“Heyətimizi 70-80 faiz dəyişmişik” – bəs iddia?

13.01.2024 15:20 205
Aktual / II liqa
2-ci liqada mübarizə aparan "Füzuli" əksər futbolçularıyla yollarını ayırıb. Onların yerini yeni transferlərlə doldurmağa çalışırlar.

Bəs belə radikal dəyişiklik komandaya mənfi təsir etməyəcək? "Football-plus.az" saytı olaraq, bu sualı aydınlaşdırmaq üçün klubun prezidenti Rauf Quliyevlə danışdıq:

"Biz - bütün klub camiəsi hamılıqla komandamızın daha yaxşı çıxışında maraqlıyıq. Hazırda heyətimizi 70-80 faiz dəyişmişik. Yeni transfer çalışmalarımız davam edir. Amma bu bizim iddiamızı azaltmır - sona qədər mübarizə aparacağıq. Bu il çempion ola bilməsək də, "Füzuli"nin adına layiq çıxış edəcəyik. Məqsədimiz komandanı daha da inkişaf etdirmək və peşəkarlaşmaqdı".

ABDULLA İSMAYILOĞLU