• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bəxtiyar Musayev: “Futbola gec getməyimin səbəbi valideynlərimin narazılığı idi” – LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

22-10-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Bəxtiyar Musayevin ayrıca təqdimata ehtiyacı yoxdu. Azərbaycan futbolu ilə maraqlanan hər kəs onu tanıyır. Onun istedadına təkcə futbolçu yox, həm də seleksiyaçı-məşqçi kimi bələdik. “Neftçi”nin ardıcıl çempionluqlar qazanan, Avropa Liqasının qrup mərhələsinə düşməklə Azərbaycan futbolunun tarixində yeni səhifə açan heyətinin qurulmasında Musayevin də böyük xidmətləri var. Bəxtiyar bəylə müsahibəni sizə təqdim edirik.

- Bəxtiyar bəy, sözsüz, Azərbaycan futbolu ilə maraqlanan hər kəs sizi yaxşı tanıyır. Amma layihəmizin ənənəsinə uyğun sizdən futbola ilk addımlarınızı necə atmanız barədə soruşacağıq. Futbolla məğul olmağa necə başladız? İlk müəlliminiz kim olub? Keçmişə birlikdə nəzər salaq.
- Futbola gəlişimin maraqlı tarixçəsi var. Hətta deyərdim ki, mən uşaq futbolu üçün bir qədər gec sayılan yaşda futbola gəlmişəm. Amma futbola marağım hələ 3-4 yaşımdan yaranmışdı. Ağlım kəsəndən həyətdə futbol oynayırdım. Futbola gec getməyimin səbəbi isə valideynlərimin narazılığı idi. Onlar futbolla məşğul olmağıma razılıq vermirdilər. Dərslərimi çox yaxşı oxuyurdum, buna görə də valideynlərim istəyirdilər ki, mən təhsilə önəm verim. Dərslərimi yaxşı oxusam da, hər gün həyətdə saatlarla futbol oynayırdım. Təsadüfi deyil ki, 12 yaşımda futbola gedəndə ilk məşqçim Şamil Heydərov məni bəyəndi. Heydərov mənə sonradan dedi ki, 6-8 yaşında futbola gələnlərin arasında belə sən dərhal fərqlənirsən. Sanki futbola hazırlıqlı idim. Bunun da səbəbi futbola olan böyük sevgim və məhlədə həmişə futbol oynamağım idi. Valideynlərim isə qarşımda şərt qoymuşdular. Demişdilər ki, gündəliyində “4” qiymət olsa, səni futboldan ayıracağıq. Ona görə də bütün qiymətlərim əla idi. Qeyd etdiyim kimi, ilk addımlarımı Şamil Heydərovla atdım. Sonra Şamil bəy “Kəpəz”in təklifini qəbul etdi, ora yollandı. “Kəpəz” SSRİ çempionatının ikinci liqasına yüksəlmişdi. Ondan sonra isə məşqlərə Fazil Abbasovla davam etdik. Bu iki məşqçinin futbolçu kimi püxtələşməyimdə böyük zəhməti olub. Allah hər ikisinə rəhmət eləsin.

- “Neftçi”nin tarixi uğurlarında, ardıcıl gələn çempionluqlarda və Avropa Liqasının qrup mərhələsinə qazanılan vəsiqədə böyük pay sahibi olmusuz. Həmin günləri necə xatırlayırsız? Sizcə, uğurun sirri nədə idi?
- Mənim üçün “Neftçi” çox vacib komandadı. Uşaqlıqdan arzum olub ki, “Neftçi”də oynayım. Bu arzuma çatdım, “Neftçi”də oynadım. Əsas heyətdə çıxış etdim, ordan da milliyə dəvət aldım. Çox şükürlər olsun. Sevimli komandamda məşqçi kimi də işləmək mənə qismət oldu. Həm seleksiyaçı-məşqçi kimi futbolçu axtarışındaydım, həm də məşqçilər korpusunda baş məşqçinin köməkçisiydim. Uğurun əsas sirlərindən biri çox mehriban kollektivimizin olması idi. Sadıq Sadıqov həmin vaxt kluba rəhbərlik edirdi. Mən də onun dəvəti ilə “Neftçi”yə gəlmişdim. Onun yığdığı komandaya, o cümlədən də mənə inamı, etimadı sayəsində bu uğurlar qazanıldı. Seleksiya işində mənə böyük etimad göstərmişdi, tam sərbəstlik vermişdi. Gətirdiyimiz futbolçular da bu etimadı doğrultdu. Məşqçilər korpusunun da birgə əməyi sayəsində böyük uğurlar qazandıq. Azərbaycan futbolunun tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə yüksəldik. Bu uğura imza atan komandada olmağım, məşqçilər korpusunda yer almağım mənim üçün qürur mənbəyidi. Sadıq Sadıqovun bizə güvəni və bizə inamı sayəsində bu uğurları qazandıq. Gətirdiyimiz futbolçuların, demək olar ki, hamısı özünü doğrultdu. Onların bir çoxu indi də əsl azarkeşlər tərəfindən xatırlanır. Hamısı çox yüksək səviyyəli futbolçular idi. Bu vəhdət də “Neftçi”yə böyük uğurlar qazandırdı.

- Bir müddətdi kölgəyə çəkilmisiz. Bəxtiyar Musayev hazırda nə işlə məşğuldu?
- Az öncə qeyd etdiyim kimi, futbolu çox sevirəm. Uşaqlıqdan futbola bağlanmışam, bu idman növünə vurulmuşam. Mən futboldan uzaq qala bilmərəm, yenə də futbolla çalışıram. Amma sərbəst şəkildə. Belə deyim, əcnəbi menecerlərlə əlaqələrimizi davam etdiririk. Onların məsləhət bildiyi, təklif etdiyi futbolçulara göz qoyuram, baxıram. Həmin futbolçulardan bizim klublara lazım olanları müraciət edənlərə təklif edirəm. Öz sahəmdəyəm, daim futboldayam. Əsasən əcnəbi futbolçuları izləyirəm. Yerli futbolçulara da göz qoyuram. Çalışıram ki, onları da xaricdəki menecerlərə təqdim edim, onları da tanıtdırım.

- Bilirik ki, seleksiyaçı məşqçi kimi böyük təcrübəyə maliksiz. Yaxşı futbolçu olmaq üçün hansı kefiyyətlər vacibdi? Bu yolda ilk addımlarını atan yeniyetmələr nələrə diqqət yetirməlidilər?
- Sözsüz, futbolçu olmaq istəyən şəxsdə əvvəlcə fitri istedad olmalıdı. Əsas şərt budu. Futbolçu olmaq çox çətindi. Bunun üçün əziyyətə dözməlisən, daim məşq etməlisən. Özü də düzgün şəkildə. Bundan başqa, rejimə də fikir vermək lazımdı. Futbolçu olmaq istəyənlərə tövsiyəm odu ki, hər şeyə diqqət etsinlər. İndi bir qədər çətin dövrdü. Əvəllər hər məhlədə meydançalar var idi, uşaqlar düşüb futbol oynayırdı. İndi o cəhətdən çətinliklər var. Amma imkan daxilində əsas məşqdən əlavə də həyətdə çalışmaq, məşq elementlərini təkrarlamaq lazımdı. Çatışmayan cəhətlər üzərində çalışılmalıdı. Çünki 1-2 saatlıq məşqlə bunu mükəmməl şəkildə etmək çətindi. Qidalanmaya da diqqət yetirmək lazımdı. Yuxu rejimi gözlənilməlidi. Futbolda bütün xırdalıqlar kompleks şəklindədi. Onların hamısına diqqət yetirəndə böyük futbolçu olmaq mümkündü.

- Son sualımız idman və təhsillə bağlıdı. Bu iki amili necə bərabər yürütmək olar? İdmançı üçün təhsil nə dərəcədə vacibdi?
- Əvvəlki sualda da qeyd etdim, mən dərslərimi çox yaxşı oxuyurdum. Bu da sonralar çox işimə yaradı. Ümumiyyətlə, təhsil insan həyatında çox vacib amildi. Savadlı olmağı biz kitablardan öyrəndik, sonra da dünyagörüşümüzü formalaşdırdıq. Bütün bunların sonradan mənə çox böyük köməyi dəydi. Savadı, təhsili olan uşaqlar hər sahədə başqalarından fərqlənir. Düzdü, futbolla bir arada müəyyən çətinliklər olur. Çünki saatlarla futbolla məşğul olursan. Amma təhsili də unutmaq olmaz. Çətin də olsa, mümkünsüz deyil. Özü də təkcə oxumaq xətrinə yox, təhsilə sevgi ilə bu işə yanaşmalısan. Onda həm məşq etmək, həm də oxumaq xeyli asan olur. Mən həmişə seçilməyi xoşlamışam. Buna görə də istəmişəm ki, həmişə “5” qiymət alım. Düzdü, sonralar bir qədər gerilədim. Xüsusən də 11-ci sinifdə. Artıq qərarımı vermişdim ki, futbolçu olacam, ona görə də futbola daha çox diqqət ayırırdım. Amma yenə də dərslərimə diqqət yetirirdim, müəyyən boşluqlar olsa da, dərslərimi buraxmırdım. Bütün gənc və yeniyetmə futbolçulara üzümü tutub deyirəm ki, təhsil çox vacibdi, ondan uzaq qalmasınlar.

