Bildiyiniz kimi, Avropa çempionatındakı uğursuzluğun ardından voleybol üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisi Ataman Güneyligillə yollar ayrıldı.
"Football-plus.az" xəbər verir ki, üç ay keçməsinə baxmayaraq, boş qalan post hələ də sahibini tapmayıb.
Bu məsələyə nə vaxt aydınlıq gətiriləcək? Görəsən, yığmanın yeni çalışdırıcısı kim olacaq?
Bu suallara cavab tapmaq üçün Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Şəfəq Kərimova ilə əlaqə saxladıq. O isə hələ də dəqiq məlumatın olmadığını, bu yöndə yenilik olarsa, ictimaiyyətə açıqlanacağını bildirdi.
Öz aramızdı, bəlkə heç bizim yığmaya baş məşqçi lazım deyil?!
GÜNAY SÜLEYMANOVA