PSJ heyətini gücləndirməyi planlaşdırır.
"Football-plus.az" xəbər verir ki, parislilər gözlərini "Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmixə dikib. Tərəflər Fransa təmsilçisinin müdafiəçisi Nordi Mukielenin Münhen klubuna transferi ilə bağlı danışıqlar aparır.
PSJ-nin Kimmixi transfer etmək ümidi ilə əks təklif göndərdiyi bildirilir. Paris klubu Almaniya millisinin futbolçusu qarşılığında Mukiele və müəyyən məbləğ ödəməyə hazırdı.