5 ildən sonra Almaniyaya qayıtdı

13.06.2023 20:15 227
Dünya futbolu
Nabi Keyta “Liverpul”u tərk edib. O, 5 ildən sonra Almaniyaya qayıdıb.


"Football-plus.az" xəbər verir ki, 28 yaşlı qvineyalı yarımmüdafiəçi azad agent kimi “Verder”lə anlaşıb. Keytanın Bremen klubu ilə razılaşdırdığı müqavilənin müddəti 3 illikdi.

Xatırladaq ki, “Liverpul” onu 2018-ci ildə 52,75 milyon funt sterlinqə “Leyptsiq”dən almışdı. O, İngiltərə klubu ilə İngiltərə çempionluğu və Çempionlar kuboku da daxil olmaqla 6 titul qazanıb. Qırmızı formada 129 matç keçirən Nabi 11 qolun və 7 məhsuldar ötürmənin müəllifi olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul