• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bizim bütün klublara lazım olan futbolçu “Şaxtyor”da ehtiyatda oturur”

Ölkə futbolu / Manşet / Müsahibə

20-12-2023, 19:0

Bəxtiyar Musayevin də namizədi Qurban Qurbanovdu
“Qarabağ”ın və yığmamızın sabiq oyunçusu, futbol veteranı Bəxtiyar Musayev uzun müddətdi gözə dəymir.

Daha dəqiqi, arabir hansısa actual mövzuda açıqlama və şərh versə də, fəaliyyəti o qədər də görünmür. Bəxtiyar bəylə əlaqə saxlayıb, ölkə futbolunun bəzi actual məsələləri ilə bağlı fikirlərini soruşduq.

- Bəxtiyar bəy, hazırda nə işlə məşğulsuz?
- Heç bir rəsmi işim yoxdu. Sadəcə, uzun müddət futbolun içində olduğum üçün bu fəaliyyətimi davam etdirirəm. Futbolçulara baxıram, oyunlarını izləyirəm, futbol skautları ilə əlaqə saxlayıram. Futbolçular təklif edirlər, mən də baxıram və hansısa klub bu mövzuda müraciət edəndə ona əlimdən gələn qədər kömək göstərirəm.
- Agent fəaliyyəti, seleksiya ilə məşğul olmağınızdan az-çox xəbərdarıq. Bu sahə sizə dar gəlmirmi? Ölkə klublarından hansınasa idarəedici postlardan birinə gəlmək ideyasına necə baxırsız? Maraqlı təklif olsa, necə cavab verərdiz?
- Öncə onu deyim ki, mən məşqçiyəm, futbol oynamışam. Futbol agenti odu ki, futbolçularla müqavilə bağlasın. Məndə bu iş deyil. Sadəcə, oyunçuların hansı potensiala qadir olduqlarını izləyirəm və hansısa klub müraciət etdikdə onlara təklif edirəm. Buna agent fəaliyyəti deməzdim. Sadəcə, mütəxəssis kimi futbolçuları izləyirəm, onların hansı səviyyədə olduğunu qiymətləndirirəm. Əlbəttə, futbol aləmində daha fəal iştirak etmək istərdim. Lakin təklif yoxdu. Təkliflər olsa, klubun yaxşı məqsədləri olsa, təbii ki, hansısa bir komandayla danışmaq olar. İddialı olan klublarla əməkdaşlıq edə bilərəm. Daha çox faydalı olmaq istəyərəm. Özümdə o gücü də görürəm. Ancaq belə bir təklif yoxdu. Yəqin ki, hər bir klubda işlər qaydasındadı. Ona görə də əlavə kiməsə təklif göndərmirlər.
- Əfran İsmayılov minifutbol çempionatında yarışan “İnter” adlı komanda yaradıb. Nə yaxşı sizə təklif etməyib? Daha futbol oynamaq həvəsində deyilsiz?
- Mən də eşitdim ki, keçmiş futbolçularımız minifutbol çempionatında iştirak edir. Onlara uğurlar arzulayıram. Əfran İsmayılovla sıx münasibətimiz yoxdu. Arada görüşürük, bir-birimizdən hal-əhval xəbər alırıq. Onlar bizə baxanda bir az gənc nəsildi. Mənə təklif olmayıb. Olsa belə, onlar daha gəncdi, çempionatda iştirak etmələrini daha məqsədəuyğun sayıram. Özüm də arabir futbol oynayıram, çox nadir hallarda. Amma nə təklif olub, nə də özüm daimi çempionatda oynamaq həvəsindəyəm.
- Misli premyer-liqasını izləyirsizmi? İzləyirsizsə, çempionatın səviyyəsi, çempionluq uğrunda gedən rəqabət, yeni ulduzların üzə çıxıb-çıxmaması mövzusunda nə düşünürsüz?
- Əvvəlki müsahibələrimdə də qeyd etmişəm ki, çempionat bu il daha maraqlı keçir. Demək olar ki, hər turda surpriz nəticələr qeydə alınır. Öncəki illərə nisbətən daha da maraqlı olub. Çempionluq uğrunda gedən mübarizədə “Qarabağ”a heç bir rəqib görmürəm. Neçə tur əvvəl də demişdim ki, heç şübhəsiz, “Qarabağ” çempionluğa tək namizəddi. Ən yaxşı kimi yeni gələn oyunçulardan Lunyovla Juninyonu demək istəyərdim. Komandaya çox böyük faydaları dəyir. Yerdə qalanlar da normal futbolçulardı. Sadəcə, yeni gələnlərin arasında ən yaxşılar kimi bu iki oyunçunu deyə bilərəm.
- İllərdi bu ölkədə “Qarabağ”a ciddi rəqib tapılmır. Əlbəttə, zaman-zaman “Neftçi”, “Sabah”, “Qəbələ”, “Zirə” özünü göstərir. Amma Ağdam klubunu silkələyəcək rəqabət haqda danışmaq çətindi. “Qarabağ”ın uğurlarının sirri nədədi – doğrudanmı, yalnız Qurban Qurbanovun personasında?
- Son illərə baxanda bircə dəfə “Neftçi” çempion oldu. Amma bir qədər əvvəl də qeyd etdiyim kimi, çempionluq yarışında “Qarabağ”a heç bir komanda mane ola bilməyəcək. Burda, əlbəttə, Qurban Qurbanovun əməyi böyükdü. Əsas pay onun üstünə düşür. Bir də rəhbərliyi qeyd edərdim. Belə deyim də - rəhbərliklə Qurban Qurbanov vəhdət halındadı. Qurbanovun biliyi, savadı, bacarığı və rəhbərliyin də ona olan dəstəyi komandanı bu səviyyəyə gətirib çatdırıb.
- “Qarabağ”ın Avropa Liqasının pley-offunda qarşılaşa biləcəyi komandaların siyahısı bəllidi. Şəxsən bizi uzaqbaşı “böyüb beşlik” ölkələrinin təmsilçiləri ilə qarşılaşmaq perspektivi çəkindirir (söhbət püşkatmadan əvvəl olub – red.), qalan bütün komandalarla isə oynamaq olar. Siz də belə düşünürsüz?
- “Qarabağ”ın son illərdəki uğurlu çıxışı bizi öyrəşdirib ki, Qurbanovun yetirmələri kimliyindən asılı olmayaraq, istənilən komandaya qarşı mübarizə apara bilir. Bu çox sevindirici haldı. Püşkatma olacaq. Növbəti mərhələyə adlamaq üçün ondan çox şey asılıdı. Böyük klubların da adı var. Ancaq mənim könlümdən keçən “Yanq Boyz”la qarşılaşmaqdı. Lakin həm çempionatlarına görə, həm də heyətlərinə görə qarşılaşa biləcəyimiz bütün komandalar “Qarabağ”dan üstün durumdadı. Sadəcə, “Qarabağ”ın son illərdəki oyunu güclü klublarla da başabaş mübarizə apara biləcəyini göstərir. Potensial rəqiblərimiz arasında “Şaxtyor” da var. Hansı ki Kaşuku tanıyırdıq, “Sabah”ın heyətində oynayırdı. Düşünürəm ki, bütün komandalarımız onu öz heyətində görmək istəyərdi. Lakin Kaşuk “Şaxtyor”da heyətə düşə bilmir. Bunu müqayisə üçün qeyd etdim ki, biz “Qarabağ”dan çox şey gözləyirik, fəqət bizim bütün klublara lazım olan futbolçu “Şaxtyor”da ehtiyatda oturur. Düzdü, “Qarabağ” bizi öyrəşdirib, ancaq reallıq baxımından görürük ki, biz bütün komandalardan büdcə, oyunçuların keyfiyyətinə görə geridə qalırıq. Ona görə də təmsilçimizə, sadəcə, təşəkkür edib, uğurlar arzulaya bilərik ki, bizi bu cür qələbələrə öyrəşdiriblər. Həqiqətən də “Qarabağ” bizim bu çempionatla çox üst səviyyəyə yüksəlib. Bu cür komanda yaratmaqda əsas baş məşqçinin roludu. Qurban müəllimin savadı, biliyi və komanda ruhu “Qarabağ”ı bu yerlərə gətirib. Lakin, dediyim kimi rəqiblərə baxanda biz geridəyik.
- Mahir Emreli, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev getdi. Türkiyənin aşağı dəstəsinə yollananlarımız da var. Ancaq təəssüf ki, azərbaycanlı futbolçuların xaricə axını tendensiya halını almayıb. Bu axını əngəlləyən səbəb nədi – Azərbaycanda hələ də yerli futbolçulara çoxlu pul verilməsi, yoxsa futbolumuzun Avropada xoş olmayan imici?
- Öncəliklə bizim xaricdə oynayan futbolçularımıza uğurlar arzulayıram. Mahir, Şahruddin, Musa və digər oyunçularımız legioner həyatı yaşayırlar. Könül istərdi ki, daha çox legionerimiz olsun və daha yaxşı klublarda çıxış etsinlər. Bununla bağlı çoxlu misal gətirmək olar ki, problemlər nədi, nəyə görədi. Son vaxtlar da görürük ki, öz klublarımızdan yerli futbolçular çox da çıxmır. Təəssüflər olsun ki, böyük bir potensiala malik oyunçular görmürük. Amma bizim futbolçulara marağın az olması ona görədi ki, legionerlərimiz çox deyil. Bayaq sadaladığımız oyunçuların da üzərinə böyük yük düşür. Onlar oynadığı komandalarda yaxşı çıxış etsələr, digər xarici klubların ölkəmizə baxış bucaqları dəyişər və bizim başqa futbolçularımıza da müraciət edə bilərlər. Ona görə də legioner həyatı yaşayan oyunçularımıza uğurlar arzulayıram. Onlar təkcə özlərini deyil, bütün Azərbaycan futbolunu təmsil edirlər. Onların da gözəl çıxış ölkəmizə yaxşı gözlə baxmağa səbəb ola bilər.
