Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda Velko Birmançeviç qalib gəlib.
“Sparta”nın hücumçusu qrup mərhələsinin 6-cı turunun “Aris” ilə matçında iki qol vurmaqla komandasının 3:1 hesablı qələbəsində böyük rol oynamışdı. Birmançeviç digər namizədlər Qonsalo İnasio (Sportinq), Moymır Xıtil (Slaviya) və Kostas Fortunisi (Olimpiakos) arxada qoyub.