• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Futbolumuzun qüsurlu stadionlarının son durumu necədi?

Ölkə futbolu / Manşet

12-01-2024, 19:0

Ölkə futbolunun problemləri bitmək bilmir.

Gündəmdə çatışmazlıqlarla bağlı saysız-hesabsız məsələ var. Millimizin baş məşqçisiz olması, futzalımızın maliyyə problemləriylə üz-üzə qalması, bizi başqa ölkələrdə təmsil edən futbolçuların yaşadığı çətinliklər və s. və i.a. Hələ başqa idman növlərini demirik.

Bu dəfə qüsurlarıyla diqqəti çəkən stadionlardan bir neçəsinin durumuyla maraqlanmaq qərarına gəldik. Ağsu şəhər stadionundan başlayaq. Xatırlayırsızsa, daha öncə bu idman qurğusunda işıqlandırma sisteminin sıradan çıxmasından, həmçinin bəzi bərpa işlərinin görülməsinin labüdlüyündən bəhs etmişdik. Və AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədov qəzetimizə açıqlamasında arenadakı problemlərin tezliklə aradan qaldırılacağını demişdi. Daha sonra işlərə start verildiyindən “Difai Ağsu” ev oyunlarını Şamaxıda keçirməyə başladı. Bəs çalışmalar indi hansı mərhələdədi? 1-ci liqa təmsilçisi arenaya nə vaxt qovuşacaq? Yenidən Elnur bəyə üz tutduq. O, təmir-bərpa işlərinin apreldə bitəcəyini dedi: “Çalışmalar davam edir. İndiki durumda dam örtüyü yenilənir. Hava şəraitindən asılı olaraq, iki-üç ay ərzində proses tamamlanacaq”.

Tovuz şəhər stadionu da problem yaşayır. Dekabrın 23-də keçirilən “Araz-Naxçıvan”la oyunun sonunda bu idman qurğusunda projektor dirəyinin aşdığını bilirsiz. Klubun mətbuat katibi Süleyman Tağıyevdən aldığımız məlumata görə, hələ ki mütəxəssislərin ekspertiza rəyi gözlənilir. Məsələnin əsli məlum olduqdan sonra iclas keçiriləcək və problemin aradan qaldırılması istiqamətində qərarlar qəbul olunacaq. “Kəpəz” üçün isə yeni arena tikilir. Gəncə təmsilçisi hələ uzun müddət rəqiblərini doğma meydanda qəbul edə bilməyəcək. Komanda bu üzdən ev oyunlarını Tovuzda keçirirdi. İndi məsələ fərqlidi. Dediyimiz kimi, projektor dirəyinin aşması işləri çətinləşdirib. Bundan başqa, “sarı-göylər”in baş məşqçisi Adil Şükürov “Futbol+”ə açıqlamasında Qəbələ şəhər stadionunun daha əlverişli olduğunu deyir. Mütəxəssis istəyinin səbəbini burda təbii ot örtüyünün olması əlaqələndirir. Beləliklə, oyunçuların zədələnmə ehtimalı xeyli azalacaq. Rəhbərlik isə Tovuz seçimində qərarlıdı. Hadisələrin hansı yöndə cərəyan edəcəyini maraqla gözləməyə dəyər. “Kəpəz” hələ ki bu barədə danışıqları təxirə salıb. Klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevin qəzetimizə verdiyi məlumata görə, indiyə qədər Gəncə Futbol Akademiyasının açılış mərasiminə köklənibmişlər. Stadionla bağlı məsələ qarşıdakı günlərdə yenidən müzakirə ediləcək.

Sözügedən problemin növbəti qurbanı “Araz-Naxçıvan”dı. Muxtar Respublika təmsilçisi “Dalğa Arena”ya sığınıb. Çünki vaxtilə 1-ci divizonda çıxış edərkən ev oyunlarını keçirdiyi stadion PFL-in tələblərinə cavab vermir. Bu problemi dəfələrlə işıqlandırmışıq. Maraqlıdı ki, aylar ötsə də, hansısa yenilik haqda xəbər almırıq. Bəs nə oldu? Yeni idman qurğusunun tikildiyini də bilirik. Əlbəttə, inşa edilən stadionun bu ərəfədə araya-ərsəyə gətirilməsi gözlənilmir. Əldə etdiyimiz məlumata görə, bunun üçün azı 2 il gözləmək lazımdı. Hətta layihənin reallaşması üçün daha çox vaxt lazım imiş. Məhz buna görə planlarda dəyişiklik edilib. Yəni ümumi layihədə bəzi ixtisarlar edilib. Təmir-bərpa işlərinin görüldüyü köhnə stadion haqda isə Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayevdən xəbər aldıq. Onun dediyinə görə, idman qurğusunda görülən işlərə ara verilib. Səbəb isə qış aylarının çox soyuq keçməsiylə bağlıdı. Çox güman, çalışmalar fevraldan sonra başlayacaq və avqusta qədər davam edəcək. Hədəf “Araz-Naxçıvan”ın ev oyunlarını 2024/25 “futbol ili”ndən etibarən əvvəlki arenada keçirməsinə nail olmaqdı.

Növbəti gözlənilməz hadisə isə “Neftçi”nin başına gəlib. Belə ki, Bakıxanov qəsəbəsində yerləşən Futbol Mərkəzindəki stadionun (keçmiş İsmət Qayıbov adına stadion) projektorlarında nasazlıq yaranıb. Bu səbəbdən start götürməli olan seleksiya məşqləri baş tutmayıb. Görəsən, bu problem nədən qaynaqlanıb və aradan qaldırılıbmı? Klubun mətbuat xidmətinin rəhbəri Emin Əfəndini dinləyək: “Bəli, bir neçə gün öncə yol qırağında aparılan təmir-bərpa işləri zamanı stadionun projektorları zərər görmüşdü. Məsələ operativ çalışmalarla həll olundu. Artıq seleksiya məşqləri davam edir”.
Stadion problemindən bəhs edən yazıda “Mehdi Hüseynzadə”yə toxunmamaq günah olardı. Daha əvvəl qəzetimizdə Sumqayıtdakı bu məşhur idman qurğusunun problemlərinə geniş yer vermişdik. Qısaca qeyd edək ki, arenanın inşasıyla bağlı bütün işlər başa çatsa da, PFL-in oyunların keçirilməsiylə bağlı tələblərinə cavab vermədiyindən xeyli dəyişiklik edilməliydi. “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevdən aldığımız məlumata görə, işlər artıq yekunlaşmaq üzrədi. Daha dəqiq desək, Misli premyer-liqasının 21-ci turunda “Neftçi”ylə qarşılaşacaq kollektivin rəqibi məhz bu stadionda qəbul etməsi planlaşdırılır. Əlbəttə, bu ehtimal real görünür. Çünki həmin oyun fevralın 2-də keçiriləcək.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual / 1-ci liqa

23-11-2023, 14:0

“Məhz büdcə ayrılandan sonra stadion təmirə bağlandı” – qəribə köçün səbəbi

Ölkə futbolu / Manşet

6-11-2023, 14:0

AFFA Ağsu şəhər stadionundakı problemi həll edəcək

Ölkə futbolu

21-11-2023, 16:0

Peşəkar Futbol Liqası 1-ci liqa klubunun müraciətini cavablandırdı

Aktual / Liqalar

17-06-2023, 14:0

“Difai” niyə Ağsunu seçib? - AÇIQLAMA

Ölkə futbolu

5-09-2023, 13:0

PFL “Qaradağ Lökbatan”ın stadionuna qadağa qoydu

1-ci liqa / Manşet

13-12-2023, 14:0

Binədə liderlik, Şamaxıda ilk qələbə uğrunda mübarizə - YENİLƏNİR

Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Bu gün, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Bu gün, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Bu gün, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Bu gün, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Bu gün, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Bu gün, 16:33
    Milli komandaya qayıtdı
  • Bu gün, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:31
    Şimali Amerikaya yollandı
  • Bu gün, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Bu gün, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Bu gün, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Bu gün, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Bu gün, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Bu gün, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Bu gün, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Bu gün, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Bu gün, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Bu gün, 10:36
    Milli komandaya qayıtdı
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 125
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə