PSJ heyətinə yeni futbolçu cəlb edib.
"Football-plus.az" xəbər verir ki, Fransa çempionu sonuncu klubu “San Paulu” olan Lukas Beraldonu transfer edib. Braziliyalı müdafiəçi ilə 5,5 illik müqavilə imzalanıb. 20 yaşlı futbolçu yeni klubunda “35” nömrəli formanı daşıyacaq.
Beraldo son mövsüm “San Paulu”da bütün turnirlərdə 48 oyun keçirib və 1 qol vurub.