"Böyük futbola qayıtdığımı "Araz Naxçıvan"la oyunda hiss etdim"

28.12.2023 14:12 308
Aktual / Premyer-liqa
"Turan Tovuz" - "Araz-Naxçıvan" qarşılaşmanın 90+2-ci dəqiqəsində Budaq Nəsirov meydana çıxaraq uzun fasilədən sonra elitada debüt etdi.

Bu münasibətlə Budağın fikirlərini öyrəndik:

"6 aydı futbola qayıtmışam. Əslində kubok oyununda meydana çıxmışdım. Buna rəğmən, böyük futbola qayıtdığımı "Araz Naxçıvan"la oyunda hiss etdim. Xoş anlar keçirdim. Cəmi 6 dəqiqə meydanda olmağıma baxmayaraq, həqiqətən mənim üçün çox sevindirici məqam oldu. Çalışacam ki, davamlı olsun. Bunun üçün üzərimdə çox çalışacam".


ABDULLA İSMAYILOĞLU