2023-cü ilin futbol dünyasında hansı hadisələrlə yadda qaldığını xatırlatmağın məqamıdı.
İl milli komanda səviyyəli nəhəng turnirlər baxımından kasad olsa da, vurğulanası məqamlar da yox deyildi. Əlbəttə, 365 gün ərzində sevindirici hadisələr yaşandığı kimi, məyusluq doğuran faktlar da qeydə alındı. İndi geri boylanaraq daha önəmli hadisələrə nəzər salacağıq. Beləliklə...
...və sitatı
Aleksander Çeferinin Avropa İttifaqı Məhkəməsinin qərarına reaksiyası gözlənildiyi kimi oldu. UEFA-nın prezidenti Superliqa layihəsinin yalnız bu ideyanı dəstəkləyən İspaniyanın iki klubunun iştirakı ilə reallaşacağına ümid etdiyini dilə gətirdi: “Bu şounun sizi şoka salacağını, yoxsa əyləndirəcəyini söyləmək çətindi. Yeni format hamı tərəfindən rədd edilən 2021-ci il təklifindən daha qapalıdı. İstədiklərini yarada bilərlər. Ümid edirəm ki, onlar yalnız iki klubla ən qısa zamanda möhtəşəm rəqabətə başlayacaqlar. “Real” və “Barselona” nə etdiklərini heç özləri də başa düşmürlər. Futbol satılmır. Superliqa ölü liqadı”.