Aleksey İsayev "Qarabağ"da

4.01.2024 21:05 330
Premyer-liqa / Manşet
"Qarabağ” qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib.

"Football-plus.az" xəbər verir ki, klub “Sabah”ın oyunçusu Aleksey İsayevi transfer edib. Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, o, 2020-23-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib.