1-ci liqada ilk yarını sonuncu pillədə başa vuran "Araz Saatlı" ciddi islahatlarla məşğuldu.
Komandadan bir çox futbolçu yola salınıb. Deyilənə görə, 4 afrikalı futbolçu da dəvət olunub. Həmin legionerlərin hansı ölkələrdən olduğunu və amplualarını dəqiqləşdirmək üçün bölgə təmsilçisinin baş məşqçisiylə əlaqə yaratmağa çalışdıq.
Rüfət Quliyev "Football-plus.az" saytına bunları dedi:
"Öncəliklə onu deyim ki, baxışda afrikalı futbolçu yoxdu. Ümumiyyətlə, hazırda legioner oyunçu transferi düşünmürük. Qış fasiləsinə çıxandan sonra 11-12 oyunçuyla yollarımızı ayırmışıq. Hazırda baxışa bir çox oyunçu dəvət etmişik. 6 futbolçuyla razılığa gəlmişik. Onların hər biri 1-ci liqa təcrübəsi olan oyunçulardı. Əlavə danışıqlar apardığımız futbolçular da var. Onlarla bağlı da 2-ci yarı başlayana kimi qərar verəcəyik. Məqsədimiz çempionatın 2-ci mərhələsində daha əzmlə mübarizə apararaq sonuncu pillədən qurtulmaqdı".
ABDULLA İSMAYILOĞLU