• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kəpəz”lə çökən, “Kəpəz”lə dirçələn “Neftçi”... - KÖŞƏ

Manşet / Yazarlar

30-12-2023, 14:0

“Neftçi” üçün daxili çempionatda yeni mövsüm “Kəpəz”lə oyunda başlamışdı.

Rumıniyalı Adrian Mutu və onunla birlikdə gələn köməkçiləri Azərbaycan çempionatının dadını-duzunu, bizim premyer-liqanın ab-havasını hiss etmişdilər. Zaman o zaman idi ki, “Neftçi” hər gün yeni bir futbolçunun transferini həyata keçirirdi, klubun rəsmi hesablarından gözoxşayan, insanı riqqətə gətirən videoçarxlar paylaşılırdı. İzləyənlər də düşünürdü ki, “ağ-qaralar” adlı-sanlı, faydalı futbolçuları heyətinə qatır, komanda gündən-günə güclənir. Bir də gözümüzü açıb görəcəyik ki, turnir cədvəlinin zirvəsində “Neftçi” dayanıb, hamıya yuxarıdan aşağı baxır.

Amma düşündüklərimizin, təxmin etdiklərimizin heç biri olmadı. Qısa və konkret onu demək mümkündü ki, Mutu ona bəslənən ümidləri doğrultmadı. Bəlkə heç rumın çalışdırıcı özü də Azərbaycanda başına gələcəkləri təxmin etmirdi. İnana bilmirdi ki, onu burda belə çətinliklər gözləyir. “Uşaqlığın son gecəsi” filmində məşhur səhnələrin birində olduğu kimi. Gənc mühəndislər ət kombinatının tikintisində işləməyə gəlirlər. Yaşlı “prorab” da onları süzür və sual edir: “ət iyinə gəlmisiz?” Filmdəki Muradın həmin “prorab”a nə cavab verdiyini, yəqin ki, unutmamısız. İndiki halda Mutu və onun özüylə gətirdiyi köməkçiləri o vəziyyəti yaşadılar. Onlar Bakıya rahat həyat sürməyə, neft pulları hesabına yaxşı qazanc əldə etməyə gəlmişdilər. Düşünmüşdülər ki, orda nəticə qazanmağa nə var? Buraxarıq meydana 5-6 legioneri, yanlarına da 3-4 orta səviyyəli yerli futbolçu qoyarıq. Bununla da başlayarıq qələbələri sıralamağa. Rumınların bu təxminləri özünü doğrultmadı.

Azərbaycan çempionatının mürəkkəb olduğunu, burda nəticə verməyin çətinliyini indiyə qədər çoxlu əcnəbi mütəxəssis görmüşdü. Həmin “qatar”ın növbəti sərnişini də Mutu oldu. Ümid edirəm ki, burda qazandığı təcrübə rumıniyalı mütəxəssisə gələcək fəaliyyətində fayda verəcək. Mutu da başa düşəcək ki, getdiyin ölkənin futboluna da, futbolçusuna da sayğı göstərməlisən. Rumıniyalı çalışdırıcı əcnəbilərə və “milliləşdirilənlərə” o qədər ürək qızdırmışdı ki, onun üçün azərbaycanlı futbolçuların heç bir dəyəri-qiyməti qalmamışdı. Eləcə də rəqib komandalara da eyni dərəcədə yuxarıdan aşağı baxırdı. Düşünürdü ki, əşi, “Araz Naxçıvan”dı, “Kəpəz”di, yaxud da “Sumqayıt”dı da, bunlara qalib gəlməyə nə var?! “Kəpəz” elə ilk turdaca Mutuya və komandasına şok yaşatdı, onları göydən yerə endirdi. “Araz Naxçıvan” iki qarşılaşmada “Neftçi”dən 4 xal almağı bacardı. “Sumqayıt” isə ikinci dövrədə “Neftçi Arena”nı sözün əsl mənasında qaranlığa bürüdü.

