarlaşan iki komanda və bundesliqa təmsilçisi maraqlıdı.

Futbolçunun təmsilçiləri artıq amsterdamlılara danışıq aparmağa hazır olduqlarını bildiriblər. Xavbek belə hesab edir ki, Avropada çıxış edərsə, İngiltərə yığmasının AÇ-2024-yə yollanacaq heyətinə düşmək şansı daha çox olacaq. Bununla belə, “Ayaks” üçün Hendersonun indi “Əl-İttifaq”dan aldığı maaşın (ildə 15 milyon avro) hətta bir hissəsini ödəmək belə problemdi.

Roberto Firmino
Başqa bir ulduz da Səudiyyə Ərəbistanından imkan daxilində tez uzaqlaşmaq istəyir. Belə ki, “Əl-Əhli”nin braziliyalı forvardı da iş yerini tərk etmək fikrindədi, onun xidməti premyer-liqa klublarına, konkret “Fulhem”ə təklif olunub. “Bağbanlar” bu yay məhz Səudiyyə Ərəbistanına – “Əl-Hilal”a yollanan Aleksandar Mitroviçə əvəzedici axtarır. “Evening Standard”da çalışan həmkarımız Nizaar Kinsella xəbər verir ki, “Əl-Əhli” Firminonu yanvarda icarəyə verməyə hazırdı. Ancaq istəyir ki, forvardın yeni klubu onun həftəyə 378 min avro təşkil edən maaşının böyük hissəsini ödəməyi öz üzərinə götürsün. Firminonun potensial müştəriləri sırasında İngiltərə və Türkiyə klublarının adı çəkilir. Söhbət “Beşiktaş”, “Qalatasaray” və “Fulhem”dən gedir.
Jurnalist Ben Ceykobs dəqiqləşdirir ki, “Əl-Əhli” hələ Firminoya görə təklif almayıb, ancaq forvardın premyer-liqa klubuna icarəyə verilməsi mümkündü. Vasitəçilərin yardımı ilə qeyri-formal təmaslar olub. “Əl-Əhli” Firminonu icarəyə verməyə hazır olsa da, onu hələ də uzunmüddətli planlarının bir parçası sayır.

Firmino ona daha çox oyun vaxtı qazanmağa imkan verən variantlar axtarır. Çətin ki, Roberto Səudiyyə Ərəbistanından olan hansısa başqa komandada icarə əsasında oynaya. Hərçənd yerli klublardan üçü – Stiven Cerrardın “Əl-İttifaq”ı da bunların arasındadı – braziliyalıya maraq göstərir. Ancaq ölkə daxilində istənlən kluba keçid gətirib ona çıxaracaq ki, “Əl-Əhli” Firminonun maaşının böyük hissəsini üzərinə götürməli olacaq, klub isə bu variantı istəmir.

Firmino 8 mövsüm ərzində “Liverpul”un şərəfini qoruyub, bu müddətdə İngiltərə çempionluğunu, kubokunu və Superkubokunu, həmçinin Liqa kubokunu qazanıb. Bundan başqa, braziliyalı “qırmızılar”la Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub. “Əl-Əhli”nin heyətində keçirdiyi 17 çempionat oyununda isə 3 qol (avqustda çıxdığı debüt oyununda het-trik edib və həmin vaxtdan bəri fərqlənməyib) və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Kərim Benzema
Dekabrın 26-da “Əl-İttihad” Kriştiano Ronaldonun “Əl-Nəssr”i ilə oyunda 2:5 hesablı acınacaqlı məğlubiyyətlə üzləşdi. Portuqaliyalı və Sadyo Mane dubl etdi, Benzema isə yalnız məhsuldar ötürmə verə bildi. Oyundan sonra sosial şəbəkələrdə Kərimin üzərinə hücum çəkdilər, ümidləri doğrultmamaqda günahlandırdılar. Fransalı isə bütün bunları dinləmək və oxumaq istənədi, sadəcə, “instaqram”dakı 76 milyon izləyicisi olan səhifəsini sildi.
Bu, Benzemanın Səudiyyə Ərəbistanındakı ilk münaqişəsi deyil. Buna qədər Nunu ilə də yola getmədi və baş məşqçini qovdular. 2023-cü ilin noyabrında “Əl-İttihad” baş məşqçisi Nunu Eşpiritu Santunu göndərdi. Əsas səbəblərdən biri isə Kərimlə arasındakı münaqişə idi. Onda forvard tənbəllikdə və komanda oyununa uyğunlaşmaqda ittiham olunurdu. Fransalı ulduza bunu irad tutmaq olar, ancaq məhsuldarlığı yox! O, 24 oyunda 15 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb ki, bu da parlaq nəticədi.

Benzemanın real müştəriləri sırasında yalnız bir komandanın – “Mançester Yunayted”in adını çəkmək olar. Son həftələrdə bu mövzu çox fəal şəkildə müzakirəyə çıxarılıb. Ancaq bu transferin reallaşması ehtimalı azdı. Birinci əngəl “Əl-İttihad”la müqavilə və fransalının tələbatlarıdı. İkincisi, Erik ten Haq nizam-intizam pozuntularına dözən adam deyil. Üçüncüsü, bu transfer Kərimin özünə nə dərəcədə lazımdı?

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-07-2022, 22:0

Səudiyyə Ərəbistanından Ronaldo üçün fantastik təklif

Dünya futbolu

3-01-2024, 12:0

Benzema Səudiyyə Ərəbistanından ayrılır?

Dünya futbolu

4-08-2023, 20:0

Səudiyyə Ərəbistanının çempionatı, yoxsa ulduz seyrangahı?

Dünya futbolu

2-06-2023, 18:0

Benzema “Real”dan ayrılacaq?

Dünya futbolu

16-08-2023, 21:0

Ronaldo “Əl-Nəssr”ə kubok qazandırdı

Dünya futbolu

27-01-2023, 18:0

Ronaldo ilə Mendeşin arası niyə dəyib?

Aktual
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Son xəbərlər
  • Dünən, 23:37
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • Dünən, 23:26
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 22:53
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
  • Dünən, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Dünən, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Dünən, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Dünən, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Dünən, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Dünən, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Dünən, 16:40
    Samokun yeni klubu bilindi
  • Dünən, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Dünən, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Dünən, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Dünən, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Dünən, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Dünən, 13:00
    500-cü oyun, 550-ci qol
  • Dünən, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Dünən, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Dünən, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Dünən, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Dünən, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Dünən, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • 8-07-2026, 23:0
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • 8-07-2026, 23:0
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • 8-07-2026, 22:0
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • 8-07-2026, 22:0
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • 8-07-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 8-07-2026, 20:0
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • 8-07-2026, 20:0
    Camal Cəfərov Qırğızıstan klubunda
  • 8-07-2026, 19:0
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • 8-07-2026, 19:0
    "İmişli"də yeni təyinat
  • 8-07-2026, 19:0
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə