• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bildiyimə görə, Xətai Bağırovla Vitali Borisov arasında problem çox idi”

Manşet / Müsahibə

12-01-2024, 16:0

2023-cü ildə futzalımızın inkişafı yönündə ciddi irəliləyiş hiss olunmadı. Nə ölkə daxilində, nə də beynəlxalq arenalarda uğur qazanıldı. Yüksək liqanın qalibi “Araz-Naxçıvan” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmadısa, millimiz DÇ-2024-ün elit mərhələsindən o yana keçə bilmədi. Halbuki iyunda hər iki kollektivin baş məşqçisi Joze Alesio da Silvanın Vitali Borisovla əvəzlənməsi hansısa tərəqqi yolunda cəhd kimi təqdim edilmişdi. Görəsən, futzalı qarşıda həqiqətən uğurlar gözləyir? Ümumiyyətlə, hədəflərə çatmaq üçün hansı çatışmazlıqlar aradan qaldırılmalıdı?

Bu və başqa suallara cavab axtarmaq məqsədilə U-19 millimizin seleksiyaçı məqşçisi Ağatahir Əzimova müraciət etdik. Çünki bu idman növünün yükü həm də onun çiyinləri üzərindədi.

- Əsas yığmanın gələcəyi U-19-dan, bu yığmanın keyfiyyətli oyunçularla zənginləşdirilməsi isə sizdən asılıdı. Hazırda işlərinizi necə idarə edirsiz? Azyaşlıların futzala cəlb edilməsi prosesi necə gedir?
– İstəkli və gələcək vəd edən uşaq tapmaq çox çətindi. Təəssüf ki, ölkəmizdə futzalçı yetişdirən məktəblər yoxdu. Belədə axtarış sahəsini genişləndirmək lazım gəlir. Məktəblər- və universitetlərarası yarışlara baş çəkib diqqətimi cəlb edən oyunçularla maraqlanıram. 17-23 yaş aralığında idmançılar axtarıram. Əldə olanlarla həftədə iki dəfə məşq keçirik. Sözün düzü, bu sahəyə maraq azdı. Minifutbol daha populyar və maliyyə cəhətdən sərfəli olduğundan əksəriyyəti ora meyl edir. Futzal sponsor baxımından əziyyət çəkir. Bu üzdən təcrübə toplayanların çoxu qaçıb gedir...

– Belədisə, görünür, U-19-un durumu hələ bir müddət də ürəkaçan olmayacaq...
– Elədi. İlqar Aslanov təcrübəli məşqçidi. Əlindən gələni edir. Bilindiyi kimi, bu il beynəlxalq oyunlar olmayacaq. İnşallah, qarşıdakı aylar ərzində normal komanda hazırlanar.

– AFFA-nın baş katibi Sərxan Hacıyev “Futbol+”ə müsahibəsində futzalın maliyyə probleminin aktual məsələ olduğunu etiraf etdi. Lakin onu da dedi ki, hələ bu idman növünə maddi yardımı edilməsi nəzərdə tutulmur...
– Pul ayrılsa, yaxşı olardı. Klubların çoxu sponsorsuzdu. Ötən il Zaur Axundov (Futzal Federasiyasının prezidenti – red.) AFFA İcraiyyə Komitəsinin iclasında bu məsələni qaldırmışdı. Amma alınmadı. Yəqin ki, maliyyə dayanıqlılığı güclü olsa, ümumi nəticələrə təkanını hiss edəcəyik.

– Bəs maliyyə yardımı olacağı təqdirdə hansı işlərin görülməsi planlaşdılır? Hansısa layihə varmı ki, məhz bu problem üzündən həyata keçirilməsi gecikir?
– Əlbəttə, var. İlkin növbədə bu sahəyə maraq artacaq. Daha çox seçim şansımız olacaq. Keyfiyyəli futzalçıları bu sahədə saxlaya biləcəyik. Ən birinci görüləcək iş isə məktəblərin açılması olacaq. Belədə azyaşlılar təhsil ocaqlarına cəlb olunacaq. Bu gün futzalın ilkin qaydalarını bilməyən uşaqlar əvəzinə ən azı texniki bazası olan oyunçularla çalışacağıq. İndiki durumda nə böyük futboldan, nə də minifutboldan kimisə cəlb edə bilirik.

– Ötən il əsas millimiz üçün də düşərli olmadı. Sizcə, hansı amillər bizi uğurdan uzaq saldı?
– Səmimi deyəcəm, mən Vitali Borisovda günah görmürəm. Yığmamızın əsas gücü braziliyalı futzalçılarda idi. Bu yöndə limit qoyulduğu üçün ən keyfiyyətli oyunçuların xidmətindən məhrum olduq. Baş məşqçi məcburiyyətdən tələsik qərarlar verdi və gənc, o qədər də təcrübəsi olmayan azərbaycanlılar komandaya çağrıldı. İndi kollektivdə islahatlar aparılır. Düşünürəm ki, zamanla daha yaxşı nəticələr qazanılacaq.

– Yüksək liqadakı durumu necə dəyərləndirmək olar? Lider “Araz-Naxçıvan”a “dişini göstərən” yeganə komanda “Neftçi”di. Amma onlar da son çempionu qabaqlaya bilmir. Kiminsə uğuruna paxıllıq etmirik. Amma istərdik ki, rəqiblər naxçıvanlılarla rəqabətdə bu qədər fərqlə geridə qalmasın...
– Bunun baş verməsi çox çətin görünür. Yaxın zamanda olacağına, ümumiyyətlə, inanmıram. “Araz-Naxçıvan” illərdi yüksək liqanın sözünü deyən komandasıdı. Sponsor problemləri də yoxdu. Bu klubda ayrılıq olsa da, gedənin yerini asanlıqla doldura bilirlər.

- Yeri gəlmişkən, Xətai Bağırovla İsa Atayev son çempionla yollarını ayırdı. Onlar karyerasına Belçikanın 1-ci divizonunda çıxış edən “Beşiktaş”da davam edəcək. Bu haqda düşüncələriniz necədi?
– Onları yaxşı başa düşürəm. Çox güman, maliyyə cəhətdən daha sərfəli təklif alıblar. Bacarıqlı və təcrübəli oyunçulardı. Bildiyimə görə, Xətai Bağırovla Vitali Borisov arasında problem çox idi. Yola gedə bilmirdilər. Yəqin ki, bu amilin də müəyyən rolu var. Yenə də hər birinə uğurlar arzulayıram.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual

8-06-2023, 10:0

Emin Kürdov: “Artıq nəsə deməyə ehtiyac yoxdu”

Aktual

8-06-2023, 10:0

“Araz-Naxçıvan”ın üzvü: “Alesionun getməsinə pis oldum”

Aktual

7-06-2023, 14:0

Xətai Bağırov: “Onun haqda qısaca “pis məşqçi deyildi” deyərdim”

Manşet / Müsahibə

9-06-2023, 10:0

"Vitali Borisov Rusiya və Braziliya çempionatından seçim edir" - MÜSAHİBƏ

Manşet

5-06-2023, 10:0

“Araz-Naxçıvan”ın baş məşqçisi dəyişib

Yığma / Manşet

25-06-2023, 13:0

Milli komandanın üzvü Almaniyaya köçdü - AÇIQLAMA

Aktual
Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Son xəbərlər
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə