“İstədiyimiz oyunçular gəlsə, çempion olmaq şansımız daha da artacaq” – hərbi vəd

6.01.2024 15:20 288
I liqa / Manşet
Birinci liqanın iddialı klublarından olan, hazırda isə turnir cədvəlində 3-cü pillədə qərarlaşan MOİK indiki durumundan razı deyil.

Bəs “hərbçilər” qış fasiləsindən yararlanaraq heyətə yeni futbolçular cəlb etməyi düşünürmü? Bu suala cavab tapmaq üçün komandanın baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:

“Transferlər hələ ki qalıb, danışıq aparılır. Yanvarın 10-da təlim-məşq toplanışına başlayırıq. İnşallah, transferlərimiz alınsa, istədiyimiz oyunçular gəlsə, çempion olmaq şansımız daha da artacaq”.


MİRKAMAL KAZIMZADƏ