İLKİN SULTANLI

Bəxtiyar Musayev: “Futbola gec getməyimin səbəbi valideynlərimin narazılığı idi”


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

30-10-2022, 23:0

“Artıq 17 yaşımda “Kəpəz”in əsas heyətinə düşmüşdüm” - LAYİHƏ

Layihə / Manşet

25-09-2022, 23:0

“Futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var” – LAYİHƏ

Layihə / Manşet

29-05-2022, 22:0

“Uşaqlar yollarda həm xeyli vaxt, həm də enerji itirirlər” – LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

20-08-2023, 23:0

Rasim Əliyev: “Turan Tovuz”un premyer-liqaya qayıtması bölgədə futbolu canlandırıb” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

25-06-2023, 23:0

Vüqar Əsgərli: “Azərbaycanlı futbolçularının əsas problemi...” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

17-09-2023, 23:0

Adil Mahmudov: “Gürcüstandan qayıdandan sonra məni AFFA-ya çağırdılar, dedilər ki...” – LAYİHƏ

Aktual
“Neftçi” son illərdə derbidə qələbəyə heç vaxt bu qədər yaxın olmayıb!
Marko Yankoviç Rəvan Həmzəzadəni öldürməklə hədələyib!
“Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
Liberknextdən yeni hoqqa – Mahirə heç ehtiyat oyunçular skamyasında da yer vermədi!
Masazırdakı savaşın xronikası: cəzalananlar da oldu, gözdən qaçanlar da
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
Son xəbərlər
  • Bu gün, 18:57
    “Neftçi” son illərdə derbidə qələbəyə heç vaxt bu qədər yaxın olmayıb!
  • Bu gün, 18:04
    “Sabah” “Gəncə”ni məğlub etdi
  • Bu gün, 18:02
    "Sumqayıt" qalib gəldi, "Qəbələ" "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR
  • Bu gün, 17:57
    "Qəbələ" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ
  • Bu gün, 17:24
    "Qarabağ" və "Neftçi" birgə bəyanat yaydı
  • Bu gün, 16:33
    Marko Yankoviç Rəvan Həmzəzadəni öldürməklə hədələyib!
  • Bu gün, 16:01
    Yeni mövsümdən İspaniyada işləyə bilər
  • Bu gün, 15:30
    "İmişli" - "Sumqayıt": START HEYƏTLƏRİ
  • Bu gün, 15:01
    ''Barsa'' və ''Siti''nin sabiq ulduzu ''Qalatasaray''ı ziyarət etdi
  • Bu gün, 14:18
    “Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
  • Bu gün, 14:06
    “...elə komanda olacaq ki, bütün ölkə onunla fəxr edəcək” – Ruy Jorje
  • Bu gün, 13:43
    "Neftçi" - "Qarabağ" matçına nə qədər bilet satılıb?
  • Bu gün, 13:26
    PSJ-yə kömək edə bilməyəcək
  • Bu gün, 12:55
    “Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
  • Bu gün, 12:14
    “Final görüşünün Azərbaycanda keçirilməsini istəyirik” - Sərxan Hacıyev qarşıdakı dünya çempionatı haqda
  • Bu gün, 11:54
    Ulduz futbolçu klubu ilə anlaşdı
  • Bu gün, 11:23
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 11:13
    Azərbaycan derbisi Rəhim Həsənovun ifşa etdiyi referiyə tapşırılacaq?
  • Bu gün, 10:52
    ''Trabzonspor''un zədəli müdafiəçisi geri dönmək əvəzinə əməliyyat olunacaq
  • Bu gün, 10:31
    Klubu ona qiymət qoydu
  • Bu gün, 10:00
    ''Sivasspor'' və ''Beşiktaş''da oynamış sabiq nigeriyalı futbolçu dünyasını dəyişdi
  • Bu gün, 00:07
    Arda Gülər dünya çempionatında iştirak edə biləcəkmi?
  • Dünən, 23:26
    Milli komandada yeni təyinat
  • Dünən, 22:55
    Uğur qazandı, ən yaxşı məşqçi seçildi
  • Dünən, 22:24
    Haci yenidən yığmanın başına keçdi
  • Dünən, 21:53
    Çoxları gedəcək, amma Rüdiger qalacaq
  • Dünən, 21:24
    Jalə Əliyeva bürünc medal qazandı
  • Dünən, 21:22
    Ronaldodan növbəti qol
  • Dünən, 20:50
    Liberknextdən yeni hoqqa – Mahirə heç ehtiyat oyunçular skamyasında da yer vermədi!
  • Dünən, 20:37
    “Real Sosyedad” 39 il sonra yenə “Atletiko”nu finalda məğlub etdi - İCMAL
  • Dünən, 20:04
    Güləşçimiz finalda!
  • Dünən, 19:50
    İlk təklifi geri çevirdi
  • Dünən, 19:39
    “Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
  • Dünən, 19:08
    AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
  • Dünən, 18:56
    “Koventri” 25 ildən və 9099 gündən sonra elitada! - ŞƏRH
Daha çox
Oxunub: 643
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 237
“Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 182
Arzuolunmaz kürəkən... – REPLİKA
Oxunub: 175
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
Oxunub: 167
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə