Misli premyer-liqasının 26-cı turunun "Qarabağ" - "Səbail" oyununda "İmarət Tayfa" azarkeş qrupu komandaya dəstək verməyə gəlməmişdi. Səbəb həmin gün azarkeşlərdən birinin toy mərasimi idi. Görəsən, belə hallar tez-tez təkrarlanır, yoxsa ilk dəfədi?
"Football-plus.az" olaraq bunu aydınlaşdırmaq üçün adı çəkilən fanklubun öncülərindən olan Elnur Quliyevlə əlaqə saxladıq:
"Həmin gün hörmətli azarkeşimiz, canlara dəyən bir qardaşımızın xeyir işi idi. Oyunun başlama saatı ilə üst-üstə düşdüyündən stadiona gedə bilmədik. Məncə, ilk dəfə belə hal olur. Çünki dəfələrlə olub ki, tez başlayan toya getmişik, bəzən də məclisdən tez çıxıb özümüzü oyuna çatdırmışıq. Hətta təcrübəmizdə o da olub ki, nişanlanan azarkeşlərimiz məclislərini yarımçıq qoyaraq oyuna gəlib".
ABDULLA İSMAYILOĞLU