• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Siti” bir aydı qələbə qazana bilmir

Dünya futbolu

11-12-2023, 21:0

“Mançester Siti”nin premyer-liqadakı qələbəsiz oyunlar seriyası 4-ə çatdı – bu, Xosep Qvardiola dönəminin antirekordunun təkrarıdı.

"Football-plus.az" xəbər verir ki, “Aston Villa”dan alının məğlubiyyətdən sonra çempion artıq 4-cü pilləyə yuvarlanıb, hərçənd sonuncu yığma fasiləsinə lider kimi yollanmışdı. Yüksəlişdə olan “Arsenal”dan gerilik 6 xala çatıb. Bəs gerçəkdən Pepin xanimanında vəziyyət pisdi, yoxsa belə deyənlər rəngləri bir qədər tündləşdirirlər?

Mövsümün ilk yarısında eniş Pepin komandalarına xasdı
Qvardiola dəfələrlə təkrarlayıb ki, mövsümün ilk yarısında iki hədəfi olur. Bunlardan birincisi Çempionlar Liqasının qrupundan çıxmaq, ikincisi isə premyer-liqadakı əsas rəqiblərdən geri qalmamaqdı. Məsələn, ötən mövsüm MBA ilə parallellər aparmışdı. Axı orda da çempionat iki hissəyə bölünür – eksperimentlərə əl atmağın mümkün olduğu müntəzəm çempionata və səhvə yol verməyin mümkün olmadığı pley-offa.

“Siti”nin mövsümün ilk yarısında “əyləci basması” əsasən bu tendensiyanın ayağına yazılır, yəni ilk belə hal deyil. Qvardiola əvvəlcə sirli formul axtarır: oyunçuları yeni mövqelərdə sınayır, yeniləri uyğunlaşdırır. Optimal sxemləri tapandan sonra isə qələbə seriyasına başlayır – “Siti”nin bütün çempionluqlarının həlledici elementi budu.

Bu prosesə dair ən parlaq nümunə Pepin Joao Kanselo ilə işidi. Baş məşqçi 2020/21 mövsümündə portuqaliyalı üçün saxta fulbel rolu müəyyənləşdirdi, belədə gizli “9 nömrə”yə çevrilən İlkay Gündoğanın əli-qolu açıldı. Ötən mövsüm “Siti”nin tərəqqisi Pepin xilaskar rolunda Riko Lüisi görməsini bəyənməyən portuqaliyalının gedişindən sonra başladı. Sonradan Qvardiola dedi ki, məhz Lüis yazda yeni mövqeyində parlayan Con Stounz üçün orientir rolunu oynayıb.

İndi liderlərin zədələri üzündən Pep eksperiment etməyə məcburdu. Məsələn, Stounzun rolunda həyatında heç vaxt köməkçi dayaq yarımmüdafiəçi mövqeyində oynamayan Manuel Akanci sınanır. Təbii ki, bu prosesdə problemlər yaranır. Oyunçuların yeni mövqelərə uyğunlaşması mövsümün gedişində yoluna qoyulan məsələdi.

Böhran top-klublarla oyunlara təsadüf etdi
Oktyabrın 21-də “Brayton” üzərində qazanılan qələbədən sonra Pep belə dedi: “Rəqibə 90 dəqiqə ərzində nəzarət etmək mümkünsüzdü. Dünyanın heç bir komandası buna qadir deyil. Bir saat bunu bacarmağımıza təəccübləndim. İkinci hissədə 15-20 dəqiqə əziyyət çəkdik”.

“Siti”nin milli fasilədən sonra qarşılaşdığı “Aston Villa”, “Tottenhem” və “Liverpul” turnir cədvəlində “Brayton”dan yuxarı pillələrdə qərarlaşıb. Xal itirmək seriyasının səbəbkar olan “Çelsi” ortalarda dolaşsa da, oyun səviyyəsinə görə Roberto De Zerbinin komandası ilə eyni səviyyədədi. Top səviyyəli klubların hər biri unikal keyfiyyətləri sayəsində “şəhərlilər”ə problem yaradıb. “Çelsi” (4:4) topla oynamaq, “Liverpul” (1:1) Kloppun oyunun gedişindəki yerdəyişmələri, “Tottenhem” (3:3) isə Postekoğlunun prinsiplərinə inam sayəsində. Nəhayət, “Aston Villa” (0:1) da Emerinin ideyalarını meydanda ideal şəkildə həyata keçirdiyinə görə.

Özü də bu oyunlar bir-birindən kəskin şəkildə fərqlənib. “Siti”nin yeganə gerçək fiaskosu “Aston Villa” ilə oyunda yaşanıb. Birmingem səfəri ərəfəsində son üç heç-heçəni xatırlayan Pep demişdi ki, oyun səviyyəsi ilə bağlı hər şey qaydasındadı: “Liverpul” və “Tottenhem”ə qarşı oynadığımız kimi oynamağa davam etsək, yenə də premyer-liqanı qazanacağıq. Ardıcıl üç heç-heçədən sonra mənə inanmırlar, ancaq həqiqətən gördüklərimdən təəccübləndim. Bu oyun səviyyəsini mövsümün qalan bütün oyunlarına “köçürməyi” təklif etsələr, o dəqiqə razılaşaram”.

Bəzi debütantlar ləng uyğunlaşırlar
Pep yaxınlarda cari mövsümdə üzləşdiyi oyun problemlərinə də toxunmuşdu: “Qlobal baxımdan biz elə həmin futbolu oynayırıq. İcraçılar dəyişib. Ötən mövsümün son bölümünü Rodri, Stounz, Gündoğan və De Bruynedən ibarət yarımmüdafiə xətti ilə keçirdik. Bu “dördlük”dən indi yalnız biri müntəzəm oynayır. Orta sahə dəyişib, oyunçular buna öyrəşməlidi. Başqalarına zaman lazımdı”.

“Siti” bəzi oyunları heyətdə bu dörd futbolçudan heç biri olmadan keçirib. Müxtəlif səbəblər var. Stounz gözəl keçirdiyi yazdan sonra daim zədələnir, De Bruyne avqustda sıradan çıxıb və yalnız yanvarda yaşıl meydana dönməyi planlaşdırır, Rodri cəza üzündən artıq 4 oyun buraxıb, Gündoğan “Barselona”ya yollanıb. “Siti” kadr potensialı baxımından onları əvəz etməyə qadirdi – son vaxtlar alınan Kelvin Fillips, Mateo Kovaçiç və Mateuş Nuneş var. Problem onların Pepin futboluna uyğunlaşmasındadı. Fillips artıq təslim olub və yeni klub axtarmağa hazırdı, Kovaçiçlə Nuneşin komandaya uyğunlaşması çox ləng gedir. Son vaxtlar onların maksimumu sonradan oyuna qoşulmaqdı.

“Siti” tez-tez orta sahəni mahiyyətcə yarımmüdafiəçi olmayanlardan qurmağa məcbur olur. Xulian Alvares nominaı forvarddı, Manuel Akanci mərkəz müdafiəçisidi, Fil Foden vingerdi. Hər birinin potensialı var, ancaq onları öz səviyyəsinə dartmalı olan təcrübəli oyunçular çatışmır. Belədə sərt şərtlər altında inkişaf etmək lazım gəlir.

“Siti” xaosla nəzarət arasında qalır
Bu məqamı da xüsusi vurğulayaq: “Siti” hələ ki top-komandalarla oyunları uğursuz keçirir. Çempion səviyyəcə aşağı olan rəqiblərlə asanlıqla hesablaşır. Çətinliklər müdafiə ilə hücum arasında balans tapmağın lazım gəldiyi böyük komandalarla oyunlarda yaranır. Hələ ki Pep bu balansı tapa bilmir. Demək olar ki, bütün oyunlarda “xaos, yoxsa nəzarət” seçimi etmək lazım gəlir. “Siti” üçün ənənəvi ssenari – oyunun axarına total nəzarət, adətən, neytral azarkeşə sönük görünür. Bunu əvvəllər təmin edən böyük oyunçular indi yoxdu. Söhbət yalnız Stounzla Gündoğandan yox, həm də Pepin top saxlamaq bacarığına görə xüsusi dəyər verdiyi Cek Qrilişdən gedir. İngiltərəli ulduz bu mövsüm çox tez-tez zədələnir.

