"Qəbələ" yeni legioner üçün tələsmir

6.01.2024 22:22 272
Premyer-liqa / Manşet
"Qəbələ" qış hazırlıq planını təmsilçisi olduğu bölgədə həyata keçirir.

Xatırlayırsızsa, komandanın baş məşqçisi Elmar Baxşıyev təlim-məşq toplanışının ölkədə keçirilməsinin səbəbini belə izah etmişdi:

"Vətəndə qalmaq qərarı yeni oyunçu ilə güclənmək üçün verildi".

Çox güman ki, söhbət kollektivə daha bacarıqlı legionerin cəlb olunmasından gedir. Görəsən, "qırmızı-qaralar" bu yöndə hansı addımlar atıb? Arzunun reallaşması ehtimalı nə qədərdi?

"Qəbələ"nin mətbuat xidmətinin rəhbəri "football-plus.az"ın suallarını cavabladı:

"Axtarışlar davam edir. Bilindiyi kimi, qış "transfer pəncərəsi"ndə yaxşı futbolçu tapmaq çətin olur. Bu üzdən axtarışlar geniş miqyasda olacaq. Ən doğru qərarı vermək istəyirik".

KƏNAN BAHADIR