- Yığmanın nəticələri, daha doğru, nəticəsizliyi haqda nə deyə bilərsiz? Bunun günahkarı kimdi – AFFA, yığmanın tez-tez dəyişən baş məşqçiləri, yoxsa ölkə futbolunun nəticə göstərməyə qadir potensialının olmaması?
- Yığma barəsində çox danışmışam. Əsas da baş məşqçi haqqında. Təəssüflər olsun ki, neçə müddətdi millinn çıxışına görə üzümüz gülmür. Əlbəttə, bu işdə məsul şəxslərin hər biri məsuliyyət daşıyır. Bundan sonra məşqçi seçimində daha da diqqətli olmalıdılar. Əfsuslar ki, De Byazi ilə üç dəfə müqavilə şərtini uzatmaqla böyük bir yanlışlığa yol verilmişdi. Dediyim kimi burda hər kəsin günahı var. Hər kim bu məsuliyyətin altına giribsə, yığmamızın yaxşı çıxış etməməsində pay sahibidi.
- Yerli məşqçilərdən kimi bu posta namizəd göstərirsiz? Məsələn, Qurban Qurbanovun bir daha dönməsinə dəyərmi? Axı biz həm Azərbaycan, həm də dünya futbolunda eyni məşqçinin dəfələrlə yığmanın “sükanı arxasına” keçməsiylə bağlı nümunələr görmüşük.
- Dəfələrlə demişəm ki, mənim yeganə namizədim Qurban Qurbanovdu. Mən bir söz deyirəmsə, onun məsuliyyətini də dərk edirəm. Ona görə də əminliklə deyə bilərəm ki, mənim namizədim Qurban Qurbanovdu. Çünki Qurbanov gördüyü işlərlə nə cür böyük işlər görməyə qadir mütəxəssisdi. Ancaq dəfələrlə də demişəm, yenə deyirəm ki, De Byazi kimi, Yuriçeviç kimi, Foqts kimi heç kimə lazım olmayan məşqçilər tapıb millinin “sükanı arxasına” gətirməkdənsə, hər hansı azərbaycanlı məşqçini o posta qoymaq daha məqsədəuyğundu. Yenə seçim olacaq. Daha məsuliyyətli yanaşıb doğru seçim edəcəklərinə ümid edirəm. Çünki bu elə-belə məsələ deyil. Təkcə baş məşqçinin günahı olmur. Bu seçimi edənlər də gərək bunun məsuliyyətini dərk eləsin. Azərbaycan futboluna layiqincə töhfə verməlidilər ki, biz də geriyə yox, irəliyə doğru addımlayaq.
- İndi yenə baş məşqçi postunun yeni sahibi ətrafında ictimai müzakirələr gedir. Yəqin bilirsiz, AFFA İcraiyyə Komitəsinin noyabrın 22-də keçirilən fövqəladə iclasında bu məsələnin həlli ilə məşğul olacaq İşçi Qrup da yaradılıb. Pərdə arxasında gəzən söz-söhbətə inansaq, AFFA rəhbərliyi yenə əcnəbi məşqçidən yanadı. Siz bu haqda nə düşünürsüz?
- İşçi Qrupa daha məsuliyyətli olmağı, işə daha ciddi yanaşmağı tövsiyə edirəm. Çox geniş araşdırma aparıb, düzgün qərar vermək lazımdı. Yyenə də əcnəbiyə üstünlük verirlərsə, daha işgüzar, tələbkar, yəni bir proqramı olan məşqçiylə danışıq aparılmalıdı. Bu çox ciddi işdi. Hər hansı bir şəxs də bu məsuliyyətin altına girirsə, canla-başla çalışmalıdı. Çox diqqətli olmalıdılar.