Mutunun bəzi havadarları “Neftçi”nin qış fasiləsinə 3-cü pillədə yollanmasını önə çəkir, rumınların qovulmasını haqsızlıq sayırlar. Amma hadisələri doğru təhlil edəndə görürsən ki, qış ərəfəsindəki son turdakı uğurlu təqvim “Neftçi”nin bu yerdəyişməsində əhəmiyyətli rol oynadı. “Araz Naxçıvan” Tovuz səfərində büdrədi, “Sumqayıt”la “Səbail” bir-biriylə qarşılaşdı. “Neftçi”nin rəqibi isə doğma meydanda “Kəpəz” oldu. Bundan yaxşı fürsət ələ düşməzdi. Mutunun gedişi də futbolçuları yersiz gərginlikdən xilas etmişdi. Onun köməkçiləri düzgün seçim etmiş, heyəti maksumum dərəcədə faydalı qurmuşdular. Bu mövzuda danışarkən bir məqama toxunmaq istəyirəm. Sol cinah müdafiəçisi Azər Salahlı Mutunun əsas heyətə həsrət qoyduğu futbolçulardandı. Azər uzun müddət meydana çıxmamışdı.

Hər şey də ondan başlamışdı ki, “Kəpəz”lə oyunda Salahlı Ehtiram Şahverdiyevin penalti qazandığı epizodda günahkar göstərilmişdi. Azarkeşlərə də belə təqdim olundu ki, Azər penaltiyə səbəbkar olub, bu penaltiylə də “Neftçi” uduzub.
Eyni ssenari Emin Mahmudova münasibətdə də tətbiq olundu. Mutu “Qarabağ”la oyunda kapitanı nümayişkaranə şəkildə əvəzlədi. Guya uğursuzluğun səbəbkarı Emin imiş. Bir oyunda Azər, digərində Emin günahkar elan olundu. Bəs qalan uğursuzluqları kimin vicdanına yazaq?

Taleyin ironiyasıdı. “Kəpəz”lə oyundan sonra Azər Salahlı əsas heyətdəki yerini itirmiş, məğlubiyyətin səbəbkarı kimi göstərilmişdi. Elə “Kəpəz”lə oyunda Azər əsas heyətdə meydana çıxdı, oyundakı ilk qolun müəllifi kimi adını tabloya yazdırdı. Az sonra Mutunun istefaya göndərilməsiylə bağlı rəsmi xəbər açıqlandı. Mutu getdi, “Neftçi”yə qalan isə elə Azər oldu. Ümid edək ki, bundan sonra ölkənin ən qocaman klubu azərbaycanlı futbolçulara daha çox sahib çıxacaq, onlara layiqincə qiymət verəcək.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

14-07-2023, 15:0

Adrian Mutu "Neftçi"nin düşərgəsinə qoşulub

Premyer-liqa

7-08-2023, 13:0

Mutu ölkə çempionatlarının 61-ci əcnəbi baş məşqçisidi

Ölkə futbolu / Manşet

24-07-2023, 16:0

Adrian Mutu tələsmək istəmir

Ölkə futbolu

11-07-2023, 14:0

"Məqsədim “Neftçi”ni layiq olduğu yerə - Azərbaycanda ən yüksək mövqeyə qaytarmaqdı" - Adrian Mutu

Ölkə futbolu / Manşet

17-07-2023, 14:0

Mutu “Neftçi”ni yeniləmək arzusundadı - TƏHLİL

Aktual / Premyer-liqa

15-07-2023, 14:0

“Mutunun “Neftçi”yə fayda verəcəyini düşünürəm”

Aktual
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
Son xəbərlər
  • Bu gün, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Bu gün, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Bu gün, 17:28
    La Liqada hamını qabaqladı
  • Bu gün, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Bu gün, 16:26
    Bundestimdə itki
  • Bu gün, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Bu gün, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Bu gün, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Bu gün, 14:32
    Liverpuldan Londona yollandı
  • Bu gün, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Bu gün, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Bu gün, 13:29
    Florensiyanı tərk etdi
  • Bu gün, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Bu gün, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Bu gün, 12:16
    Vembanyama niyə ağladı?
  • Bu gün, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Bu gün, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Bu gün, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Bu gün, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Bu gün, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Bu gün, 08:31
    Xaçmazda regional turnir başa çatdı
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Daha çox
Oxunub: 717
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 249
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 249
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 156
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə