Mahir Emreli derbidə iştirak etməyəcək

16.12.2023 10:31 260
Dünya futbolu
"Dinamo" klubunda çıxış edən millimizin futbolçusu Mahir Emreli Xorvatiya çempionatındakı növbəti oyunu buraxacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergey Yakiroviç açıqlamasında bildirib.

46 yaşlı mütəxəssis forvardın "Hayduk"a qarşı 19-cu tur matçında meydana çıxmayacağını deyib. Yakiroviç Emrelinin dizində ağrılar hiss etdiyini söyləyib.

Qeyd edək ki, sabah reallaşacaq "Dinamo" - "Hayduk" derbisi Bakı vaxtı ilə saat 20.15-də başlanacaq. Paytaxt klubu 16 oyundan sonra 33 xalla ikinci pillədə qərarlaşıb. 18 görüşdə 40 xal toplayan "Hayduk" isə liderdi.