MİRKAMAL KAZIMZADƏ

Paylaş:
Digər xəbərlər

Aktual / Müsahibə

9-08-2023, 15:0

Bəxtiyar Musayev: 50 yaş üçün 5 sual - MÜSAHİBƏ

Aktual / Ölkə futbolu

24-06-2023, 23:0

"Sabah" millinin üzvünü saxlayır - ÖZƏL

Premyer-liqa / Manşet

8-08-2023, 18:0

Bəxtiyar Həsənalızadə “Kəpəz” azarkeşlərinə cavab verdi

Ölkə futbolu / Layihə / Manşet

22-10-2023, 23:0

Bəxtiyar Musayev: “Futbola gec getməyimin səbəbi valideynlərimin narazılığı idi” – LAYİHƏ

Ölkə futbolu

29-07-2023, 10:0

Bəxtiyar "Kəpəz"ə keçməsinin səbəbini açıqladı

Aktual
86700 manat! – kubok oyunu “Qarabağ”la “Sabah”a bu qiymətə başa gəldi
“Neftçi”yə transfer qadağası qoyuldu, klub rəsmisi azarkeşləri narahat olmamağa çağırdı
Kubokun finallarında azarkeş sayı 300 minə çatacaq! – stadionun tribunaları tam dolsa...
Çuameni Valverdeni niyə döydü? - davanın təfərrüatı
“Sabah” üç yarışda çempiondu, qalan titullar yoldadı
“Demək olar ki, oyunun taleyini qapıçılar həll etdi” – nə Koxalskidən razı qaldı, nə də Samokdan
Son xəbərlər
  • Bu gün, 19:30
    "Zirə" Qubada büdrədi, "Sabah" "Kəpəz"ə qarşı - YENİLƏNİR
  • Bu gün, 19:25
    Tanınmış məşqçi xanım taksi sürücüyə pul əvəzinə seks təklif etdi!
  • Bu gün, 18:54
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Bu gün, 18:48
    39 yaşında klubunu dəyişdi
  • Bu gün, 18:09
    DÇ-2026 üçün maraqlı vakansiya
  • Bu gün, 17:55
    Riad Rəfiyev sınaq müddəti
  • Bu gün, 17:38
    Mourinyo “Real”a hansı şərtlər irəli sürüb?
  • Bu gün, 17:03
    86700 manat! – kubok oyunu “Qarabağ”la “Sabah”a bu qiymətə başa gəldi
  • Bu gün, 16:43
    Kubok gözəlləməsi: açıq məşq də olacaq, mətbuat konfransı da!
  • Bu gün, 16:31
    "İmişli" - "Zirə" - START HEYƏTLƏRİ
  • Bu gün, 16:08
    Luis Enrike futbolçularını ad gününə dəvət etdi, amma....
  • Bu gün, 15:49
    “Neftçi”yə transfer qadağası qoyuldu, klub rəsmisi azarkeşləri narahat olmamağa çağırdı
  • Bu gün, 15:23
    ÇL-də hamını arxada qoydu
  • Bu gün, 14:46
    “Hall Siti”ni artıq türk klubuna çevirmişik” - Acunun növbəti hədəfi nədi?
  • Bu gün, 14:11
    “İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
  • Bu gün, 13:49
    Kubokun finallarında azarkeş sayı 300 minə çatacaq! – stadionun tribunaları tam dolsa...
  • Bu gün, 13:14
    Çuameni Valverdeni niyə döydü? - davanın təfərrüatı
  • Bu gün, 12:38
    “Trabzonspor” Azərbaycana gəlir?
  • Bu gün, 11:54
    “Fənər”in sabiq məşqçisindən illər sonra gələn etiraflar
  • Bu gün, 11:23
    Millimiz beynəlxalq turniri 45 medalla başa vurdu
  • Bu gün, 10:52
    “Neftçi” 1/4 final oyununa çıxacaq - Dünya Seriyası
  • Bu gün, 10:31
    Həsrət hamıdan irəlidədi
  • Bu gün, 10:00
    Altı cüdoçumuz “Böyük Dəbilqə"də mübarizəyə qoşulur
  • Bu gün, 01:09
    Arda Turan yarımfinalda dayandı...
  • Dünən, 23:44
    "Neftçi" və "Araz-Naxçıvan" qalib gəldi
  • Dünən, 22:56
    Yenə Antonelli!
  • Dünən, 21:55
    “Fənərbaxça” “Jalgiris”i ikinci oyunda da məğlub etdi
  • Dünən, 21:21
    “Düzünü desəm, Serbiyada belə nəticədən sonra hamını qovardılar”
  • Dünən, 20:50
    “Sabah” üç yarışda çempiondu, qalan titullar yoldadı
  • Dünən, 20:19
    Yarımfinal cütləri müəyyənləşdi
  • Dünən, 19:48
    “İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
  • Dünən, 19:17
    “İlk Azərbaycan Kubokunun qalibi olaraq adımızı tarixə yazdırdıq” - VİDEO
  • Dünən, 18:46
    “Demək olar ki, oyunun taleyini qapıçılar həll etdi” – nə Koxalskidən razı qaldı, nə də Samokdan
  • Dünən, 18:15
    Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - VİDEO
  • Dünən, 17:49
    "Burda penaltidən söhbət gedə bilməz" - Fariz Yusifov hansı qərardan narazı qaldı?
Daha çox
Oxunub: 172
“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
Oxunub: 169
“Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi 
Oxunub: 155
Azər Bağırov general-mayorla görüşdə olub, ancaq şəklə düşməyib
Oxunub: 147
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 144
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
Oxunub: 143
“Trabzonspor” Azərbaycana gəlir?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə