Bundesliqadan MLS-ə yollandı

22.12.2023 21:32 181
Dünya futbolu
Gözlənildiyi kimi, Emil Forsberq “Leyptsiq”i tərk edib. Onun karyerasını Amerikada davam etdirəcəyi də məlum idi.

“Football-plus.az” xəbər verir ki, isveçli yarımmüdafiəçi artıq “Nyu York Red Bullz”un oyunçusu sayılır. O, MLS-də çıxış edən ABŞ klubu ilə “2+1 il” sxemi üzrə müqavilə bağlayıb. Forsberq “Leyptsiq”də 2015-ci ildən çıxış edirdi. 32 yaşlı futbolçu ötən müddətdə bundesliqada meydana çıxdığı 242 oyunda 48 qol vurub. Emilin Almaniya çempionatının cari mövsümündəki göstəriciləri isə uyğun olaraq 13-ə və 2-yə bərabərdi.