Sıradan çıxanları əvəz edənlərin xarakteristikası komandanı xaosa sürükləyir. Heyətdə hücumu gücləndirməyə qadir olan futbolçuların sayı çoxdu: Dokyu, Alvares və Foden. Onlar güclü keyfiyyətləri hesabına komandaya fayda verir, ancaq oyuna etibarlılıq qatmır (məsələn, “Çelsi” ilə 4:4). Belədə De Bruyne özünü ən yaxşı tərəfdən göstərə bilərdi, onun yoxluğu ciddi şəkildə hiss olunur. Belçikalı özündə bir neçə futbolçunun keyfiyyətlərini birləşdirir.
Holann ən vacib anlarda fərqlənə bilmir

Erlinq Holannın məhsuldarlığı “Siti”nin problemlərini “uda” bilərdi. İş ondadı ki, bu mənada da vəziyyət qaydasında deyil. Bəli, Salahı 4 top qabaqlayan norveçli bu gün bombardirlər yarışının zirvəsində qərarlaşıb. Ancaq onun ən həlledici məqamlarda “kölgəyə çəkildiyini” də vurğulamalıyıq. Məsələn, “Aston Villa” ilə oyunda hesab 0:0, “Tottenhem”lə oyunda 1:1, “Çelsi” ilə oyunda 1:2 olanda real qol şansını əldən verdi. Hətta “Liverpul”la oyunda belə hadisə baş verdi: 79-cu dəqiqənin 48-ci saniyəsinə Holann fərqlənsəydi, hesab MS-nin xeyrinə 2:0 olacaq, oyunun taleyi müəyyənləşəcəkdi. Cavab hücumunda “Siti”nin qapısına yol tapan Aleksander-Arnold hesabı bərabərləşdirdi.

...Pep “Aston Villa” ilə oyundan sonra problemləri həll etməli olduğunu etiraf etdi. Zədəlilərin dönüşü və təqvim onun işinə yaraya bilər. Komanda ilin sonuna qədər premyer-liqanın iki debütantı, həmçinin “Everton” və “Kristal Pelas” ilə qarşılaşacaq.

Bəlkə də “Siti” üçün mövsümün həlledici məqamı De Bruynenin dönüşü olacaq. Pep dəfələrlə vurğulayıb ki, belçikalı zədədən sonra ideal formanı çox gec yığır. Bu proeses uzansa, titulun itirilməsi qaçılmaz olacaq. Düzdü, hələ ki “şəhərlilər”in çempionluq perspektivi başqalarıyla müqayisədə daha yüksək dəyərləndirilir – hətta uğursuz seriyadan sonra da “Opta” bu ehtimalı 54 faiz görür.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-05-2023, 14:0

'Siti'' oynamadan çempion, ''Arsenal'' isə antirekordçu oldu

Dünya futbolu

10-10-2022, 13:0

"Arsenal" hazırda "Mançester Siti"dən daha yaxşıdı" - Qvardiola

Dünya futbolu

7-12-2023, 12:0

Emeri Qvardiola tilsimini qırdı

Dünya futbolu

15-04-2022, 15:0

Kim çempion olacaq: “Mançester Siti”, yoxsa “Liverpul”?

Dünya futbolu

9-05-2022, 16:0

"Mançester Siti"də ciddi itkilər

Dünya futbolu

18-03-2022, 19:0

Qvardiola üçün premyer-liqada münasib olmayan rəqiblər var

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 422
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 188
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə